Məhkəmə qərarları › İş №2(003)-558/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-558/2021

15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-558/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən əsassız olaraq hesablanmış 47 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC tərəfindən ona əsasszı olaraq 47 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, qeyd edilən evdə əvvəl digər şəxlər yaşayırdı və bu borc onlar tərəfindən elektrik enerjisinin istifadəsi nəticəsində yaranmış borcdur. Qeyd edilən borc onun tərəfindən ödənilmişdir. Hesab edir ki, onun yaşamadığı halda qeyd edilən borcun ondan tələb edilməsi əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsionin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 251/2018 saylı 24.01.2018-ci il tarixli qətnaməsi və Xəzər Rayon Məhkəməsinin 2(003)- 1354/2018 saylı 24.04.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X3, X4 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, Şinci bağ massivində yerləşən 2441 saylı bağ evindən və həmin bağ evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı şəhəri Xəzər rayon İcra və Probasioya şöbəsi tərəfindən icra olunaraq bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan «xxxx» ASC-nin bildirişindən görünür ki, elektrik enerjisində isitfadə ilə əlaqədar abonentin sayğac üzrə borcu 37,75 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən elektrik enerjisində isitfadə ilə əlaqədar abonentin sayğac üzrə borcu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki işin materiallarında və iddiaçının vermiş olduğu izahatından müəyyən edilmişdir ki, iddiaçı elektrik enerjisində istifadə olunması zamanı sayğac üzrə hesablanmış borcu ödəmişdir. İddiaçı iddia edir ki, qeyd edilən borc onun tərəfindən yox, həmin dövrdə mənzildə yaşayan digər şəxlər tərəfindən istehlak edilmişdir. Məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən aparılır. İddiaçıya hesablanmış borc da, məhz sayğac üzrə hesablanmış borcdur. Qeyd edilən borc İddiaçı tərəfindən ödənilmişdir. Hazırkı mülki iş üzrə cavabdeh «xxxx» ASC ərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. İddiaçının həmin dövrdə qeyd edilən evdə yaşamaması və həmin enerjinin onun tərəfindən istifadə edilməməsinə münasibətdə məhkəmə hesab edir ki, bu halların mövcudluğunun sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür və iddiaçının həmin evdə yaşayan şəxslərdən ödənilmiş borcun qaytarılmasını təlb etmək hüququ vardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız olaraq hesablanmış 47 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız olaraq hesablanmış 47 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar