Məhkəmə qərarları › İş №2(003)-499/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-499/2025

01.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-499/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1*.06.*007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla birgə yaşayan doğma övladı X16 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən, ciddi nitq, davranış və dayaqhərəkəti aparatının pozuntusu diaqnozu ilə xəstə olmaqla, 1-ci qrup gözdən əlildir. Oğlu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, öz hərəkətlərini idarə edə bilmədiyi üçün ona qəyyum kimi baxıb qulluq edir. Hazırda övladı X9 üzərində qəyyumluğun müəyyənləşdirilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 Hüseyn Adil oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X18 ilə Məmmədova (Əliyeva) Minayə Tahir qızı arasında olan rəsmi nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11.10.*018ci il tarixdə 360 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası X18, anası Məmmədova (Əliyeva) Minayə Tahir qızı olan 1*.06.*007-ci il təvəllüdlü X16 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli klinik psixiatriya xəstəxanasının 1/3041 saylı *4.06.*0*3-cü il tarixli həkim psixiatr komissiyasının *779 nömrəli rəyinin sürətindən görünür ki, X11 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən, ciddi nitq, davranış və dayaq-hərəkəti aparatının pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan X*3 PHŞ-nın X7 epikrezinin sürətindən görünür ki, 1*.06.*007ci il təvəllüdlü X16 əqli gerilik, nitq pozuntusundan əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 *3* saylı arayışının sürətindən görünür ki, 1*.06.*007-ci il təvəllüdlü X16 uşaq serebral iflici, tetraparetik formadan əziyyət çəkir. sürətindən görünür ki, 1*.06.*007-ci il təvəllüdlü X1 serebral iflic, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institututu” PHŞ-nin 16.06.*0*3-cü il tarixli arayışının sürətindən görünür ki, 1*.06.*007-ci il təvəllüdlü X16 uşaq serebral iflic, əzələ atrofiyası, yerişin pozulması, funksiya pozğunluğu ilə müşaiyət olunun xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan X7 878 saylı X15 sürətindən görünür ki, 1*.06.*007-ci il təvəllüdlü X* serebral iflici, Spastik tetraparezdən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər RİH başçısının Buzovna qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *088 saylı 07.11.*0*4-cü il tarixli arayışından görünür ki, Ərizəçi Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ailə tərkibi: 1*.06.*007-ci il təvəllüdlü X1*r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 08.04.*0*5-ci il tarixli 106* saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs 1*.06.*007-ci il təvəllüdlü X10 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X*1 psixi vəziyyətinə, görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Məhkəmə iclasında müəyyən edildi ki, X10 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 08.04.*0*5-ci il tarixli 106* saylı rəyinə əsasən X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.*-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X16 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X16 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X16 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 1*.06.*007-ci il təvəllüdlü X16 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 1*.06.*007-ci il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar