Məhkəmə qərarları › İş №2(003)-487/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-487/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-487/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızına qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07/18/0574 saylı, 13 noyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə hesablanmış cərimə üzrə 500 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 3400 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kvt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90720 mmlik, 40 ədəd dirsək 90725 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mmlik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamut cüt 25 mm-lik, 8 ədəd rekor 90520 mm-lik, 8 ədəd rekor düz 20 mmlik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızınun qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Xudaverdiyeva Tamilə Yaşar qızı arasında 13 noyabr 2018-ci il tarixdə 07/18/0574 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3400 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90x20 mm-lik, 40 ədəd dirsək 90825 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamıt cüt 25 mm-lik, 8 ədəd rekor 90x20 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik cavabdehin sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 06.10.2020-ci tarixinədək, lizinq ödənişləri üzrə 3141,98 manat, cərimə üzrə 390,18 manat olmaqla, cəmi 3532,16 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan "xxxx" MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbrədar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızı məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəinin iştiakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Xudaverdiyeva Tamilə Yaşar qızı arasında bağlanmış 13.11.2018-ci il tarixli 007/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Xudaverdiyeva Tamilə Yaşar qızına 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90x20 mm-lik, 40 ədəd dirsək 90825 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamıt cüt 25 mm-lik, 8 ədəd rekor 90x20 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik 24 ay müddətinə lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş daxili maliyyə lizinq müqaviləsinə 2 saylı əlavənin surətindən görünür ki, Xudaverdiyeva Tamilə Yaşar qızı 13.12.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 3400 manat əsas borc, 1505,19 mükafat məbləği olmaqla, cəmi 4905,19 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməli idi. İş materiallarına əlavə edilmiş 09.01.2017-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, Xudaverdiyeva Tamilə Yaşar qızı lizinq obyektini - 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90x20 mm-lik, 40 ədəd dirsək 90825 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamıt cüt 25 mm-lik, 8 ədəd rekor 90x20 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik təhvil almışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 13.11.2018-ci il tarixli 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90x20 mm-lik, 40 ədəd dirsək 90825 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamıt cüt 25 mm-lik, 8 ədəd rekor 90x20 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızına 24 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən cavabdeh lizinq obyektinə görə "xxxx" MMC-yə borcu ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, "xxxx" MMC-nin müqavilənin ləğv edilməsini və özünə məxsus əmlakın başqasının sahibliyindən tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə müzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə görə lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748.1-ci maddəsinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci bəndinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddənin 2-ci bəndinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maddənin 3-ci bəndinə görə lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Mülki qanunvericiliyin qeyd olunan normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və mükafat məbləğinin ödənilməsi, lizinq obyektinin qaytarılması hissəsində və cərimə borcunun tutulması hissəsində əsaslı olduğundan tam təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, "xxxx" MMC ilə Xudaverdiyeva Tamilə Yaşar qızı arasında bağlanmış 13.11.2018-ci il tarixli, 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsi ləğv edilməli, cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızından həmin müqavilə üzrə hesablanmış cərimə üzrə 500 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməli və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 3400 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90x20 mm-lik, 40 ədəd dirsək 90825 mm-lik, 4 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamıt cüt 25 mm-lik, 8 ədəd rekor 90x20 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik avadanlıqlar "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14.10.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Xudaverdiyeva Tamilə Yaşar qızı arasında bağlanmış 13.11.2018-ci il tarixli 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. 13.11.2018-ci il tarixli 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsinin predmeti olan ümumi müqavilə dəyəri 3400 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 28 kvt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 110 ədəd radiator, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintil köşə, 48 ədəd boru metak 20-lik, 120 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90720 mm-lik, 40 ədəd dirsək 90725 mm-lik, 4 ədəd keçid 25-20lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 4 ədəd troynik 25 mm-lik, 16 ədəd troynik 25-20 mmlik, 50 ədəd xamut cüt 20 mm-lik, 100 ədəd xamut cüt 25 mm-lik, 8 ədəd rekor 90520 mm-lik, 8 ədəd rekor düz 20 mm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızından alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Cavabdeh Xudaverdiyeva Tamilə Yaşar qızından 500 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar