Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-566/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi və evə çəkilmiş xərclərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsində etibarnamə əsasında bağlanmış 10 fevral 2020-ci il tarixli, 01/2020 saylı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdeh qismində işə cəlb edilməsi, Bakı şəhəri Cavabdehndə etibarnamə əsasında bağlanmış 10 fevral 2020-ci il tarixli, 01/2020 saylı müqavilənin etibarsız sayılması, həmçinin mübahisə predmeti olan ünvanda yerləşən evə çəkilmiş xərclərin cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən X4 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında tərəflər mübahisəni öz aralarında həll etdiklərini və barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmin sazişdə qeyd edilmişdir: “Bakı şəhəri 31 may 2021-ci il Biz, Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı yaşayış evinin tikilməsi üçün ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(003)-566/2021 nömrəli mülki iş üzrə bir tərəfdən İddiaçı - bundan sonra “İddiaçı” adlanacaq və digər tərəfdən həmin iş üzrə cavabdeh X4 - bundan sonra “Cavabdeh” adlanacaq, aralarında olan həmin məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 122.3-ci və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı sazişi bağladıq:
1. “İddiaçı” və “cavabdeh” aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-566/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar.
2. Aralarında olan razılaşmaya əsasən, “iddiaçı” Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 200.000 ABŞ dollarının ödənilməsi tələbinə dair iddiadan imtina edir. Bu şərtlə ki, cavabdeh qeyd olunan fərdi yaşayış evinin satışa çıxarılmasına razılıq verir və iddiaçı satışdan əldə olunmuş gəlirin 80000 manat pulu X3 ödəyir yerdə qalan məbləğ isə “İddiaçı”ya qalır;
3. Hazırkı barışıq sazişinin şərtlərinə uyğun olaraq, “cavabdeh” X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evinin 140000-150000 manat satılmasına etiraz etmir, satışdan əldə olunmuş gəlirdən 80000 manat pulun ona ödənilməsinə razıdır və həmin fərdi yaşayış evi satıldığı müddətə qədər “iddiaçı” İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evində yaşamasına hər-hansı bir maneə yaratmır və satışdan əldə olunacaq məbləğin iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. (cavabdehə çatacaq 80000 manat çıxarıldıqdan sonra).
4. Mübahisəli yaşayış evinin satış dəyəri bu Razılaşmanın 2 və 3-cü bəndlərində göstərilmiş məbləğdən aşağı, yəni 140000 manatdan az olarsa, azalmış məbləğ (hissə) iddiaçı və cavabdeh (tərəflər) arasında bərabər bölünəcəkdir.
5. “İddiaçı” və “cavabdeh” məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və hüquqi yardım göstərməyə görə vəkilə ödənilən xərcləri biribirindən tələb etmir və hər bir tərəfin bununla bağlı çəkmiş olduğu xərcin özünə aid edilməsinə razılaşır.
6. “İddiaçı”ya və “cavabdeh”ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır.
Barışıq sazişi 3 (üç) nüsxədən tərtib olunmaqla, bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılır. Barışıq sazişinin bir nüsxəsi mülki işin materillarına əlavə olunması üçün məhkəməyə təqdim olunur.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:
“Bakı şəhəri 31 may 2021-ci il Biz, Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı yaşayış evinin tikilməsi üçün ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(003)-566/2021 nömrəli mülki iş üzrə bir tərəfdən İddiaçı - bundan sonra “İddiaçı” adlanacaq və digər tərəfdən həmin iş üzrə cavabdeh X4 - bundan sonra “Cavabdeh” adlanacaq, aralarında olan həmin məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 122.3-ci və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı sazişi bağladıq: 1) “İddiaçı” və “cavabdeh” aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-566/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar. 2)Aralarında olan razılaşmaya əsasən, “iddiaçı” Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 200.000 ABŞ dollarının ödənilməsi tələbinə dair iddiadan imtina edir. Bu şərtlə ki, cavabdeh qeyd olunan fərdi yaşayış evinin satışa çıxarılmasına razılıq verir və iddiaçı satışdan əldə olunmuş gəlirin 80000 manat pulu X3 ödəyir yerdə qalan məbləğ isə “İddiaçı”ya qalır; 3) Hazırkı barışıq sazişinin şərtlərinə uyğun olaraq, “cavabdeh” X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evinin 140000-150000 manat satılmasına etiraz etmir, satışdan əldə olunmuş gəlirdən 80000 manat pulun ona verilməsinə razıdır və həmin fərdi yaşayış evi satıldığı müddətə qədər “iddiaçı” İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 9-cu dalanda yerləşən, iki mərtəbəli fərdi yaşayış evində yaşamasına hər-hansı bir maniyə yaratmır və satışdan əldə olunacaq məbləğin iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. (cavabdehə çatacaq 80000 manat çıxarıldıqdan sonra). 4)Mübahisəli yaşayış evinin satış dəyəri bu Razılaşmanın 2 və 3-cü bəndlərində göstərilmiş məbləğdən aşağı, yəni 140000 manatdan az olarsa, azalmış məbləğ (hissə) iddiaçı və cavabdeh (tərəflər) arasında bərabər bölünəcəkdir. 5)“İddiaçı” və “cavabdeh” məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və hüquqi yardım göstərməyə görə vəkilə ödənilən xərcləri biribirindən tələb etmir və hər bir tərəfin bununla bağlı çəkmiş olduğu xərcin özünə aid edilməsinə razılaşır. 6)“İddiaçı”ya və “cavabdeh”ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Barışıq sazişi 3 (üç) nüsxədən tərtib olunmaqla, bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılır. Barışıq sazişinin bir nüsxəsi mülki işin materillarına əlavə olunması üçün məhkəməyə təqdim olunur.” İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi və evə çəkilmiş xərclərin tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Ramilə Xəzri