Məhkəmə qərarları › İş №2(003)-516/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-516/2021

30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-516/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh İB-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçının Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 1) xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, 2) xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, 3) xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, 4) Ox xxxxxx 2017-ci il tarixli ******* saylı, 5) xx xxxxx 2017-ci il tarixli, ******* saylı, 6) xx xxxxxx 2018-ci il tarixli, ******* saylı, 7) xx xxxxxx 2018-ci il tarixli, 0146 239 saylı, 8) xx xxxx 2018-ci il tarixli, 01477070 saylı, xx xxx 2018-ci iltarixli, 9) ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı, 10) xx xxxxxx 2018-ci il tarixli ******* saylı, 11) xx xxxxxx 2018-ci il tarixli 04961,621 şaylı, 12) xx xxxxxx 2019-cu il tarixli ******* saylı, 13) xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarşız hesab hesab edilməsi və aktlar üzrə hesablanmış cəmi 4961,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış 4961,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 55-də yaşayır. Ona məxsus Bakı şəhəri Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 55 (müqavilədə ünvan 1) yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. Sonuncu ünvanda təbii qazdan istifadə etmək üçün karta pul yükləmək istəyərkən post terminalda kartın bloka salındığını görmüşdür. Bundan sonra ona bildirmişlər ki, guya onun 4687,9 manat ödənilməmiş borcu vardır, bu səbəbdən də kartı bloka salınmışdır. Borcun yaranma səbəbini soruşduqda ona bildirmişlər ki, ona məxsus yaşayış sahəsində təbii qazdan qeyri-qanuni, istifadə olunduğu üçün müxtəlif illərdə aktlar tərtib edilib və həmin aktlara əsasən ona 4687,9 manat cərimə yazılıb. ünvan 1-ə dair cavabdeh tərəfindən 1) xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, 2) xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, 3) xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, 4) xx xxxxxx 2017-ci il tarixli ******* saylı, 5) xx xxxxx 2017-ci il tarixli, ******* saylı, 6) xx xxxxxx 2018-ci il tarixli, ******* saylı, 7) xx xxxxxx 2018-ci il tarixli, 0146 239 saylı, 8) xx xxxx 2018-ci il tarixli, 01477070 saylı, xx xxx 2018-ci iltarixli, 9) ******* saylı, xx xxxxxxx 2018-ci 11 tarixli, ******* saylı, 10) xx xxxxxx 2018-ci il tarixli ******* saylı, 11) xx xxxxxx 2018-ci il tarixli 04961,621 saylı, 12) xx xxxxxx 2019-cu il tarixli ******* saylı, 13) xx xxxxxx 2019-cu il tarixli ******* saylı qanunsuz aktlar tərtib olunmuşdur. O, sayğac göstəricisinə əsasən, istehlak olunmuş qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Buna baxmayaraq, ondan abonentin saldosu üzrə qanunsuz olaraq əsassız borc tələb edirlər. O, qaz idarəsinə ərizə ilə müraciət edərək onun iştirakı olmadan müxtəlif evlərin şəkillərini sübut kimi qeydiyyat aparmalarını və aktlaşdırdıqlarını və əsassız borcun silinməsini tələb etsə də, onun bu tələbi cavabsız qalmışdır. Qeyd edir ki, aktlarda adı qeyd edilən X6 onun nənəsidir. Təqdim etdiyi qəbirdaşına aid fotoşəkildən göründüyü kimi, o, 1968-ci ildə rəhmətə getmişdir. Lakin aktlarda onun guya “imtina” etdiyi göstərilib. Təbii ki, ölmüş şəxs imtina edə bilməz, bu onu göstərir ki, aktlar etibarsızdır. Qeyd edir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktda göründüyü kimi istehlakçı kimi onun-İddiaçı adı qeyd edilmişdir. Belə olan halda cavabdeh onu yox, artıq 50 ildi dünyasını dəyişən nənəsinin adına əsassız aktlar tərtib edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız hesablanmış borca görə ailəsi həyəcan və əsəb keçirmiş, özünün səhhəti pisləmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. İddiaçı nümayəndəsi və vəkili X14 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı qeyd olunan ünvanda uzun müddət yaşamamışdır. Bunu həmin ünvan üzrə elektrik enerjisindən istifadəyə görə aparılan ödənişlərdə təsdiq edə bilər. Belə ki, iddiaçının abonent saldosundan da görünür ki, iddiaçının ünvanına 5 il ərzində a-az elektrik enerjisinə görə pul vəsaiti ödənilmişdir ki, həmin məbləğdə həmin evin həyət yanı sahəsinin işıqlandırılmasına görə yaranmış sərfiyyatdır. Həmçinin qeyd edir ki, aktlarda adı qeyd edilən X6 iddiaçının nənəsidir. İş materillarında olan qəbirdaşına aid fotoşəkildən də göründüyü kimi, o, 1968-ci ildə ölmüşdür. Lakin aktlarda onun guya həmin aktları imza etməkdən “imtina” etdiyi göstərilib. Təbii ki, ölmüş şəxs imtina edə bilməz, bu onu göstərir ki, aktlar etibarsızdır. Qeyd edir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktda göründüyü kimi istehlakçı kimi iddiaçının- İddiaçı adı qeyd edilmişdir. Belə olan halda cavabdeh idiaçını yox, artıq 50 ildi dünyasını dəyişən nənəsinin adına əsassız aktlar tərtib edir. Cavabdeh nümayəndəsi X8 iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verdiyi müəyyən edilmişdir. Bu səbəbdən qaz sayğacı abonentə qaytarılmışdır” İş materiallarına əlavə edilmiş X2 adına tərtib edilmiş abonentin saldosundan və “Gasrep” məlumatlarından görünür ki, ünvan 1-ə təbii qazdan qeyri-qanuni istifadəyə görə ümumilikdə 4961,6 (1245,0 + 3716,0) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, xx xxxxxx 2016-cı il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli ******* saylı, xx xxxxx 2017-ci il tarixli, ******* saylı, xx xxxxxx 2018-ci il tarixli, ******* saylı, xx xxxxxx 2018-ci il tarixli, 0146 239 saylı, xx xxxx 2018-ci il tarixli, 01477070 saylı, xx xxx 2018-ci iltarixli, ******* saylı, xx xxxxxxx 2018-ci 11 tarixli, ******* saylı, xx xxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxx 2018-ci il tarixli 04961,621 saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı ünvan 1-ə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış ümumilikdə 4684,0 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Bundan başqa X2 adına tərtib edilmiş “Gasrep” məlumatlarından görünür ki, ünvan 1 ünvanında sayğacda kənar təbii qazdan istifadəyə görə 2011-2013-ci illər üçün ümumilikdə 277,6 manat borc hesablanmışdır(sənədləri mövcud olmayan). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək 2016-cı il tarixdən 2019-cu il tarixədək ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmiş, həmin aktlar əsasında cavabdehə ümumilikdə 4684,0 manat borc hesablanmışdır. İddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Bundan başqa 2011— 2013-cü il tarixlərdə də cavabdehə ümumilikdə 277,6 manat məbləğində borc hesablanmışdır ki, həmin hesablanmanın aparılmasına dair sənədlər mövcud deyildir. Bundan əlavə, müəyyən olunmuşdur ki, bununla bağlı tərtib edilmiş akt(lar) iddiaçının nənəsi, 1968-ci il tarixdə vəfat etmiş X2 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 4961,6 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh təşkilat qarşısında məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə cavbabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Cavabdeh İB-yi istifadəçinin sayğacında sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə itirilmiş qazın bərpasına görə zərəri iddiaçıdan tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh «Cavabdeh tərəfindən tələb olunan 4961,6 manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut edə bilmədi. Qeyd olunan aktların doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktları qəbul etmiş orqan kimi Cavabdeh İBnin üzərinə düşür. Eyni zamanda iş materiallarında olan xx xxxxxx 1988-ci il tarixli aktın surətindən surətindən göünür ki, X4 xx xxx 1968-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, qeyd edilən akt(lar) Cavabdeh İB tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir. Lakin Cavabdeh İB tərəfindən Məcidova X1 kənar qaz xətdindən istifadə etdiyinə 2016-2019-cu illər üçn təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş, həmin aktlarda Xanımana Məcidovanın aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir.Göründyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunduğu zaman Xanımana Məcidova artıq 53 il əvvəl ölmüşdür. Bununla həmçinin müəyyən olunur ki, cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar tamamilə formal xarakterli olmaqla abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 4961,6 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə **********00000 abonent hesabına hesablanmış 4961,6 (dörd min doqquz yüz altmış bir manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar