Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-520/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı ASAN Xidmət mərkəzinin Notariat ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış, 4Ə-1537№ ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 və İddiaçı1 xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh ilə aralarında notariat qaydada barışıq sazişi bağlanıb, təsdiq olunduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında göstərdi ki, Cavabdeh ilə barışıq sazişi bağlamışdır. Ərizənin təmin olunmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, İddiaçı1 Cavabdeh ilə barışıq sazişi bağlamışdırlar. Ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, İddiaçı2 və İddiaçı1 ilə barışıq sazişi bağlamışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında cavabdehin izahatını təsdiqləyərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, barışıq sazişi bağlandığı və təsdiq edildiyi üçün işin icraatına xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, bu saziş İddiaçı2 ilə Cavabdeh arasında bağlanmışdır. Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini İddiaçı2 bağışlanması və 10000 manat pul vəsaiti verilməsi qarşılığında mülki işin icraatına xitam verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, bu saziş İddiaçı1 ilə Cavabdeh arasında bağlanmışdır. Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi , 802 ünvanında yerləşən ümumi sahəsi 496 kv.m olan torpaq sahəsindən 209 kv.m hissəsinin saziş İddiaçı1 bağışlanması və 10000 manat pul vəsaiti verilməsi qarşılığında mülki işin icraatına xitam verilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış və təsdiq edilmişdir. Barışıq sazişinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini İddiaçı2 bağışlanması və 10000 manat pul vəsaiti verilməsi, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi , 802 ünvanında yerləşən ümumi sahəsi 496 kv.m olan torpaq sahəsindən 209 kv.m hissəsinin saziş İddiaçı1 bağışlanması və 10000 manat pul vəsaiti verilməsi qarşılığında İddiaçı2 və İddiaçı1 mülki işin icraatına xitam verilməsinə razılıq əldə etmişlər. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-520/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-520/2025
24.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver