Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-494/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış (abonent kodu **********10000) 3.404,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X2 məhkəmə iclasında göstərdi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Sözügedən fərdi ev təbii qazla iddiaçının atası X3 ilə bağlanmış müqavilə əsasında təchiz edilmişdir. Atası xx.xx.2020-ci il tarixində vəfat etmişdir.Qaz sayğacından istifadə edərkən tutmalar olduğunu biləndən sonra aidiyyəti orqana müraciət etmişdir.Bu zaman ona bildirilmişdir ki, ünvanda təbiii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar tərtib olunmuşdur.xx.xx.2024-cü il tarixli ərizə ilə "Azəriqaz" İB-ə ərizə ilə müraciət edərək aktı,saldonu və digər sənədləri aldıqdan sonra ona məlum olmuşdur ki, 3.404,16 manat borc hesablanmışdır.İddiaçı sayğaca müdaxilə etməmiş, qazdan qeyri-qanuni istifadə etməmişdir.Hər hansı kənar xətt yoxdur.Hər ay qazdan istifadəyə görə ödənişlər vaxtı-vaxtında edilmiş və bu ödənişlər “smart kart” vasitəsilə həyata keçirilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı qaz sayğacına müdaxilə edərək qaz sərfiyyatına yol vermişdir. Buna görə də aktlar tərtib olunmuşdur.İddia əsassızdır. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh "Azəriqaz" İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsində borcun iddiaçıya deyil Balağa Məlikovun ünvanına hesablandığını, iddiaçının Balağa Məlikov ilə qohumluğunu təsdiq edən hər hansı sənəd təqdim etmədiyini bildirmiş və iddianın əsassız hesab olunaraq rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 088954 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Məlikov Balaağa xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X4 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X4 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 17.280 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 11.088 kub.metr qaz itkisi hesablanmışdır. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Qanuna əlavə edilmiş 6-2-ci maddənin tələblərindən göründüyü kimi, qaz paylayıcısının işçiləri tərəfindən müayinə həyata keçirilərkən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə bu qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ildə bir dəfə (hər ilin noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi formada 2 nüsxədə müayinə aktını istehlakçının (yaxud onun səlahiyyətli nümayəndəsinin,yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (yaxud onun səlahiyyətli nümayəndəsinin,eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) təqdim etməlidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyi göstərilir. Lakin Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb qaz sayğacından qeyri qanuni istifadə ilə bağlı aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Həmçinin, Cavabdeh İB kənar müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübut edə bilmədi.Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 3.404,16 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 3.404,16 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 54,05 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu **********10000) əsassız olaraq hesablanmış 3.404,16 (üç min dörd yüz dörd manat on altı qəpik) manat məbləğində borc silinsin. 54,04 (əlli dörd manat dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-494/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-494/2025
27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver