Məhkəmə qərarları › İş №2(003)-543/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-543/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-543/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Cavabdeh İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Bundan bir müddət sonra o, görmüş ki, onun üçün əlavə olaraq borc hesablanmışdır. Məsələni araşdırdıqda ona məlum olmuş ki, guya o, sayğaca müdaxilə etmişdir və buna görə ona 1984,60 manat borc hesablanmışdır. Qeyd edir ki, o, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmiş və heç vaxt sayğaca müdaxilə etməmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq 1984,60 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmişəm və daim istehlak etdiyi qaza-görə borcunu ödəmişdir. Bildirir ki cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Eyni zamanda, cavabdeh təşkilat məhkəməyə müraciət edərək ondan 1984,60 manat borcun tutulmasını xahiş etmiş, lakin məhkəmə iclasında tərəfindən qaz sayğacına müdaxilə edilməsi, müdaxilənin məhz onun tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmiş, bu səbəbdən də iddia tələbi əsassız hesab edilərək rədd edilmişdir. Hal-hazırda həmin borc onun hesabına yazılmışdır və onun silinməsi zərurəti yaranmışdır. Odur ki, borcun silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir.Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, sözügedən sayğac küçədə quraşdırıldiğindan həmin sayğacın mühafizəsinə görə məsuliyyəti o deyil, cavabdeh təşkilat özü daşıyır. Həmçinin cavabdeh təşkilat onun üçün qaz itkisinə görə 3 aylıq metodik hesablama aparmışdır. Halbuki əgər sayğaca müdaxilə olunsaydı, vaxtında cavabdeh tərəfindən buna dair vaxtında tədbir görülməli idi. Ona görə də cavabdeh «Cavabdeh tərəfindən ona (abonent kodu: **********00000) əsassız hesablanmış 1984,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti ilə İddiaçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı— "satqısı barədə xx.xx.2018-ci il tarixdə T-16949 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, cavabdeh İddiaçı verilən qaz xətti üzrə abonent - kodu **********00000 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının — pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-1072/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş 1984,60 manat zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8945/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1072/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1072/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi - hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Qeyd olunan qanunverciliyin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi nəzərə alınmaqla iddiaçı cavabdehə qarşı irəli sürmüş tələbinin sübut etmək vəzifəsindən azad olunmuş hesab edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında başqa mülki mübahisə olmuş və həmin mübahisə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1072/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz həllini tapmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin mühəndisinin iştirakı ilə İddiaçı məxsus ünvan 2 ünvanına keçirilən yerli baxış zamanı üç otaqdan ibarət olan mənzil kondisioner vasitəsilə qızdırılır və qaz balonundan istifadə olunur. Mətbəxdə dördgöz qaz sobası istifadə olunur. Qaz sayğacı küçədə, hasarın üstündə yerləşir. Mühəndisin iddia elədiyi kənar xətt su çəninə aiddir. Qaz sayğacına müdaxilə edilməsinə dair heç bir əlamət aşkar edilmədiyindən iddiaçı “Azəriqz” İB-nin cavabdeh İddiaçı qarşı 1984,6 manat borcun tutulması barədə iddiası təmin edilməmiş, İddiaçı Cavabdeh İB-nə 1984,60 manat borcunun olmadığı müəyyən olunmuş, apelyasiya instansiyası məhkəməsində də həmin borcun əsaslığı müəyyən edilməmişdir. Lakin, 1984,6 manat məbləğində borc iddiaçının cavabdeh təşkilatda olan abonent hesabında qalmaqla mövcuddur və həmin borcun ödənilməsi ondan tələb olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə yol verilməməklə yenidən sübut edilməsinə zərurət olmadığından İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 1984,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 1984,6 manat məbləğində borc silinməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 1984,6 (bir min doqquz yüz səksən dörd manat, altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinəödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəBakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar