Məhkəmə qərarları › İş №2(003)-56/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-56/2024

22.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-56/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikinti obyektləri arasında məsafələrin və qonşuluq hüququnun pozulması ilə inşa edilən özbaşına tikilinin sökülməsi tələbi”nə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “tikinti obyektləri arasında məsafələrin və qonşuluq hüququnun pozulması ilə inşa edilən özbaşına tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayon Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 3772 A saylı bağ sahəsinin daş hasarına bitişik Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 29/3772 saylı bağ sahəsində tikdiyi özbaşına tikilən 2 mərtəbəli evin sökülməsi, ara məsafəsi saxlanılmaqla həmin evin sökülərək daş hasardan geri çəkilməsinə, həmin söküntü işlərinin cavabdehin hesabına görülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 3772A saylı bağ sahəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 29/3772 saylı bağ sahəsi ilə ortaq divara bitişik inşa edilmiş qanunsuz tikilinin (təyinatından asılı olmayaraq) sökülməsi öhdəliyinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh qarşı iddiadan imtina etdiyini və onlar arasında razılıq əldə olunduğundan, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla belə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tikinti obyektləri arasında məsafələrin və qonşuluq hüququnun pozulması ilə inşa edilən özbaşına tikilinin sökülməsi tələbi”nə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “tikinti obyektləri arasında məsafələrin və qonşuluq hüququnun pozulması ilə inşa edilən özbaşına tikilinin sökülməsi tələbi”nə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar