Məhkəmə qərarları › İş №2(003)-516/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-516/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-516/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında 23.03.2019-cu il, 24.10.2019-cu il, 15.01.2020-ci il, 23.03.2019-cu il, 24.03.2019-cu il, 15.01.2020-ci il tarixlərdə müqavilələr bağlanmışdır. 23.03.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 21317,6 (yəni 18 ay x 134,0 manat + 0,0 manat ilkin ödəniş) manat olan Gorenje markalı plitə, HotPoint markalı soyuducu, Hoffmann markalı mini soba və Panasonic markalı mikrodalğalı soba üçün ümumilikdə 754,0 manat olmaqla ondan 686,0 manat ödənilməmiş hissə, 68,0 manat cərimə borcu yaranmışdır. 24.10.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 435,0 (yəni 18 ay x 24,0 manat + 3,0 manat ilkin ödəniş) manat olan Samsug Galaxy markalı planşet üçün ümumilikdə 282,0 manat olmaqla ondan 257,0 manat ödənilməmiş hissə, 25,0 manat cərimə miqdarında borcu yaranmışdır. 15.01.2020-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 611,6,0 (yəni 12 ay x 49,8 manat + 14 manat ilkin ödəniş) manat olan «Huawei» markalı telefon üçün ümumilikdə 363,0 manat olmaqla ondan 330,0 manat ödənilməmiş hissə, 33,0 manat cərimə miqdarında borcu yaranmışdır. 23.03.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 748,0 (yəni 22 ay x 34,0 manat + 0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********50712 «Huawei P Smart 2019» markalı telefon üçün ümumilikdə 374,0 manat olmaqla ondan 340,0 manat ödənilməmiş hissə, 34,0 manat cərimə miqdarında borcu yaranmışdır. 24.03.2019-cu il müqaviləyə əsasən o, alqısatqı qiyməti 648,0 (yəni 18 ay x 36,0 manat + 0,0 manat ilkin ödəniş) manat olan Gorenje markalı plitə üçün ümumilikdə 237,0 manat olmaqla ondan 216,0 manat ödənilməmiş hissə, 21,0 manat cərimə miqdarında borcu yaranmışdır. 15.01.2020-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 1317,6 (yəni 24 ay x 54,9 manat + 0 manat ilkin ödəniş) manat olan Acer markalı notebook logitech mouse və Bag Lenovo markalı çanta üçün ümumilikdə 1212,0 manat olmaqla ondan 1102,0 manat ödənilməmiş hissə, 110,0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3273,4 manat təşkil edir. 13.01.2020-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 74,4 (yəni 12 ay x 6,2 manat + 0 manat ilkin ödəniş) manat olan Xiaomi Redmi markalı qulaqlıq üçün ümumilikdə 47,0 manat olmaqla ondan 42,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3273,4 manat təşkil edir. Cavabdeh 23.03.2019-cu il tarixli müqaviləsinə əsasən, 24.03.2019-cu il tarixində Gorenje markalı plitədən imtina etmiş və məhsul 648,0 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh 23.03.2019cu il müqaviləyə əsasən 686,0 manat ödənilməmiş hissə, 68,0 manat cərimə, 24.10.2019-cu il müqaviləyə əsasən 257,0 manat ödənilməmiş hissə, 25,0 manat cərimə, 15.01.2020-ci il müqaviləyə əsasən 330,0 manat ödənilməmiş hissə, 33,0 manat cərimə, 23.03.2019-cu il müqaviləyə əsasən 340,0 manat ödənilməmiş hissə, 34,0 manat cərimə, 24.03.2019-cu il müqaviləyə əsasən 216,0 manat ödənilməmiş hissə, 21,0 manat cərimə, 15.01.2020-ci il müqaviləyə əsasən 1102,0 manat ödənilməmiş hissə, 110,0 manat cərimə, 13.01.2020-ci il müqaviləyə əsasən 42,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə olmaqla ümumilikdə 3269,0 manat borc və ödənilmiş dövlət rüsumuna görə 52,69 manat pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “qapı bağlıdır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli 01002239 saylı müqavilədən aydın olur ki, “Samsung” markalı planşet üçün hər ay nağd qaydada 24,0 manat ödəməklə, 18 ay müddətinə, 435,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 24.10.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung” markalı planşeti tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.10.2019cu il tarixli müqavilə üzrə 30.11.2019-cu il tarixdən 30.04.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 24,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 24.10.2019-cu il tarixli müqaviləyə əsasən 257,0 manat əsas, 25,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 282,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.01.2020-ci il tarixli 20038524 saylı müqavilədən aydın olur ki, «Huawei P smart Z» markalı telefon üçün hər ay nağd qaydada 49,8 manat ödəməklə, 12 ay müddətinə, 611,6 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 15.01.2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh «Huawei P smart Z » markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.01.2020ci il tarixli müqavilə üzrə 15.02.2020-ci il tarixdən 15.01.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 49,8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 15.01.2020-ci il tarixli müqavilələrə əsasən 330,0 manat əsas borc, 33,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 363,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.03.2019-cu il tarixli 00578157 saylı müqavilədən aydın olur ki, «Huawei P Smart 2019» markalı telefon üçün hər ay nağd qaydada 34,0 manat ödəməklə, 22 ay müddətinə, 748,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 23.03.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh « Huawei P Smart 2019» markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.03.2019cu il tarixli müqavilə üzrə 31.04.2019-cu il tarixdən 31.01.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 34,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 23.03.2019-cu il tarixli müqavilələyə əsasən 340,0 manat əsas borc, 34,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 374,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2019-cu il tarixli 00579998 saylı müqavilədən aydın olur ki, Gorenje markalı plitə üçün hər ay nağd qaydada 36,0 manat ödəməklə, 18 ay müddətinə, 648,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 24.03.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Gorenje markalı plitəni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.03.2019cu il tarixli müqavilə üzrə 31.04.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 36,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 24.03.2019-cu il tarixli müqaviləyə əsasən 216,0 manat əsas borc, 21,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 237,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.03.2019-cu il tarixli 00578186 saylı müqavilədən aydın olur ki, Gorenje markalı plitə, HotPoint markalı soyuducu, Hoffmann markalı mini soba və Panasonic markalı mikrodalğalı soba üçün hər ay nağd qaydada 134,0 manat ödəməklə, 18 ay müddətinə, 2412,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 23.03.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Gorenje markalı plitə, HotPoint markalı soyuducu, Hoffmann markalı mini soba və Panasonic markalı mikrodalğalı sobani tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.03.2019cu il tarixli 00578186 saylı müqavilə üzrə 31.04.2019-ci il tarixdən 30.092020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 134,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 23.03.2019-cu il tarixli 00317509 saylı müqavilələrə əsasən 686,0 manat əsas borc, 68,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 754,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.01.2020-ci il tarixli 20038553 saylı müqavilədən aydın olur ki, Acer markalı notebook logitech mouse və Bag Lenovo markalı çanta üçün hər ay nağd qaydada 54,9 manat ödəməklə, 24 ay müddətinə, 1317,6 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 15.01.2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Acer markalı notebook logitech mouse və Bag Lenovo markalı çantau tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.01.2020ci il tarixli 20038553 saylı müqavilə üzrə 28.02.2020-ci il tarixdən 28.01.2022-ci il tarixədək İddiaçı MMC–yə hər ay 54,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 15.01.2020-ci il tarixli 20038553 saylı müqavilələrə əsasən 1102,0 manat əsas borc, 110,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 1212,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli 20034081 saylı müqavilədən aydın olur ki, X3 markalı qulaqlıq üçün hər ay nağd qaydada 6,2 manat ödəməklə, 12 ay müddətinə, 74,4 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 15.01.2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh A X3 markalı qulaqlıq tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.01.2020ci il tarixli 20034081 saylı müqavilə üzrə 21.02.2020-ci il tarixdən 21.01.2022-ci il tarixədək İddiaçı MMC–yə hər ay 6,2 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 13.01.2020-ci il tarixli 20034081 saylı müqavilələrə əsasən 42,2 manat əsas borc, 4,8 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 47,0 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 20292/4 saylı 12.11.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh öz razılığınız əsasında “Gorenje ECT620SC” markalı plitəni geri qaytarmışdır. “Gorenje ECT620SC” markalı plitə 648 (altı yüz qırx səkkiz) manat dəyərində qiymətləndirilmiş və umumi borcdan silinmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqlardan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 52,69 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında 23.03.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 2412,0 manat olan Gorenje markalı plitə, HotPoint markalı soyuducu, Hoffmann markalı mini soba və Panasonic markalı mikrodalğalı sobani ayda 134,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 24.10.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 360,0 manat olan “Samsung Galaxy” markalı planşeti ayda 24,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 15.01.2020-ci il müqaviləyə əsasən alqısatqı qiyməti 420,0 manat olan «Huawei P smart Z» markalı telefonu ayda 49,8 manat ödəmək şərti ilə 12 ay müddətinə, 23.03.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 748,0 manat olan «Huawei P Smart» markalı telefon ayda 34,0 manat ödəmək şərti ilə 22 ay müddətinə, 24.03.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 648,0 manat olan Gorenje markalı plitəni ayda 36,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 15.01.2020-ci il müqaviləyə əsasən alqı-satqı qiyməti 1317,6 manat olan Acer markalı notebook logitech mouse və Bag Lenovo markalı çantau ayda 54,9 manat ödəmək şərti ilə 24 ay müddətinə, 13.01.2020-ci il müqaviləyə əsasən alqı-satqı qiyməti 74,4,0 manat olan «X4» markalı qulaqlığı ayda 6,2 manat ödəmək şərti ilə 12 ay müddətinə,ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 3273,4 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə əsas borca münasibətdə cavabdehdən 68,0 manat cərimə pulunun, 25,0 manat cərimə pulunun, 33,0 manat cərimə pulunun, 34,0 manat cərimə pulunun və 21,0 manat cərimə pulunun, 110 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq 15.01.2020-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 20,0 manat, 24.03.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5,0 manat, 23.03.2019-cu il tarixli müqaviləyə müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10,0 manat, 24.10.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5,0 manat, 15.01.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10,0 manat, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən 10,0 manat, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən 2,0 məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 52,69 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 23.03.2019-cu il tarixli 00578186 saylı müqaviləyə əsasən 686,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 24.10.2019-cu il tarixli 01002239 saylı müqaviləyə əsasən 257,0 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 15.01.2020-ci il tarixli 20038524 saylı müqaviləyə əsasən 330,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 23.03.2019-cu il tarixli 00578157 saylı müqaviləyə əsasən 340,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 24.03.2019-cu il tarixli 00579998 saylı müqaviləyə əsasən 216,0 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 15.01.2020-ci il tarixli 20038553 saylı müqaviləyə əsasən 1102,0 manat ödənilməmiş hissə, 20,0 manat cərimə, 13.01.2020-ci il tarixli 20034081 saylı müqaviləyə əsasən 42,2 manat ödənilməmiş hissə, 2,0 manat cərimə borcu olmaqla, cəmi 3036,0 (üç min otuz səkkiz manat) manat məbləğində pul vəsaiti və 52,69 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 23.03.2019-cu il tarixli 00578186 saylı müqaviləyə əsasən 686,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 24.10.2019-cu il tarixli 01002239 saylı müqaviləyə əsasən 257,0 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 15.01.2020-ci il tarixli 20038524 saylı müqaviləyə əsasən 330,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 23.03.2019-cu il tarixli 00578157 saylı müqaviləyə əsasən 340,0 manat ödənilməmiş hissə, 10,0 manat cərimə, 24.03.2019-cu il tarixli 00579998 saylı müqaviləyə əsasən 216,0 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 15.01.2020-ci il tarixli 20038553 saylı müqaviləyə əsasən 1102,0 manat ödənilməmiş hissə, 20,0 manat cərimə, 13.01.2020-ci il tarixli 20034081 saylı müqaviləyə əsasən 42,2 manat ödənilməmiş hissə, 2,8 manat cərimə borcu olmaqla, cəmi 3035,2 (üç min otuz beş manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 52,69 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar