Məhkəmə qərarları › İş №2(003)-539/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-539/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-539/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmış ünvan 1 ünvanında yerləşən evin 1963-cü ildə tərtib edilmiş texniki pasportun (sahib kimi göstərilmiş X14), Xəzər rayon Buzovna qəsəbəsi İcra Nümayəndəliyində 25 yanvar 1943-cü il tarixində 141 №-li “doğum (Ərizəçi) haqqında akt qeydinin (həmin akt qeydində göstərilmiş Ərizəçi anasının ad, soyad, ata adı kimi göstərilmiş X13 hissəsində), Ərizəçi anasının və atasının nikah haqqında Kalmaşstroysovetin vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsinin 24 fevral 1925-ci il tarixində 19 nömrəsi ilə rəsmiləşdirilmiş nikah haqqında çıxarışın (arvadın (gəlinin) adı və ata adının Суня Имам Кули кызы kimi göstərilmiş hissəsində) Ərizəçi oğlunun anasına - 11 iyul 1955-ci il tarixində verilmiş Xİİ-ЛС № 615954 seriyalı pasportunda göstərilən şəxs — X12 (Мурветова Сурия Мустафа кызы - latın qrafikinə çevirdikdə: X15) məxsus olması faktının müəyyən edilməsi barədə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək X16 ilə Ərizəçi arasında qohumluq faktının müəyyən olunmaqla Ərizəçi X8 oğlu olması, Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü ildə X6 verilmiş texniki pasportun - X12 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi anasının ad, soyad, ata adının müxtəlif sənədlərdə müxtəlif formada qeyd olunması Ərizəçi anasının adına ölüm haqqında şəhadətnamə belə verilməməsinə səbəb olmuşdur ki, nəticədə şəxsin ölməsi faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir (22.09.2020-ci il tarixli 2(003)-2492/2020 saylı Xəzər rayon məhkəməsinin qətnaməsi (sədrlik edən hakim Ramilə xanım Xəzri). Belə ki, Ərizəçi anasının ad, soyad, ata adı onun adına 11 iyul 1955ci il tarixində verilmiş Xİİ-ЛС № 615954 seriyalı pasportda X16 (latın qrafikinə çevirdikdə: X27) kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.06.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən binanın sahibi kimi X14 göstərilmişdir. 25 yanvar 1943-cü il tarixdə Ərizəçi Xəzər rayon Buzovna qəsəbəsində 141 №-li doğum haqqında akt qeydi tərtib olunmuş və aktda onun anasının ad, soyad, ata adı X3 göstərilmişdir. 16 sentyabr 1974-cü il tarixli Azərbaycan SSR “Azneft” Neft kəşfiyyatçıları birliyinin X2 (Xəstəlik tarixçəsi №3259/513) Ərizəçi anasının ad, soyad, ata adı rus dilində Мурветова Сурия Мустафа кызы) kimi göstərilmişdir. ünvan 1 ünvanında yerləşən evin Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid oktyabr 1963-cü il tarixli Pasportda mülkiyyətçinin adı X23 qızı (Мурватова Суния Имам кызы) kimi göstərilmişdir. 20 yanvar 1970-ci il tarixində başlanmış ünvan 1 ünvanında yerləşən evin Ev Dəftərində Ərizəçi anasının adı X4 göstərilmişdir. Ərizəçi anasının məzarının üzərində onun ad, soyad və ata adı X1 kimi göstərilmişdir. Ərizəçi anasının və atasının nikah haqqında Kalmaşstroysovetin vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsinin 24 fevral 1925-ci il tarixində 19 nömrəsi ilə rəsmiləşdirilmiş nikah haqqında çıxarışda onun anasının adı və ata adı Суня Имам Кули кызы kimi göstərilmişdir. Soyadı isə göstərilməmişdir. Göründüyü kimi, Ərizəçi anasının soyadı sənədlərdə Mürvətova kimi göstərilsə də, onun adı bəzi sənədlərdə Suriya (Suriyə), bəzisində Suniyə, bəzisində Суня, bəzisində Cypиe kimi, ata adı isə bəzi sənədlərdə və yerlərdə göstərilməmiş, bəzisində isə Имам Кули гызы kim, bəzisində Mustafa qızı kimi, bəzisində İmam qulu qızı kimi, bəzisində İmamqulu qızı kimi göstərilmişdir. Baxmayaraq ki, həmin şəxs Ərizəçi anası olmaqla eyni şəxs olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, Ərizəçi anasının adı Suriyə idi, o, Suriyə xanımı görmüşdür. Onlar 4 qardaş və 2 bacı olmuşlar. Əzizağa, Əhməd, Mirağa və ataları Balağanı görmüşdür. Qardaşlar ailə qurmuş, qeyd olunan ünvanda hal hazırda Mirağa qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Suriyə xanım onun ərinin bibisi olmuşdur. Suriyə xanımı görmüşdür. Onun 2 qızı və 4 oğlu olub. Suriyə xanım təxminən 1974-1975-ci illərdə ölmüşdür. Suriyənin 6 uşağı olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 22.02.2019-cu il tarixli məktubda qeyd edilir ki: "ünvan 2zindən daxil olan 19 fevral 2019-cu il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Sabunçu (Lenin) rayonu və Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat yoxdur. Eyni zamanda bildiririk ki, 1942-cü ilə dair Bakı şəhəri Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib." İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-2492/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 11 iyul 1955-ci il tarixində verilmiş Xİİ-ЛС № 615954 seriyalı göstərilən xx.xx. 1906-cı il təvəllüdlü X26 (sənəddə olduığu kim X27) qızının 17 sentyabr 1974-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs2 tərəfindən verilmiş 13 mart 2019-cu il tarixli 373/12 saylı doğum haqqında arayışdan görünür ki, X18 xx xxxx 1942-ci il tarixdə anadan olmuşdur, bu barədə 25 yanvar 1943-cü il tarixdə Xəzər rayon Buzovna qəsəbə İ/N-də 141 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X5, anası X9r. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mirzağa Balaağa oğluna ünvanlanmış 16.06.2020-ci il tarixli məktubunda qeyd edilir: "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Neymətulla küçəsi, 31 saylı fərdi yaşayış evinin X10 adına qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinə dair 1963-cü il tarixdə X11 adına tərtib edilmiş texniki pasport (texniki pasportda torpaq sahəsi 823,30kv.m qeyd olunmuşdur) idarənin arxivində mövcuddur." İş materiallarına əlavə edilmiş 11 iyul 1955-ci il tarixində verilmiş Xİİ-ЛС № 615954 seriyalı pasportdan görünür ki, X16 (latın qrafikinə çevirdikdə: X27) 1906-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 20 yanvar 1970-ci il tarixində başlanmış ünvan 1 ünvanında yerləşən evin Ev Dəftərində Ərizəçi anasının adı X4 göstərilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanında yerləşən evin Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid oktyabr 1963-cü il tarixli Pasportda mülkiyyətçinin adı X23 qızı (Мурватова Суния Имам кызы) kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 08.04.2021-ci il tarixli məktubunda qeyd edilir: "Sizin 15.03.2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X11 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs2 Mirzağa Balaağa oğluna ünvanlanmış 09.12.2020-ci il tarixli məktubunda qeyd edilir: "Doğumunuz haqqında akt qeydində ananızın adı, soyadı və ata adı “X13 ”-dan “X16”-na düzəliş edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz ananızın passportunda adı, soyadı və ata adı “X20” qeyd olunduğu halda, doğumunuz haqqında akt qeydində ananızın adı, soyadı və ata adı “X13 " qeyd edilmişdir. Qeyd edirik ki, doğumunuz haqqında akt qeydində ananızın adı, soyadı və ata adı “X13 ”-dan “X16”-na düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 maddəsinə müvafiq və ona olaraq Vətəndaşlıq Vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi kifayət qədər əsaslar olduqda və aldiyyəti şəxslər arasında dəyişikliklər edilməsi mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda düzəliş məhkəmə Qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmədə müəyyən olundu ki, 25 yanvar 1943-cü il tarixdə Ərizəçi adına Xəzər rayon Buzovna qəsəbəsində tərtib olunmuş 141 №-li doğum haqqında akt qeydində anasının ad, soyad, ata adı X13, 11 iyul 1955-ci il tarixində verilmiş Xİİ-ЛС № 615954 seriyalı pasportda anasının ad, soyad, ata adı X16 (latın qrafikinə çevirdikdə: X27), 16 sentyabr 1974-cü il tarixli Azərbaycan SSR “Azneft” Neft kəşfiyyatçıları birliyinin X2 (Xəstəlik tarixçəsi №3259/513) anasının ad, soyad, ata adı rus dilində Мурветова Сурия Мустафа кызы), ünvan 5 ünvanında yerləşən evin Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid oktyabr 1963-cü il tarixli Pasportda mülkiyyətçinin adı X23 qızı (Мурватова Суния Имам кызы), 20 yanvar 1970-ci il tarixində başlanmış ünvan 5 ünvanında yerləşən evin Ev dəftərində anasının adı X17, anasının məzarının üzərində onun ad, soyad və ata adı X1, anasının və atasının nikah haqqında Kalmaşstroysovetin vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsinin 24 fevral 1925-ci il tarixində 19 nömrəsi ilə rəsmiləşdirilmiş nikah haqqında çıxarışda onun anasının adı və ata adı Суня Имам Кули кызы, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.06.2020-ci il tarixli məktubunda isə ünvan 5 nvanında yerləşən binanın sahibi kimi X14 göstərilmişdir. Göründüyü kimi, Ərizəçi anasının soyadı sənədlərdə Mürvətova kimi göstərilsə də, adı müxtəlif sənədlərdə Suriya (Suriyə), Suniyə, Суня, Cypиe kimi, ata adı isə bəzi sənədlərdə göstərilməmiş, digərlərində isə Имам Кули гызы, Mustafa qızı, İmam qulu qızı, İmamqulu qızı kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.1, 2.2 və 2.3-cü bəndlərində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Həmin qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi, ərizəçinin hazırki ərizəsində göstərilən faktın müəyyən edilməsi ona özünün də qeyd etdiyi kimi anasından miras qalmış əmlakdan (sənədləşmə işi aparılmaqla) pay almaq məqsədi daşıyır. Məhkəmə şahid ifadələrini və iş materiallarına əlavə olunmuş digər sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin bu hissədə, yəni qohumuluq münasibətlərinin müəyyən edilməsi hissəsində ərizəsi əsaslı olmaqla təmin edilməli X16 ilə Ərizəçi arasında qohumluq faktının müəyyən olunmaqla Ərizəçi X8 oğlu olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunan Plenumunun Qərarından göründüyü kimi, qohuçluq faktları müəyyən olunduğu zaman mülki qanunvericiliyin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159-cu madəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun birinci növbə vərəsələri sayılırlar. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü ildə X6 verilmiş texniki pasportun - X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X16 ilə Ərizəçi arasında qohumluq faktının müəyyən olunmaqla Ərizəçi X8 oğlu olması, Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü ildə X6 verilmiş texniki pasportun - X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar