Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-542/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehn nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "Azəriqaz" İB-nin xx.xx.2019-cu il tarixdə ******* №o-li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2022-ci il tarixdə ******* №-li, xx.xx.2023-cü il tarixdə ******* №-li, xx.xx.2024-cü il tarixdə ******* №o-li və xx.xx.2024-cü il tarixda ******* No-li, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktların ləğv olunması, cavabdeh “Azəriqaz" İB tərəfindən ünvan 1 ünvanına (Abonent kodu **********00010) qanunsuz hesablamış 10098 (on min doqsan səkkiz) manat 60 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvan üzrə ”AZƏRİQAZ" İstehsalat Birliyinin **********00010 saylı kodu ilə abonent kimi qardaşım X5 qeydə alınıb.xx.xx.2005-ci il tarixdə qardaşı X5 vəfat edib. Lakın həmin evdə o ailəsi ilə yaşamaqda davam edir. “AZƏRİQAZ" İstehsalat Birliyi tərəfindən ona bildirildi ki, onun borcu var. Borc 10098 (on min doqsan səkkiz) manat 60 qəpik məbləğindədir. Borcu araşdırdıqda müəyyən etdim ki, "AZƏRİQAZ” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanımda təbii qazın uçotu və təbii qazın istifadə qaydalarınma riayət olunması yoxlanıldı və təbii qazın istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olundu. Həmin aktda baxış keçirilən zaman aşkar olunmuş nöqsan kimi göstərilib ki, "mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur". Cavabdeh tərəfindən 2019-cu ilin sentyabr ayından başlayaraq 12 dəfə mənə məxsus həyətdə yerləşən sayğacdan kənar xətt aşkar olunduğu barədə aktlar tərtib olunmuşdur: xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №-li,xx.xx.2019-cu il tarixdə ******* №li,xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2022-ci il tarixdə ******* №-li, xx.xx.2023-cü il tarixdə ******* №-li, xx.xx.2024-cü il tarixdə ******* №-li və xx.xx.2024-cü il tarixdə ******* №-li, Hər dəfə də aktlara əsasən görüləcək tətbir kimi qeyd olunur ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. İndi sual olunur: O nə dərəcəde vicdansız və ağılsız adam olmalıdır ki, kənar xəttə aşkar olunduqdan sonra sayğacdan kənar qazdan istifadə etməkdə davam etmişdir. Axı aktlara əsasən kənar xətt ləğv olunur, o, isə yenidən əsas qaz xəttinə sayğacdan kənar qoşularaq qazı oğurlamaqda davam edir. Bu hansı məntiqə uyğundur. Bu dərəcədə de saxtakarlıq olmaz. Aktlara qaz borusuna mudaxilə yerinin fotoşəkili əlavə olunub. Hər 12 akta əlavə olunun şəkillər eynidir, lakın heç bir fotoşəkildə ana qaz xəttinə qoşulduğu yer əks olunmayıb:daş hasarımı çəkiblər və orada olan ağaclığı.Ağaclıq yeri də ona məxsus evə heç bir aidiyyəti yoxdur. Bu tamam ona bəlli olmayan bir yerin fotoşəkilidir. 2 aktdan savayı qalan fotoşəkillərdə çəkildiyi tarix əsk olunmayıb, həmin şəkiller bir dəfə çəkilib və sonradan qalan aktlara kserosurətləri əlavə olunub.İndi tarix olan fotoşəkillərə nəzər salınsa:xx.xx.2024-cü il tarixli akta əlavə olunmuş fotoşəkil 16 fevral 2024-cü il tarixdə çəkilib, xx.xx.2024-cü il tarixli akta əlavə olunmuş fotoşəkil isə 21 may 2024-cü il tarixdə çəkilib.Sual yaranır: niyə nöqsan aşkar olunduğu gün akt tətrtib olunmur,ancaq 10- 13 gün kecəndən sonra? İndi isə əsas məsələ.Butun aktlar rəhmətə getmiş qardaşı X1 iştirakı ilə tərtib olunub və güya rəhmətlik akta imza etməkdən imtina edib, imtina etsə də aktin bir nüsxəsi ona təqdim olunub. Belə çıxır ki,xx.xx.2005-ci il tarixdə vəfat etmiş qardaşı X5 "AZƏRİQAZ” İstehsalat Birliyinin işçiləri ilə bir yerdə olub, onun isə bundan xəbəri olmayıb. Cavabdeh işçiləri tərəfindən saxtakarlığa yol verərək qanunsuz onun üzərinə cərimə yazıblar. Bu absurd bir haldır. Cavabdeh işçilərinin qanunsuz hərəkətləri nəticəsində o ziyan çəkir. Hesab edir ki,üzərinə qoyulmuş borc əsassızdır. Ona görə də məhkəməyə müraciət edir. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, ünvan 3 ünvanına (Abonent kodu **********00010) ”AZƏRİQAZ” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablamış 10098 (on min doxsan səkkiz ) manat 60 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o həmin evdə yaşamırdı. Sayğac mexaniki olub həmişə. O heçvaxt kənar xəttdən istifadə etməyib. Bundan başqa 2022- 2024-cü il tarixli aktlar tərtib edilərkən ona bildiriş göndərilməyib və tərtib olunan aktlar təqdim edilməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi X10 iddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazla müraciət edərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur və İddiaçı iddia tələbinin irəli sürülməsinə yönəlik heç bir subyektiv hüququ yoxdur. Bunu aşağıldakı dəlillərlə isbat edirik: 1- **********00010 saylı istehlakçı hesabı İddiaçı adına deyil və iddiaçının "Azəriqaz" İB ilə qarşılıqlı öhdəlikləri müəyyən edən heç bir müqaviləsi yoxdur, 2- İddiaçı iddia ərizəsinə əlavə etdiyi X4 Yaşayış haqqında arayışından məlum olur ki, iddiaçı borc yazılmış ünvan 4 ünvanında deyil, əksinə ünvan 5nda yaşayır. Bu da, onu deməyə əsas verir ki, iddiaçı borc yazılan mənzilin istehlakçısı və ya istifadəçisi deyil, 3- Mülki iş mateirallarında mövcud olan bütün aktlar və tələbnamələr iddiaçının deyil, digər şəxs, yəni X1 adına rəsmiləşdirilmişdir, 4- Mülki iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamə əlavə edilsə də, vəfat etmiş şəxsin hüquqi varisinin müəyyən edilməsi haqqında hər-hansı vərəsəlik şəhadətnaməsi iş materiallarına əlavə edilməmişdir, 5- Mülki iş materiallarına iddiaçının istehlakçı ilə qohumluq münasibətlərini müəyyən edən metrka, doğum haqqında şəhadətnamələr və bu kimi digər sənədlər əlavə edilməmişdir. Yuxarıda sadalanan bəndlərlə sübut olunmuşdur ki, bu işdə borcun silinməsi kimi tələblərin irəli sürülməsi haqqında İddiaçı heç bir real subyektiv hüququ yoxdur. Bu əsasla iddia ərizəsinin icraata qəbulundan çıxararaq iddiaçıya geri qaytarılması haqqında Qərardad qəbul etməyini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Abonentin saldosundan və “Gasrep” proqramı çıxarışından görünür ki, verilən qaz xətti üzrə **********00010 sayla qeydiyyata alınmış abonent koduna 2019-2024-cü illərdə aktlar üzrə ümumilikdə cəmi 10004,0 manat zərər hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020ci il tarixdə ******* saylı, xx.xx.2022-ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2024-cü il tarixdə ******* saylı və xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında sayğaca müdaxilə faktına görə borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli 937 saylı arayışdan görünür ki, İddiaçı ondan ötrü ki, o, həqiqətən ünvan 6 ünvanında qeydiyyatlı yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 X3 mülkiyyətindədir. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası X5, anası X8 olan X7 doğulmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərinin tənzimlənmə agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, 1.İddiaçı məxsus olan Bakı şəhəri, Zire qəsəbəsi, Maqomüqyev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsı üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilməmişdir. Bakı şəhəri. Zirə qəsəbəsi, Maqomqyev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanı üzrə 2019-cu ilin iyul ayı üzrə və 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına kimi istehlak olunan təbii qaza görə ödəniş edilməmişdir. 2019- 2020-ci il tarixləri aralarında istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş Zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istıfadə Qaydaları”na (bundan sonra Qaydalar) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********00010) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı Cavabdeh İB tərəfindən yazılmış, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, 30.12..2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, 16.03 2020-ci il tarixdə ******* nömrəli aktlar üzrə hesablanmış borcun məbləğinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil. Analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, vətəndaşın yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m5, 1 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3, 1 ədəd radiator sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, işləmə reyimi 12 saat olduğunu nəzərə alınaraq yuxarıda qeyd olunan aktlar üzrə qaz paylayıcısına vurulmuş zərərin həcmi 11875,2 m5 təşkil edə biler. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci ildə qüvvədə olan “Təbil qazın ölkədaxılı tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-ci il tarixli 18 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminın 2200 m3 (2200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,10 manat, illik istehlak həcminin 2200 m3dən yuxarı hissəsi üçün hər 1 m3-i 0,20 manat qiymət təyin edildiyini nəzərə alaraq hesablanmış 11875,2 m3 qaz həcminin dəyəri 2155,04 manat məbləğində və abonentin bu aylar üzrə ödənış etmədiyini nəzərə alaraq qeyri qanuni qoşulma halında tərtib edilmiş aktlar üzrə ondan tutula biləcək məbləğ 2155.04 manat müəyyən edilə bilər. Tətbiq edilən qanunvericilik “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6-2-ci hissə. 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.8-1-ci (2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, istehlakçı ilə qurum arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçının yaşadığı ünvana akt əsasında borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla ona hesablanmış 10098,0 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh qanunvericiliyə uyğun olaraq iddiaçıya müayinə keçirilməsi ilə bağlı rəsmi bildiriş təqdim etməmiş, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, qeyd olunan pozuntu video lentə alınmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 2019-2020-ci illər ərzində aktlar əsasında iddiaçıya hesablanmış ziyanın silinməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərinin tənzimlənmə agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Zire qəsəbəsi, Maqomüqyev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsı üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilməmişdir. Bakı şəhəri. Zirə qəsəbəsi, Maqomqyev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanı üzrə 2019-cu ilin iyul ayı üzrə və 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına kimi istehlak olunan təbii qaza görə ödəniş edilməmişdir. Bu səbəbdən də İddiaçı məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********00010) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı Cavabdeh İB tərəfindən yazılmış, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, 30.12..2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, 16.03 2020-ci il tarixdə ******* nömrəli aktlar üzrə hesablanmış borcun məbləğinin düzgün hesablandığını müəyyən etmək mümkün olmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qurum tərəfindən iddiaçının ünvanına 2019-2020-ci ildə olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsi ilə bağlı aktlar tərtib etsə də məhkəmə ekspert rəyini sübut kimi qəbul edir və onunla rzılaşır. Beləliklə məhkəmə hesab edir ki, təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı Cavabdeh İB tərəfindən yazılmış, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, 30.12..2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, 16.03 2020-ci il tarixdə ******* nömrəli aktlar üzrə hesablanmış 1449,8 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin 2022-2024-cü il üzrə aparılmış yoxlamalar üzrə tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən yoxlamalar aparılması barədə müvafiq bildiriş təqdim edilməyib, tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, 2 nüxsədən ibarət olmalqla aktın birini iddiaçıya tədim edilməli olduğu halda tədim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda Azəriqaz İB tərəfindən bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 2022-2024-cü illər üzrə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00010 olan) hesablanmış 8551,04 manat məbləğində borc silinməli və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 100000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 120,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00010) hesablanmış 10000,04 manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 8 ünvanına (abonent kodu **********00010) hesablanmış 10000,04 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 120,0 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-542/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-542/2025
24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver