Məhkəmə qərarları › İş №2(003)-493/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-493/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-493/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 553.6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" İB tərəfindən yaşadığı ünvana 553.6 manat borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən ona bildirilmişdir ki, o, kənar xəttənm istifadə edir. Halbuki bu hal həqiqətə uyğun deyildir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvanda **********02690 saylı abunə koduna hesablanmış 553.6 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evi ona məxsus olsada həmin bağda uzun müddət X4, ailəsi ilə birlikdə yaşamışdır. Təbii qazdanda X4 və onun ailə üzvləri istifadə etmişlər. X4 həmin ona məxsus bağ sahəsindən könüllü olaraq çıxmadığından ona və ailə üzvlərinə qarşı iddia qaldırmış və uzun məhkəmə çəkişmələrindən sonra iddia tələbi təmin olunmuş və icra qaydasında X4 və onun ailə üzvləri məcburi qaydada ona məxsus bağ sahəsindən çıxarılmışlar. Həmçinin bildirmişdir ki, ona məxsus bağ sahəsində qeyri qanuni xətt vasitəsinin çəkilməsi, həmin xətt vasitəsilə təbii qazdan istifadə edilməsi barədə məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, X4 ona məxsus bağ sahəsində yaşamaqla onun icazəsi olmadan elektrik enerjisindən və təbii qazdan istifadə etdiklərinə görə onun müvafiq idarələrə verdiyi ərizələr əsasında bağ sahəsinə elektrik enerjisinin və təbii qazın verilməsi dayandırılmışdır. X1 qaz və işıq xətlərindən istifadə edilməsi ilə bağlı ona qarşı iddia qaldırmışdır. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, iddiaçının ünvanına quraşdırılmış smart itron tipli G-4 markalı qaz sayğacı yeni smart tipli qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən smart itron tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş təbii qazdan istifadə etməsi müəyyən olunmuş və bu səbəbdən 78.4 manat borc hesablanmışdır. Əlavə olaraq iddiaçının mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkarlanaraq akt tərtib edilməklə 475.2 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə, ümumilkdə iddiaçı tərəfindən ödənilməli olan 553.6 manat borcu mövcuddur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanmış və həmin akta əsasən Cavabdehnə 90 gün müddətində 4752 m3 həcmində qazdan istifadəyə görə zərər hesablanmış və həmin zərərin əvəzi kimi borc məbləği hesablanmışdır. İş materiallarında olan cavabdeh qurumun iddiaçıya ünvanladığı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində Qaz sayğacının çıxarılması, qurlaşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni smart tipli qaz sayğacı ilə əvəzlənmiş və əvəzlənən smart itron tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş -432 m3 təbii qazdan istifadə etdiyinə görə 78.40 manat borc və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat dəymiş ziyan olmaqla iddiaçının cəmi 553.6 manat borcu olduğu barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-251/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı bağ evindən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq, cavabdehin İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 241a/2441 saylı bağ sahəsindəki 18.6 kv.m-dən ibarət olan bir yaşayış otağından çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-1354/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X7 və X11 qarşı bağ evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin olunaraq, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evindən və həmin bağ evinin yerləşədiyi 0.06 ha torpaq sahəsindən çıxarılmaları və həmin bağ evinin və torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2008/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı yaşayış evindən sahiblik və istifadə etməyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Xəzər rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktaların surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evinə xx.xx.2020-ci il tarixdə köçürülməsi mümkün olmuşdur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evində xx.xx.2019-cu il tarixində əvəzlənmiş sayğacın klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş -432 m3 təbii qazdan istifadə edilməsinə görə 78.40 manat borc və həmin evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması faktına görə tərtib edilmiş akt əsasında 475.2 manat dəymiş ziyan, cəmi 553.60 manat məbləğində pul iddiaçının abonent hesabına köçürülmüş və ondan həmin borcun ödənilməsi cavabdeh təşkilat tərəfindən tələb olunmaqdadır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evində başqa şəxslər yaşamış, iddiaçı yalnız xx.xx.2020-ci il tarixdən başlayaraq həmin bağ evindən istifadə etməyə başlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması əsasında və təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin təbii qazdan istifadə edilməsinə görə dəyəri ödənilməmiş 78.4 manat borcun iddiaçı tərəfindən təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun olmasına dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəmə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının istifadəsi nəticəsində dəyəri ödənilməmiş təbii qaza görə 78.4 manat məbləğdə borcun yaranması müəyyən edilmədiyindən (əksi sübut olunmadığından), həmçinin iddiaçının təqsiri (hərəkət və hərəkətsizlik) nəticəsində dəymiş 475.20 manat məbləğdə zərərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən akt üzrə hesablanmış həmin zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı İddiaçınun abonent koduna (abonent kodu **********02690) hesablanmış dəyəri ödənilməmiş təbii qaza görə 78.4 manat və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına görə tərtib edilmiş akt əsasında dəymiş ziyana görə hesablanmış 475.2 manat, cəmi 553.6 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı İddiaçı abonent koduna (abonent kodu **********02690) hesablanmış dəyəri ödənilməmiş təbii qaza görə 78.4 manat və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına görə tərtib edilmiş akt əsasında dəymiş ziyana görə hesablanmış 475.2 manat, cəmi 553.6 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar