Məhkəmə qərarları › İş №2(003)-514/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-514/2025

30.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-514/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “etibarnamənin və onun əsasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra “1 saylı Bakı Ərazi İdarəsi”) cəlb edilməklə “etibarnamənin və onun əsasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov (Hazırkı Xəzər) RİHB-nin 407/90 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına, torpaq sahəsinin cizgisinə, xəritədən çıxarışa, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair rəsmi sənədlərə əsasən atası X8 əldə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə 0.12 ha torpaq sahəsinin onun vəfat etməsindən sonra şəxsiyyətini təsdiq edən saxta 9 nömrəli forma arayışdan istifadə edilərək verilən xx.xx.2012-ci il tarixli, 7E-11/7288 reyestr nömrəli etibarnaməyə xitam verildiyinə görə, cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilən X8 adından X12 verilən xx.xx.2012-ci il tarixli, 7E-5847 reyestr nömrəli etibarnamənin, onun əsasında rəsmiləşdirilən X13 ilə onun əvəzindən X5 imzaladığı Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun adına üçüncü şəxs tərəfindən qeydiyyata alınan xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli və **********96 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) RİHB-nin 407/90 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən iddiaçının atası X9 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə 0.12 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin cizgisinə və xəritədən çıxarışa əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atası X8 adına A № 409403 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin torpaq sahəsi onların sahibliyində və istifadəsində olmuş (hazırda da iddiaçının istifadəsindədir), atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş, bundan sonra vərəsəlik şəhadətnaməsi alaraq həmin torpaq sahəsini sənədləşdirmək istəyərkən, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olmuşdur ki, atası vəfat etdikdən sonra onun adından və ona məxsus sənədlərdən istifadə edilərək istifadələrində olan torpaq sahəsi satılmışdır. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən 918 saylı xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, xx.xx.2012-ci il tarixdə 7E-7288 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə verilərkən etibar edən (iddiaçının atası) X8 şəxsiyyəti 9 nömrəli forma arayışı üzrə müəyyən edilmiş, onun vəfat etməsi barədə notariat ofisində heç bir məlumat olmamış, 2013-cü il yanvar ayında həmin 9 nömrəli forma arayışın saxta olduğu və Əliyusif Məmmədovun xx.xx.2012-ci il tarixdə vəfat etdiyi barədə məlumat daxil olduqdan sonra yuxarıda qeyd olunan etibarnaməyə xx.xx.2013-cü il tarixdə xitam verilmiş və “Elektron notariat" informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Digər Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 7E-5847 reyestr nömrəli etibarnamədən müəyyən olunur ki, ünvan 1 ünvanda qeydiyyatda olan X4 rayonu, Mərdəkan qəsəbəsi 5/155 saylı 1200 kvm. torpaq sahəsinə aid sənədləşmənin aparılmasını, reyestr xidmətindən zəruri sənədləri almağı, imza etmək hüququ ilə birgə bütün tapşırıqların yerinə yetirilməsini Bakı şəhəri, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi ev 31-də yaşayan X6 3 ay müddətinə etibar etmiş, bundan sonra X2 Əliyusif Qafar oğlunun adından ona verilən xx.xx.2012-ci il tarixli etibarnamədən istifadə edərək xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh1 satmış və sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınaraq onun adına çıxarış verilmişdir. X10 və Cavabdeh1 vəfat etmişlər. İddiaçı hesab edir ki, rəsmi sənədlərə əsasən atası X9 məxsus olan və hazırda da onların istifadəsində olan torpaq sahəsininin atası vəfat etdikdən sonra şəxsiyyətini təsdiq edən saxta 9 nömrəli forma arayışdan istifadə edilərək verilən xx.xx.2012-ci il tarixli, 7E-7288 reyestr nömrəli etibarnaməyə xitam verildiyinə görə, cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilən xx.xx.2012-ci il tarixli, 7E-5847 reyestr nömrə ilə qeydə alınmış X8 adından cavabdeh X11 imzaladığı cavabdeh X6 verilən etibarnamə, onun əsasında rəsmiləşdirilən X13 ilə onun əvəzinə cavabdeh X10 ilə bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalı və sonuncunun adına üçüncü şəxs tərəfindən qeydiyyata alınan xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (bundan sonra “Çıxarış”) ləğv edilməlidir.

3. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2013-cü il tarixli, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (səh. 132)

4. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, əslində iddiaçının atası X13, cavabdehin atası X14 və evlərin alqı-satqısı ilə məşğul olan X10 öz aralarında sağlıqlarında alqı-satqı müqaviləsində göstərilən məzmunda razılığa gəlmiş, bundan sonra alqı-satqı müqaviləsi üçün əsaslar yaranmış, hazırda adları çəkilən şəxslərin hər üçü də ölmüş, dövlət orqanlarının həyata keçirdiyi sənəd dövriyyələrinin sistemləşdirilməsi və ya avtomatlaşdırılmasında olan problemlərə görə hazırki Cavabdeh1 məsuliyyət daşımamışdır. Eləcə də mübahisəli alqı-satqı müqaviləsi 16 may 2013-cü il tarixdə bağlanılmış, onun əsasında 31 may 2013-cü il tarixdə Çıxarış əldə edilmiş, iddiaçı isə bunların üzərindən 10 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə ümumi iddia müddətinin tətbiq edilməsini və bu əsasla İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbinın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (səh. 158)

Proses iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, Sərəncam əsasında 1994-cü ildə müvafiq torpaq sahəsi iddiaçının atası X9 ayrılmış, həmin torpaq sahəsi onun tərəfindən hasara alınmış və həyətdə ev tikilməyə başlanmış, ancaq tikinti başa çatdırılmadan yarımçıq qalmış, sonradan iddiaçının atası vəfat etmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir, həyətdə iki mərtəbəli köhnə yarımtikili mövcuddur, qapıların açarı da iddiaçıdadır. Ancaq cavabdehin atası iddiaçının atasına məxsus torpaq sahəsinə aid sənədlərdən qanunsuz istifadə etməklə başqa bir torpaq sahəsini dövlət qeydiyyatına aldırmışdır. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsinin özü deyil, həmin torpağın sənədləri qanunsuz olaraq ələ keçirilmiş və həmin sənədlər və saxta etibarnamə əsasında başqa ərazidə yerləşən torpaq sahəsi qeydiyyata alınmışdır. Cavabdehin və onun atasının qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin sənədlərdən məhrum olunduğundan hazırda öz torpaq sahəsini dövlət qeydiyyatına aldıra bilmir. İddiaçının atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş, etibarnamə isə o vəfat edəndən sonra, yəni xx.xx.2012-ci il tarixdə saxta yolla düzəldilmiş, 2013-cü ilin yanvar ayında da həmin etibarnamə ləğv edilmiş, ancaq etibarnamə ləğv ediləndən sonra, yəni 16 may 2013-cü ildə də alqı-satqı müqaviləsi bağlanılmışdır. Eləcə də etibarnamə veriləndə cavabdehin atası tərəfindən yalandan iddiaçının atasının subay olduğu qeyd olunmuş, arvadının da razılığı alınmamışdır. Halbuki, o, həmin vaxt evli olmuş, arvadı da sağ olmuşdur. Bu məsələdə yararlanan tərəf cavabdeh və onun atası olduğuna görə, etibarnamə də onlar tərəfindən hansısa qanunsuz yollarla düzəldilmişdir. Cavabdehin bu haldan xəbərinin olmaması mümkün deyil, çünki cavabdehin vəkilinin də cavabdehin atasının guya sağlığında iddiaçının atası ilə danışıqlar apardığını bildiyini deməsi, guya hansısa ödəniş edildiyini bildirməsi cavabdehin bu məsələdən məlumatlı olduğunu göstərir. O, iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Çünki iddiaçı atasına məxsus torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə müvafiq orqana 2023-cü ilin avqustun 30-da müraciət etmiş və ancaq ona imtina verildikdən sonra iddiaçı bilmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə aid sənədləri onlara məlum olmayan yollarla əldə edib, onun əsasında başqa torpaq sahəsini öz adına qeydiyyata aldırmışdır. Yəni iddiaçı hüquqlarının pozulmasından məhz 2023-cü ilin avqustun ayında xəbər tutmuşdur. Ona görə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərərk, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi başqa yerdədir, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, o, iddiaçının torpaq sahəsini zəbt etməyib, sadəcə həmin torpaq sahəsinin sənədlərindən istifadə edilərək cavabdehə məxsus başqa ərazidə yerləşən torpaq dövlət qeydiyyatına alınıb, sənədlərlə bağlı cavabdehin atası ilə iddiaçının atası sağlıqlarında danışıb razılığa gəlmiş, torpağın sənədinə görə iddiaçının atasına 9500 manat pul verilmiş və halallıq alınmışdır. Bu hal üçün şahid ola biləcək şəxslərdən heç biri sağ deyil, hər üçü də vəfat edib. Sərəncamın təsdiq olunmuş forması onlar tərəfindən elektron kabinetə yerləşdirilmşdir. Əgər sərəncamı qarşı tərəf onlara təqdim etməsəydi, bu sənəd onlarda olmazdı. Notariat ofisi isə bu məsələ ilə bağlı təqsirli deyil, çünki notariusa etibarnamə təqdim edilib və o da etibarnamə əsasında müqaviləni təsdiq edib. Cavabdeh etibarnamənin necə alındığını bilmir, notariat hərəkətlərinin qanunsuz aparılmasından xəbəri olmayıb, atası vəfat etdiyi üçün hazırda heç bir məlumat da verə bilmir. Cavabdeh bu iddiaya qədər məsələ ilə bağlı hər hansı ziddiyyət olduğunu düşünməmiş, sənədlərdə olan və yaşadığı yerin mövqe baxımından eyni olduğunu hesab etmişdir. Cavabdeh, atasının iddiaçının atası ilə olan danışıqlarında iştirak etmədiyini, amma alqı-satqı zamanı iştirak etdiyini bildirmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

8. AZ-İ seriyalı 534723 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. (iş səh. 8)

9. “Qanun üzrə vərəsəlik hüququ haqında” 2V-398 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixində vəfat etmiş X8 vərəsəsi İddiaçıdur. (iş səh. 9)

10. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının vətəndaşlara ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 10 may 1994-cü il tarixli, 407/90 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, 8 km. qəsəbəsi, Naxçıvani küçəsi, ev 64, mənzil 63-də yaşayan “Bakıyoltikinti” trestində müdir işləyən X9 Mərdəkan qəsəbəsində 5/155 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. (iş səh. 24, 143)

11. xx.xx.2012-ci il tarixli, AR-İ № 191773 saylı etibarnamədən görünür ki, Bakı şəhərinin notariusu K.A.Rəhimov tərəfindən 22 may 2012-ci il tarixində reyestrdə 7E- 11/7288 nömrə ilə qeydiyyata alınmış X8 adından Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli sərəncama əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/155 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsini istifadə etmək, həmin torpaq sahəsində tikililər tikmək, torpağın sənədləşdirilməsi ilə bağlı bütün hərəkətlər etmək səlahiyyətlərinin 10 il müddətinə X12 etibar edilməsinə dair etibarnamə təsdiq edilmişdir. Etibarnamədə qeyd edilir ki, etibarnaməni X13 şəxsən özü mənim iştirakımla imzalayıb. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. (iş səh. 116)

12. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, X/O 239/23 nömrəli məktubdan görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə, 7E-5847 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə ilə X14 Bakı şəh. not. kon-da X8 adından verilmiş xx.xx.2012-ci il, 77E-288 etibarnaməyə əsasən Xəzər ray. Mərdəkan qəs. 5/155 saylı, 1200 kv.m. torpaq sahəsinə aid sənədləşmə işi aparmaq, ƏMDK yanınd DƏDRX-dən, DTXK-dan forma-1, Çıxarış və s. sənədləri almağı, onun adından imza etmək səlahiyyətlərini X6 etibar etmişdir. (iş səh. 15-17)

13. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/155 saylı 0.12 ha torpaq sahəsi tam payda xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X8 adına dövlət qeydiyyatına alınmışdır. (iş səh. 114)

14. Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 918 nömrəli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə 7E-7288 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə verilərkən etibar edən X8 şəxsiyyəti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın həmin dövrdə qüvvədə olan 17-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayışı üzrə müəyyən edilmiş və onun vəfat etməsi barədə Notariat ofisində heç bir məlumat olmamışdır. Bununla yanaşı, qeyd edilmişdir ki, 2013-cü il yanvar ayında, əsasında notariat hərəkətləri aparılmış X8 şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayışın saxta olduğu və Ə.Q.Məmmədovun xx.xx.2012-ci il tarixdə vəfat etdiyi barədə məlumat daxil edildikdən sonra yuxarıda qeyd olunan etibarnaməyə xx.xx.2013-cü il tarixdə xitam verilmiş və “Elektron notariat" informasiya sistemində müvafiq qeydlər aparılmışdır. (iş səh. 12)

15. Notariat hərəkətlərinin qeyd edilməsi üçün aparılan reyestr jurnalından çıxarışdan görünür ki, notariat hərəkətlərinin aprılmasında iştirak edən şəxslər və ya onların nümayəndəsi, onların yaşayış yeri qrafasında – “X13, Bakı ş., Z.Bünyadov pr-ti, ev 48/54, m. 26”; notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd qrafasında – “Müv. Şəxs/vəs “--------”, Nərimanov RPİ, xx.xx.2012” qeyd edilmişdir. (iş səh. 13)

16. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisi, notarius X18 tərəfindən etibar edən X8 adından etibar edilən X11 adına xx.xx.2012 tarixli, 7288 reyestr nömrəli etibarnamə təsdiq edilmiş və həmin etibarnaməyə xx.xx.2013-cü il tarixində notarius tərəfindən xitam verilmişdir. (iş səh. 14)

17. xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 adından xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən çıxış edən X14 (satıcı) DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli, 03/981 saylı arayışına və ƏM DƏDRX-nin kit 409 səhifə 38775, qeydiyyat ********** saylı xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən mülkiyyətdə olan 0,12 ha torpaq sahəsini 4800 (dörd min səkkiz yüz) manata alıcı Cavabdeh1 satmışdır. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmişdir. (iş səh. 112-113)

18. 16 05.2103-cü il tarixli 4Ə/1-251 nömrəli notariat işinin materiallarında olan X14 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna ünvanlanmış ərizədə qeyd olunur ki, xx.xx.2012-ci il tarixdə X7 etibarnamə alarkən onun subay olması barədə məndə məlumat var idi. Gələcəkdə bu barədə hər hansı bir mübahisə baş verərsə, məsuliyyəti öz üzərimə götürürəm. Həmin ərizənin “ərizə mənim sözlərimlə düzgün yazılıb” qeydi ilə X14 tərəfindən və “Mən yuxarıda yazılanlarla tanış oldum və razıyam” qeydi ilə Cavabdeh1 tərəfindən imzalandığı məlum olur. (iş səh 119)

19. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/155 saylı 0.12 ha torpaq sahəsi tam payda xüsusi mülkiyyət hüququ ilə ilə xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. (iş səh 145)

20. 23.05.2103-cü il tarixdə tərtib edilmiş **********96 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/155 saylı 0.12 ha torpaq sahəsinə dair həmin sənəd 7 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, Ə/1-251 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına tərtib olunmuşdur. (iş səh. 146-147)

21. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, təqdim olunmuş Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 407/90 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı əsasında başqa ərazidə yerləşən torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. (iş səh. 18)

22. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/155 saylı sahədə 0,12 ha torpaq sahəsi keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/90 nömrəli sərəncamına (1251 nömrəli xx.xx.2012-ci il tarixli arxiv arayışı), Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının C-38 nömrəli, xx.xx.2012-ci il tarixli məktubu ilə təqdim edilmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına verilmiş A№409403 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən ilkin olaraq xx.xx.2013-cü il tarixdə X8 adına (Bakı şəhərinin notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 7E- 11/7288 reyestr nömrəli etibarnamə əsasında) qeydiyyatdan keçmiş; Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.(iş səh. 19)

23. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda da yuxarıda qeyd olunan məzmunda cavab qeyd olunmuş və əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/1-251 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli və **********96 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. (iş səh. 22-23)

24. Xəzər RİH Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 557 saylı arayışdan görünür ki, X9 Əzizbəyov RİH Başçısının xx.xx.1994-cü il tarixli 407/90 saylı Sərəncamı ilə Mərdəkan qəsəbəsində ayrılmış 5/155 saylı 1200 kv.m-lik torpaq sahəsi vaxtilə, yəni 1994-cü ildə Şağan qəsəbəsi Mərdəkandan ayrılaraq müstəqil qəsəbə statusu qazanandan sonra Şağan qəsəbəsinin ərazisinə düşmüşdür. Sərəncamda keçmiş Mərdəkan sözü Şağan qəsəbəsi kimi nəzərə alınmalıdır. (iş səh.118)

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs Cavabdeh1 cəlb olunmaqla “alqı-satqı müqaviləsinin etibarız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. (iş səh 27-33)

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

26. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir.

27. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

28. 141-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

29. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.

30. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

31. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

32. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

34. 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

35. 325.3-ci maddəsinə əsasən, əqdi bağlamış şəxsin ölümü iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər.

36. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

37. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

38. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

39. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə ... əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir

42. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

43. 384.0.4-ci maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

44. 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

45. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

46. 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:

47. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

48. 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

49. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. MM-in 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. MM-in 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. MM-in 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. MM-in 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Məhkəmənin mövqeyi:

50. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

51. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki (iş materialına əsasən xronoloji ardıcıllıqla): - xx.xx.1994-cü il tarixində Əzizbəyov (Xəzər) RİH Başçısının 407/90 nömrəli Sərəncamı ilə Mərdəkan qəsəbəsində yerləşən 5/155 nömrəli (1200 kv.m) torpaq sahəsi X9 ayrılmışdır; (§ 10) - xx.xx.2012-ci il tarixində X13 vəfat etmişdir; (§ 8) - xx.xx.2012-ci il tarixində X8 adından (vəfat etmiş olmasına baxmayaraq) 5/155 nömrəli torpaq sahəsinə dair səlahiyyətlərin X12 verilməsi barədə (Bakı şəhərinin notariusu K.A.Rəhimov tərəfindən) 7E-11/7288 reyestr nömrəli etibarnamə təsdiq edilmişdir; (§11) - xx.xx.2013-cü il tarixində xx.xx.2012-ci il tarixli etibarnaməyə notarius tərəfindən xitam verilmişdir (əsasında notariat hərəkətləri aparılmış X8 şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayış saxta olduğu üçün, onun xx.xx.2012-ci il tarixdə vəfat etdiyi barədə məlumat daxil olduqdan sonra); (§ 11) - xx.xx.2013-cü il tarixində 5/155 nömrəli torpaq sahəsinə dair hüquqlar xüsusi mülkiyyət hüququ ilə X8 adına dövlət qeydiyyatına alınmışdır; (§ 13) - xx.xx.2013-cü il tarixində X3 Əliyusif Qafar oğlunun adından xx.xx.2012-ci il tarixli etibarnamə ilə çıxış edərək (həmin etibarnamənin ləğv edilmiş olmasına baxmayaraq) 5/155 saylı sahənin Cavabdeh1 satılması barədə notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi bağlamışdır; (§ 17) - xx.xx.2013-cü il tarixində 5/155 nömrəli torpaq sahəsinə dair hüquqlar (xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır və hazırda onun mülkiyyətindədir. (§19)

52. Həmçinin iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 X8 adından etibarnamə verilmiş X11 oğludur və aqı-satqı müqaviləsində alıcı qismində o iştirak etmişdir, başqa sözlə hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi ata və oğul arasında bağlanmışdır. (§ 17) Mübahisələndirilən çıxarışın aid olduğu torpaq sahəsi hazırda cavabdehin mülkiyyətindədir və faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçı torpaq sahəsinin özündən məhrum edilməmiş, ancaq həmin torpaq sahəsinə məxsus sənədlərdən istifadə edilərək başqa ərazidə yerləşən və hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Bu hallar cavabdehin (nümayəndəsinin) etirafı, tərəflər arasında bu faktla bağlı fikir ayrılığının (mübahisənin) olmaması, habelə Çıxarışı verən müvafiq qurumun təsdiqedici məktubu ilə sübuta yetirilir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktublarda (§ 22, 23) bildirilmişdir ki, 5/155 saylı sahəyə dair xx.xx.1994-cü il tarixli 407/90 saylı Sərəncam əsasında başqa ərazidə yerləşən torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Həmçinin, etibarnamənin qanunsuz tərtib və təsdiq olunması faktı etibarnamənin tarixi və məzmunu ilə (qeyd edilib ki, etibarnaməni X13 şəxsən özü mənim iştirakımla imzalayıb, etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb), ünvan 11 ünvanlanmış məktubla (qeyd edilib ki, Ə.Q.Məmmədovun şəxsiyyətini təsdiq edən 9 nömrəli forma arayışın saxta olduğu və onun xx.xx.2012-ci il tarixdə vəfat etdiyi barədə məlumat daxil edildikdən sonra etibarnaməyə xitam verilmişdir) və notariat hərəkətlərin reyestr jurnalından çıxarışla (qeyd edilib ki, notariat hərəkətlərinin aprılmasında iştirak edən şəxs - X13) tam sübuta yetirilir. (§ 11, 22, 23)

53. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, müqavilələr və başqa əqdlərdən, habelə qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlir.

54. Hazırda tərəflər arasında mübahisə iki tələblə bağlıdır: birincisi, daşınmaz əşyanın alqı-satqı müqaviləsinin etibarsızlığı; ikincisi, daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt sayılan Çıxarışın etibarsızlığı. Ona görə birinci tələbə müqavilə öhdəliklərindən əmələ gələn hüquq münasibətlərini tənzimləyən normalar, ikinci tələbə isə əşya hüquq münasibətlərini tənzimləyən normalar çərçivəsində hüquqi qiymət verilməlidir.

55. Məhkəmə ilk növbədə, iddiaçının subyektiv hüququnun olub-olmamasına qiymət verərək qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələbləri də əhatə edə bilər. (Böyük Palatanın “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı, § 124).

56. İş materiallarından göründüyü kimi etibarsız sayılması tələb olunan sənədlərin (alqı-satqı müqaviləsinin və Çıxarışın) aid olduğu 5/155 saylı torpaq sahəsi X9 ayrılmışdır və İddiaçı X8 oğlu və qanun üzrə vərəsəsidir (§ 8-9). Hazırda iddiaçı vərəsə olaraq atasından qalmış torpaq sahəsini (miras əmlakı) əldə etmək istəyir və həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün müvafiq orqana müraciət etsə də, ona imtina verilərək bildirilmişdir ki, atasına məxsus torpaq sahəsinə aid sənədlər əsasında başqa bir (hazırda cavabdehə məxsus) torpaq sahəsi qeydiyyata alınmış və həmin şəxsin adına Çıxarış var. Ona görə iddiaçı öz istifadəsində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına nail ola bilmir. Müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ hazırda tanınmamış olsa da, onun həmin torpaq sahəsini (əmlakı) vərəsəlik qaydasında əldə etməsi istisna edilmədiyindən, əksinə qanunverici bu halı mümkün hesab etdiyindən onun “qanuni gözləntiyə malik hüquq”u mövcuddur. Bu səbəbdən, iddiaçı hər nə qədər mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfi olmasa da, iddianın predmeti mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan və hazırki alqı-satqı müqaviləsi və Çıxarış bu hüququn realizəsinə mane olmaqla onun qanuni mənafeyinə toxunduğundan məhkəmə hesab edir ki, iddiaçının öz qanuni maraqlarını (gözlənilən mülkiyyət hüququnu) müdafiə etmək üçün hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır.

57. Birinci tələblə (müqavilənin etibarsızlığı ilə) bağlı məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarnamə əsasında bağlanıldığı, həmin etibarnamənin saxta olduğu və eləcə də ona xitam verildikdən sonra alqı-satqı müqaviləsi bağlanıldığı iddia edildiyi üçün məhkəmə bu tələbə münasibətdə əvvəlcə həmin etibarnamənin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında qeyd edilir ki, əqdə əsaslanan mübahisələrə baxılarkən işin düzgün həlli üçün ilk növbədə tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Hazırda alqı-satqı müqaviləsi mübahisələndirildiyi üçün onun əsasında duran etibarnamənin mövcudluq və müqavilənin etibarlılıq şərtlərinə və hazırki işdə həmin şərtlərin tələblərinə uyğunluq məsələlərinə ayrı-ayrılıqda qiymət verilməlidir.

58. Mülki Məcəlləyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Əqdin bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Əqdi bağlamış şəxsin ölümü iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. (MM 324, 325.3, 331.1.)

59. Hazırki etibarnaməni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müəyyən olunur ki, etibarnamə qanunvericiliyin tələblərinə uyğun deyil, başqa sözlə əqd (etibarnamə) mövcud deyildir. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu isə şəxsin sağ olması ilə şərtlənir. İradə sağ olan şəxslərə məxsus bir anlayış olduğundan sağ olmayan bir şəxsin iradəsindən də söhbət gedə bilməz. Mövcud olmayan bir iradənin məzmunu isə ağlabatan mühakimə əsasında müəyyənləşdirilə bilməz. Beləliklə, iradə yoxdursa, əqd də yoxdur.

60. Mülki qanunvericiliyə görə, etibarnamə şəxsin iradəsinə uyğun olaraq onun üçüncü şəxslər qarşısında təmsil edilmək üçün başqa şəxsə səlahiyyət verilməsini nəzərdə tutan bir əqddir (MM mad. 362.1). Etibarnamə yalnız sağ olan şəxsin özü tərəfindən verilə bilər və onun ölümü ilə əlavə bir ləğv etməyə ehtiyac qalmadan da özlüyündə xitam olunur (MM mad. 365.1.7.). Bu baxımdan adından etibarnamə verilən şəxs X13 etibarnamə təsdiq edildiyi vaxt sağ olmadığından, həmin vaxt onun iradəsinin də mövcud olmadığı sübuta ehtiyacı olmayan bir faktdır. Olmayan bir iradənin məzmununu isə ağlabatan mühakimə əsasında müəyyənləşdirmək ümumiyyətlə mümkün deyil. Belə olan halda təbii ki, etibarnamə də mövcud sayıla bilməz. Cavabdehin qeyd etdiyi kimi sənədlərin iddiaçının atasının sağlığında cavabdehin atasına pul məbləği qarşılığında satılması ilə bağlı iradə ifadə edib-etməməsi faktı isə cavabdeh tərəfindən hər hansı əsaslı, şübhədənkənar və mötəbər sübutlarala təsdiq edilə bilməmişdir. Hətta bu fakt sübuta yetirilmiş olsaydı belə, yenə də etibarnamə verilən vaxt sağ olmayan şəxs tərəfindən onun imzalanması (verilməsi) mümkün olmadığından, bu hal etibarnamənin qanuni sayılmasına dəlalət edə bilməzdi və bu fakt yalnız başqa bir iddia tələbinin predmetini təşkil edə bilərdi. Göründüyü kimi, ortada qanunvericiliyin tələbinə uyğun olaraq verilmiş bir etibarnamə mövcud deyildir. Hər nə qədər iddiaçı əvəlcə həmin etibarnamənin etibarsızlığını xahiş edib, sonradan bu hissədə iddia tələbini azaltmış olsa da, məhkəmə qeyd edir ki, əqdə əsaslanan mübahisələrdə əqdin mövcud olub-olmamasını tərəflərin dəlillərindən və tələblərindən asılı olmayaraq məhkəmə öz vəzifəsinin icrası çərçivəsində mütləq araşdırmağa və nəzərə almağa borcludur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təsdiq edildiyi vaxt adından etibarnamə verilən şəxs (X13) sağ olmadığı, nəticədə onun hər hansı iradəsi olmadığı üçün həmin etibarnamə mövcud olmayan əqddir. 61.Məhkəmə əqdin mövcud olmaması və etibarsızlığı anlayışları ilə bağlı qeyd edir ki, bunlar mahiyyəti və hüquqi nəticələri baxımından bir-birindən fərqlənir. Belə ki: 1) Əqdin mövcud olma şərtləri onun bağlanmış olub-olmaması ilə, etibarlılıq şərtləri isə hüquqi nəticə yaradıb-yaratmaması ilə bağlı anlayışlardır. Başqa sözlə əqd mövcud deyilsə, o bağlanmamış sayılır və bu səbəbdən nə hüquq və vəzifələr yarada, nə etibarsız sayıla, nə xitam/ləğv edilə, nə də mülki məsuliyyət yarada bilər. Etibarsız əqdlər isə bir qayda olaraq bağlanmış sayılır (əhəmiyyətsiz əqdlər istisna olmaqla). Məsələn, mübahisələndirilən və ya məhkəmə tərəfindən etibarsız sayıla bilən əqdlər mübahisə edilənə və ya məhkəmə tərəfindən etibarsız sayılana qədər etibarlı sayılır və qüvvədə olur. Ona görə mövcud olmayan əqddən fərqli olaraq, etibarsız əqdlər hüquq və vəzifələr yarada, mülki məsuliyyətə səbəb ola bilər. Sadəcə, əqdlər etibarsız olduqda müvafiq şərtlər çərçivəsində arzu olunan hüquqi nəticəni yaratmaq iqtidarında olmur. 2) Mövcud olmayan əqd üzrə icra edilənlər mahiyyətinə uyğun olaraq vindikasiya və ya əsassız varlanma qaydasında geri tələb edilə bilər. Etibarsız əqd üzrə icra edilənlər isə restitusiya qaydasında geri qaytarıla bilər. 3) Mövcud olmayan əqd vicdanlılıq (estoppel) prinipi ilə qorunmadığından, yəni mövcud olmayan bir halın sonradan düzəldilməsi də mümkün olmadığından, sui-istifadə halına istinad edilərək belə tələblərin qarşısının alınması mümkün deyil. Etibarsız əqdlərin isə vicdanlılıq (estoppel) prinsipi ilə qorunması mümkündür. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə” 26 aprel 2023-cü il tarixli Qərarı). Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı). 4) Mövcud olmayan əqdi məhkəmə tərəflərin ayrıca iddia tələbi irəli sürməsindən və dəlilindən asılı olmayaraq hər bir halda öz xidməti vəzifəsinə əsaslanaraq öz təəbbüsü ilə müəyyən edib, nəzərə almalıdır. Etibarsız əqdlərə münasibətdə isə formalaşmış hüquqi mövqeyə görə, məhkəmə ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bununla belə, mübahisələndirmə şəxsə bağlı olan hüquq olduğundan və tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını bildirmədikdə, məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq mübahisə edilən əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. (Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 30 və 34-cü bəndləri.)

62. Hazırki alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Mülki Məcəllənin 337-ci m.addəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirak etməsi; onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcud olması; əqdin formasının və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu şərtləri pozmaqla bağlanılmış əqd etibarsızdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli, “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli və s. qərarları).

63. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyinə görə etibarsızlığın da növləri fərqləndirilir: 1. əhəmiyyətsiz əqdlər; 2. mübahisə edilən əqdlər; 3. müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; 4. məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, əhəmiyyətsiz əqdlər qanunvericiliyin məcburi (imperativ) göstərişlərinə zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. (Konstitusiya Məhkəməsi Plenumunun “MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı)

64. Qanunvericiliyin tələbinə görə, notarial təsdiqli müqavilənin bağlanılması üçün onun məzmununu ifadə edən sənədin əqdi bağlayan şəxs və ya onun lazımınca vəkil etdiyi şəxs tərəfindən imzalanması mütləqdir. Yəni müqavilə təmsilçi vasitəsilə də bağlanıla bilər və bu halda təmsilçi lazımı qaydada vəkil edilmiş olmalıdır, başqa sözlə şəxsi təmsil etmək səlahiyyəti qanuna uyğun tərtib və təsdiq edilmiş etibarnamə əsasında təmsilçiyə verilmiş olmalıdır. Təmsilçi məhz etibarnamə ilə ona verilən səlahiyyətə əsaslanaraq təmsil edilən adından müqavilə bağlayır və bağlanılan müqavilə üzrə hüquq və vəzifələr də təmsil edilənə məxsus olur. (MM mad. 331.1, 334.1, 359.1, 362.1.)

65. Məhkəmə qeyd olunan normaların və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarında göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi etibarnamə əsasında cavabdehlə cavabdehin atası arasında bağlanılmışdır. Ancaq artıq ifadə edildiyi kimi, həmin etibarnamə mövcud olmayan bir əqddir (§ 60). Etibarnamə (əqd) mövcud olmadığından hər hansı bir müqavilənin bağlanılması səlahiyyəti verilmiş olmur. Bir şəxsin başqa şəxsi təmsil etmək səlahiyyəti olmadığı halda onun adından müqavilə bağlamaq (bununla bağlı həmin şəxsin iradəsini ifadə etmək) səlahiyyəti də mövcud olmur. Ona görə edilən bütün hərəkətlər lazımınca vəkil edilməmiş (səlahiyyətsiz) şəxs tərəfindən edilmiş olur. Səlahiyyətsiz şəxs tərəfindən iradə ifadə edilməsi isə qanunsuz, bu əsasla bağlanılmış müqavilə də əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən onun etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır və etibarsızlıqdan doğan nəticə istisna olmaqla hər hansı hüquqi nəticə əmələ gətirmək iqtidarında deyildir. Habelə qeyri-qanuni əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və bu əsas üzərində həyata keçirilən razılaşmalar etibarsızdır. (MM mad. 560.3.1.) Beləliklə, məhkəmə birinci tələbə münasibətdə belə qənaətə gəlir ki, xx.xx.2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi səlahiyyətli subyekt (lazımi qaydada vəkil edilmiş şəxs) tərəfindən imzalanmadığı üçün etibarsızdır (əhəmiyyətsizdir).

66. İkinci tələbə (Çıxarışın etibarsızlığına) münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, DƏDRXin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış daşınmaz əmlakın qeydiyyatını əks etdirən sənəd hesab edilir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi aktdır, hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı.) Göründüyü kimi, Çıxarış daşınmaz əmlakın dövlət qeydiyyatını əks etdirən bir hüquqi sənəd olduğundan onun etibarsız sayılması, daha doğrusu ləğv edilə bilməsi üçün ilk növbədə onun əsasında dayanan hüquqi faktın özünə, yəni mülkiyyət hüququnun yaranmasına və bu hüququn qeydiyyatının qanuniliyinə qiymət verilməlidir.

67. Qanunvericilikdə daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının üç qaydası nəzərdə tutulmuşdur: verilmə yolu ilə; yeni yaranmış əmlakın qeydiyyatı ilə; əldə etmə müddəti ilə. Hazırki iş üzrə mülkiyyət hüququnun yaranması əsası kimi “verilmə yolu”, yəni alqı-satqı müqaviləsi çıxış edir. Qeyd edilməlidir ki, verilmə bir şəxsin (alanın) mülkiyyət hüququnun yaranmasına səbəb olarkən, eyni zamanda digər şəxsin (verənin) mülkiyyət hüququnun xitam olunmasına (nisbi xitam) səbəb olur. Belə ki, Mülki Məcəllənin 139-1.1.3cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Verilmə yolu ilə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə yaranır. (MM mad. 178.1.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinin tələbinə əsasən də, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ona görə verilmənin qanuni sayılması və əsaslı hüquqi nəticə yarada bilməsi üçün onun qanunvericiliyin müəyyən etdiyi qaydlara və tələblərə uyğun şəkildə həyata keçirilməsi zəruridir.

68. Məhkəmə qeyd olunan normaların və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, əvəzedilməz əşyalar, o cümlədən daşınmaz əşyalar üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etmir, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticəyə səbəb olmadığından, belə əqd üzrə əvəzedilməz əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. İşin yuxarıda qeyd olunan hallarında da göründüyü kimi, cavabdehin mülkiyyət hüququnun yaranmasının və bu hüququn dövlət qeydiyyatına alınmasının əsasını cavabdehlə onun atası arasında bağlanmış alqı-satqı müqaviləsi təşkil etmişdir. (§20) Həmin alqı-satqı müqaviləsi isə artıq qeyd olunduğu kimi, etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız müqavilə isə arzu olunan hüquqi nəticəni yaratmadığı üçün o mülkiyyət hüququnun yaranması əsası kimi də çıxış edə bilməz. Başqa sözlə cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır və belə olan halda etibarsız müqavilə əsasında reyestrdə aparılmış qeydiyyat da əsassızdır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olduğundan hüquqlarına toxunulmuş iddiaçı qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldırmaqda haqlıdır.

69. Bununla yanaşı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlarının saxlanıldığı barədə Mülki Məcəlləni 149.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin hazırki iş üzrə vicdanlı üçüncü şəxs olması sübuta yetirilmir. Əksinə, məhkəmə cavabdehin qeydiyyatın əsassız olduğunu bilmədiyi barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, müqavilə tərəflərinin ata və oğul olması, müqavilə qiymətinin real göstərilməməsi, Çıxarış alındıqdan qısa müddət (5 gün) sonra alqı-satqı müqaviləsinin bağlanılması, iddiaçının atasının guya subay olduğu barədə ərizə verilməsi (cavabdeh özü də həmin ərizəni imzalamışdır - §18), cavabdehin nümayəndəsinin izahatında bildirdikləri (cavabdehin atası ilə iddiaçının atasının sağlıqlarında danışıb razılığa gəldiyi, torpağın sənədinə görə iddiaçının atasına pul verildiyi və ondan halallıq alındığı və s.) cavabdehin reyestrdəki qeydin həqiqi olmadığı barədə məlumatlı olduğu qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə ikinci tələbə münasibətdə hesab edir ki, mülkiyyət hüququ dövlət reyestrində əsassız qeydə alındığından həmin qeydiyyat çıxarılmalı və Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

70. Cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunu və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir və bu müddət yalnız əhəmiyyətsiz əqdin predmetini əvəz edilən əşyalar təşkil etdikdə tətbiq edilə bilər. Əvəzedilməz əşyalar, o cümlədən daşınmaz əşyalar üzərində isə hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə əvəzedilməz əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (MM mad. 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisə edilən əqdlərlə bağlı iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutan kəsici müddət olduğu üçün əhəmiyyətsiz əqdlərlə bağlı tələblərə bu müddət də tətbiq edilə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun “MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı)

71. Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə" 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarında iddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.

72. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına, qanunvericilik normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən qeyd edir ki, hazırki iş üzrə alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, həmin müqavilənin predmetini əvəzedilməz əşya olan torpaq sahəsi təşkil etdiyindən və iddiaçı qanuni gözləntisi olan mülkiyyət hüququna dayanaraq əhəmiyyətsiz əqd əsasında daşınmaz əşyaya dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması (çıxarışın etibarsız sayılması) barədə iddia qaldırdığından hazırki iddia tələbinə nə iddia müddəti, nə də kəsici müddət tətbiq edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır və təmin edilməməlidir.

73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

74. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tələb edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir.

75. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış və Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) olması təsbit edilməli və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış və Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmiş 16 may 2013-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız (əhəmiyyətsiz) hesab edilsin. Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar