Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-51/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş X9 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı X26, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş X9 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı X26, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri 7 saylı X26 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı X18 verilmiş xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə üzərində vərəsəlik hüquqlarının tanınması və tam hissədə miras pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X16 məxsus olmuşdur. Atası xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələr arvadı X4, övladları İddiaçı, Cavabdeh1, X20, X21 olmuşdur. xx.xx.2009-cu il tarixdə X4 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, 3 saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. X10 xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNK-ya müraciət edərək ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. Bakı şəhəri 7 saylı DNK tərəfindən DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 883 nömrəli, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum X14 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X11 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Mirasqoyan Cavabdeh1 xx.xx.2002-ci il tarixdə vəfatından sonra vərəsələr arvadı X4, övladları İddiaçı, Cavabdeh1, X20, X21 olmuşdur. X10 ilə İddiaçı mirasqoyan Cavabdeh1 öldüyü gündən mübahisəli miras əmlak olan evdə tək yaşamış, ona sahiblik etmiş, X10 3 il iflic və insult keçirib yataq xəstəsi olmuş, İddiaçı hər gün onun qulluğunda olmuş, xx.xx.2009-cu il tarixdə vəsiyyətnamə yazaraq evi qızı İddiaçı vəsiyyət etmiş və xx.xx.2012-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl və sonra miras əmlak iddiaçı tərəfindən sahiblik edilərək faktiki qəbul edilmişdir. Cavabdeh1 1990-cı ildə X17 ilə nikaha daxil olaraq həyətdə atasının salığında tikilmiş 3 otaqlı özbaşına tikilidə yaşamışdır. 2000-ci ildə Cavabdeh1 X6 boşanmış və həmin özbaşına tikilidə yaşamağa davam etmişdir. Cavabdeh1 3 il ərzində 2014-2016-cı illərdə onunla qalmışdır. Ələmdara o, baxmışdır. Həmçinin Cavabdeh1 şizofreniya xəstəliyindən əziyyət çəkir və İ qrup əlildir və müavinət alır. Ələmdarın özünə də o, qulluq etmiş və buna görə də 50 manat müavinət almışdır. Göstərilən müddəalara əsasən iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etmişdir. Mirasın qəbuluna dair hərəkətlər isə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməkdən ibarət olmuşdur. Atasına və anasına məxsus əşyalar və digər əmlaklara iddiaçı tərəfindən sahiblik edilmişdir. Cavabdeh1 isə psixi xəstəliyinə görə, həmçinin özbaşına tikilidə yaşadığına görə mübahisəli mirası faktiki qəbul etməmişdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirmişdir ki, Təranənin torpağının 2 sotunu 15.000 manata satmış və pulunu Təranəyə vermişdir. Təranə notariat kontorunda cəmi bir dəfə olmuşdur. Onu notariat kontorunda aldatmamışlar, Təranəni o, aldatmışdır. Ev alınan zaman məlum olmuşdur ki, ev Meyxoşun adına olmuşdur. Evin sənədlərin düzəldən zaman 3800 manat pul xərcləmişdir. Təranənin əlinə pul dəyməmişdir. Sonradan hissə-hissə 1000 manat olmaqla Təranəyə pul vermişdir. Evə 28.000 manata müştəri çıxmışdır. Müştəri və ustalar evə gələn zaman, Ələmdar onları qovurdu. O, Təranəyə bununla bağlı məlumat vermişdir. Təranə Ələmdarı öz evinin yanında olan 1 otaqlı evə aparmışdır. Həmin evi Təranə kirayə tutmuşdur. Sonradan məlumat gəldi ki, Ələmdar evdə yoxdur. Zəng edib Ələmdarın qızı Şəfəqə məlumat vermiş və ondan atasını soruşmuşdur. Şəfəq atasının onlarda olduğunu bildirmişdir. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0,04257 ha olan torpaq sahəsinin 0,02 ha torpaq sahəsini 15000 manat almışdır. Alqı-satqı zamanı Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 iştirak etmiş, ümumiyətlə o, Ələmdarı görməmiş, onun adından bütün hərəkətləri Cavabdeh2 etmişdir. Bu səbəbdən də iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin müdiri X7 vəkili və nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, vərəsəlik işinin açılması, etibarnəmələrin verilməsi, ümumiyyətlə notariat kontorunda aparılmış bütün notariat hərəkətləri qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 qəyyumu X2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş üzrə iddiaçı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 74,3 kv.m. ibarət fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmişdir. Sonradan məhkəmənin qəbul etdiyi müvafiq qətnaməsinə əsasən Cavabdeh1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi qət edilmiş və onun qəyyumu olaraq Abduİİayeva Şəfəq Ələmdar qızı müəyyən edilmişdir. Məhz bunun əsasında, məhkəmə Cavabdeh1 Abduİİayeva Şəfəq Ələmdar qızı ilə əvəz etmişdir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı qeyd etmişdir ki, adı çəkilən fərdi yaşayış evi və 0,04257 ha torpaq sahəsi tərəflərin atası X16 məxsus olmuşdur. Ataları xx xxxxxx 2002-ci ildə vəfat etmiş və onun vəfatından sonra vərəsələr tərəflərin anası X4, Cavabdeh1, İddiaçı, X20 və X21 olmuşdur. Tərəflərin atası vəfat etdiyi zaman İddiaçı, X20 və X21 öz ailələləri ilə birlikdə özlərinə məxsus olan və başqa ünvanlarda yerləşən evlərdə yaşayırdılar. Hazırki iş üzrə iddiaçı olan İddiaçı təxminən 1986-cı ildə ərə getmiş və 1986-1987-ci illərdən ünvan 2 ünvanında yerləşən ərinə məxsus olan evə qeydiyyata alınmaqla orada yaşamışdır. Mübahisəli evdə Cavabdeh1, anası X4 və onun qardaşı X12 arvadı qalmışdır. Ələmdarın qardaşının arvadı bir müddət həmin evdə qalmışdır. Cavabdeh1 səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, anasına və evə daim o, baxmış, anasına xidmət etmişdir. Mübahisəli əmlaka faktiki yiyələnməklə anası ilə birgə əmlakı idarə etməyə başlamışdır. xx.xx.2012-ci ildə tərəflərin anası Raxşəndə Abbasova vəfat etmiş və elə həmin vaxtdan Cavabdeh1 yuxarıda adı çəkilən əmlaka yiyələnməklə əmlaka sahiblik etməyə başlamışdır. Artıq bir neçə il keçdikdən sonra, İddiaçı Cavabdeh1 evin adına sənədləşdirmək lazım olduğunu bildirmişdir ki, ev sənədsiz qalmasın və bu işlərlə Cavabdeh2 ilə özü məşğul olacaq və bu məqsədlə onun adına etibarnamə verilməlidir. Cavabdeh1 bacısı İddiaçı ilə birlikdə Xəzər rayonunda, Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Notariat kontoruna gedərək, orada hər ikisi Cavabdeh2 adına etibarnamə vermişlər ki, evi Cavabdeh1 adına rəsmiləşdirmək üçün vərəsəlik məsələsini həll etsin. Həmin vaxt Cavabdeh2 etibarnamə əsasında İddiaçı adından çıxış edərək, onun adından miras qalmış əmlakın Cavabdeh1 adına rəsmiləşdirilməsinə razılıq verərək mirasda olan payından imtina etmişdir. Bundan sonra İddiaçı Cavabdeh1 bildirmişdir ki, evin sənədləri hazırdır və xx.xx.2018-ci ildə əmlakın adına sənədləşdirilməsinə dair çıxarış verilmişdir. Həmin sənədləri İddiaçı Cavabdeh1 verməmişdir və sonradan məlu olmuşdur ki, İddiaçı Ələmdardan xəbərsiz ona məxsus olan həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsini Əhliman adlı şəxsə 15.000 manat məbləğinə satmışdır. Belə ki, xx.xx.2018-ci ildə Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 X9 ilə alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 0,04257 ha torpaq sahəsinin 0,02 ha hissəsinin ona satılmasına adından Cavabdeh2 imza etmiş və torpağın satışından əldə edilən pulu götürərək Təranə Məməmdovaya vermişdir. Belə ki, keçirilən məhkəmə baxışında Cavabdeh2 özü də təsdiq etmişdir ki, torpaq sahəsinin 0,02 ha hissəsindən əldə edilən 15.000 manat məbləğində pul vəsaitini Təranəyə vermişdir. İddiaçı özü də pulun alınmasını təsdiq etmiş və bildirmişdir ki, guya həmin məbləği evin təmirinə xərcləmişdir. Əslində İddiaçı iddia ərizəsində göstərdiklərinin hamısı, həmçinin torpağın satışından əldə edilən 15.000 manat pulu evə xərclənməsinin göstərməsi tam yalandır. İddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin satışından əldə edilən vəsaiti ona verməmiş və həmin pulu mənimsəmişdir. İş materiallarından və iddiaçının təqdim etdiyi iddia ərizəsindən də göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, **********46-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən sahəsi 0,04257 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyətində olmuşdur. İş materiallarında olan 2V/İ-191 saylı reyestr nömrəli, xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, 3 ünvanında yerləşən 3 saylı evi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-383 saylı, xx.xx.2018-ci il tarixli notariat işinin surətindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə 07 saylı xüsusi notariat kontoruna müraciət etmiş, ona zəruri notariat hərəkətləri aparılaraq xx xxxxxx 2018-ci il tarixli, 2V-283 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən sahəsi 0,02257 ha olan torpaq sahəsi xüsusi mülkiyyəti hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 8128 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 arxiv məlumatına görə xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. İş materiallarında olan Əzizbəyov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, 039519 saylı, xx.xx.2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X17 arasında olmuş nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı Birləşmiş Şəhər Xəstəxanası X34 tərəfindən verilmiş 73 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan İİ qrup əlil xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 1996-cı ildən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində olan Ruhi-Əsəb Xəstəlikləri kabinetində Dispanser müşahidədədir. Onun diaqnozu “Şizofreniya paranoid” forma F20.0 kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” X33 tərəfindən verilmiş 327 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 arxiv məlumatına görə xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. İş materiallarında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********78 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, 3 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,04257 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixində X14 adına ilkin qeydiyyatdan keçmişdir. 7 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 2V- 283 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən ünvan Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 52 saylı NK-nın xx.xx.2018-ci il tarixli 4Ə-1103 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi evin yerləşdiyi torpaq sahəsindən 0,02 ha torpaq sahəsini X1. Sözügedən torpaq sahəsi yeni poçt ünvanı almışdır və üzərində fərdi yaşayış evi inşa edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev ЗА kimi vahid əmlak olaraq dövlət reyestrində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, 3 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,02257 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 551494 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3A ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 124,7 kv.metr sahəsi olan ev X3 mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0,04257 ha olan torpaq sahəsinin 0,02 ha torpaq sahəsini 15000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında tərəfindən verilmiş 018/39-202 nömrəli, xx.xx.2020ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 585/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azrbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən verilmiş 1334 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 200 saylı sərəncamı ilə Qanuni nümayəndə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-585/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən xx.xx.1966-cı il təvəllüdlü atası Cavabdeh1 üzərində qəyyum təyin olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X16 məxsus olmuşdur. X25 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X14 vəfatından sonra vərəsələr arvadı X4, övladları İddiaçı, Cavabdeh1, X20, X21 olmuşdur. xx.xx.2009-cu il tarixdə X4 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, 3 saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. X10 xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNKya müraciət edərək ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. Bakı şəhəri 7 saylı DNK tərəfindən DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 883 nömrəli, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum X14 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X11 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Cavabdeh1 İİ qrup əlildir və Xəzər Rayon Məhkəməsinin 2(003)-585/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ona qəyyum olaraq Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 200 saylı, xx.xx.2020-ci il tarixli saərəncamı ilə qızı X8 təyin edilmişdir. Məhkəmə iddia tələbinin Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci maddəsinə əsasən “Dövlət vərəsəlik hüququna təminat verir.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd etibarsız sayıla bilər. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən “Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsi əsasən “Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.” Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.” Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən “Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” Həmin Məcəllənin 342.1-ci maddəsinə əsasən “Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.” Qanunvericiliyin normalarından göründüyü kimi psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd etibarsızdır. Hazırki iş üzrə də Cavabdeh1 Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 xəstəliyi ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuş və mütamadi olaraq müxtəlif vaxtlarda müalicələr almışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 psixi xəstəlikdən əziyyət çəkdiyindən və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Öz növbəsində, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Belə ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən “Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən “Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.” Qanunvericiliyin tələbindən göründüyü kimi vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. İddiaçının atası X25 xx.xx.2002-ci il tarixdə, anası X4 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, lakin xx.xx.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X11 miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəliyin qəbulundan imtina etmişdir. Belə ki, iddiaçının anası X4 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, lakin iddiaçı həmin tarixdən 3 ay müddətində miras əmlakının qəbulundan imtina etməmişdir. Bununla da o, qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş xx.xx.2018-ci il tarixli ərizə etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində vərəsəlik hüquqları tanınması və tam hissədə miras pay hüququnun müəyyən edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” Məhkəmə bu hissədə bildirir ki, Mülki Məcəllənin tələbindən göründüyü kimi əqd etibarsız hesab edildikdə, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni, vərəsəliklə bağlı vəziyyət əvvəlki halına qaytarılmalı, vərəsələr miras əmlakı ilə bağlı notariat kontoruna müraciət etməlidirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iş üzrə müstəqil tələb irəli sürən şəxs X5 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında götərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında götərilmişdir ki, “Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında götərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X9 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev ЗА ünvanında yerləşən 0.02 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş 124,7 kv.metr sahəsi olan fərdi yaşayış evini vicdanlı əldə edən şəxsdir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 7 saylı X26 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməli, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilməli, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı X18 verilmiş xx.xx.2018-ci il tarixli ərizə etibarsız hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 7 saylı X26 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv edilsin. Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilsin. İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı X18 verilmiş xx.xx.2018-ci il tarixli ərizə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-51/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-51/2021
26.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver