Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-509/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X1 nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış borcun silinməsi və etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X4 xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 6.673,26 manat silinməsi və etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə iclasında göstərdi ki, atası ilə "Azəriqaz" İB arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdən qaz xəttinin üzərinə quraşdırılmış ZENNER tipli,G4 markalı **********810 nömrəli qaz sayğacı vasitəsilə qazdan istifadə ediblər. Borcun hesablandığı ünvanda təmirsiz bir otaqlı ev vardır. Ev yaşayış üçün yararsızdır. Evdə 1 ədəd dörd gözlü qaz plitəsi, 1 ədəd qənaətli su qızdırıcısı var və istifadə olunmuşdur. Evi qızdırmaq üçün elektrik qızdırıcıdan istifadə olunmuş, evdə daimi yaşayış olmamışdır. "Azəriqaz" İB tərəfindən tərtib olunmuş ziyanın bərpasına dair tələbnamələrdə onun ümumilikdə 53493 kub metr qaz istifadə etdiyi qeyd edilmiş və ona 6673,76 manat borc hesablanmışdır. Borcun nə üçün hesablanması barədə bilmir. Kənar xəttdən istifadə etməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə bütün lazımi səndələr məhkəməyə təqdim olunmuşdur. Cavabdeh "Azəriqaz" İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 36720 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 6120 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 4536 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 1512 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 4608 kub.metr qaz itkisi hesablanmışdır. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Qanuna əlavə edilmiş 6-2-ci maddənin tələblərindən göründüyü kimi, qaz paylayıcısının işçiləri tərəfindən müayinə həyata keçirilərkən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə bu qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ildə bir dəfə (hər ilin noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi formada 2 nüsxədə müayinə aktını istehlakçının (yaxud onun səlahiyyətli nümayəndəsinin,yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (yaxud onun səlahiyyətli nümayəndəsinin,eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) təqdim etməlidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB tərəfindən iddiaçı X1 qaz sayğacından qeyri-qanuni istifadə etdiyi göstərilir. Lakin Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb qaz sayğacından qeyri qanuni istifadə ilə bağlı aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Bu səbəblərdən məhkəmə hesab edir ki, X1 iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 6.673,26 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, iddiaçı etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə tələb irəli sürsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki,iddia tələbi edilmiş ödənişlərdən aparılan tutmaların ona qaytarılması hissədə əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, iddiaçı X1 iddia tələbi 6.673,26 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 86,73 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanına (abonent kodu **********00088) əsassız olaraq hesablanmış 6.673,26 (altı min altı yüz yetmiş üç manat iyirmi altıqəpik) manat məbləğində borc silinsin. 86,73 (səksən altı manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-509/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-509/2025
23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver