Məhkəmə qərarları › İş №2(003)-586/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-586/2025

23.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-586/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü, birinci qrup əlil oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, barəsində icraat aparılacaq xx.xx.2007-ci il təvəllüdlü X2 anasıdır. Oğlunun indiyədək əziyyətini çəkib böyütmüşdür. Oğlu anadangəlmə birinci qrup əlildir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in verdiyi TSE-/İ seriyalı AR UOO125811YDZ saylı arayışına əsasən oğlu uşaqlıqdan birinci qrup əlildir. Əlilliyi müddətsiz verilmişdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından göründüyü kimi o və oğlu – X5 eyni ünvanda qeydiyyatda olmaqla yaşayır. Əlavə olaraq qeyd etmişdir ki, oğlu birinci qrup əlil olmaqla ruhi xəstədir. Psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını tam anlaya bilmir. Onun üzərində başqa şəxsin daim nəzarəti olmalıdır. Həmçinin oğlu fəaliyyət qabiliyyətsiz olduğu üçün dövlət və qeyr-dövlət orqanlarında onun adından hüquqlarının həyata keçirilməsi təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət edərək oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və özünün ona qəyyum təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəninn məzmunuan uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, ərizəçi iddianın məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 27/4004A nömrəli bağ evində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 spastik serebral iflic diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqında arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 spastik serebral iflic diaqnozu qoyulmuşdur və əlilliyi müddətsizdir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA5186067 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər (Əzizbəyov) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı, 409237 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9 və anası X6 olan X8 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 520 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər (Əzizbəyov) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 938217 nömrəli doğum haqqında nikah haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası Ərizəçi olan X5 31 may 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 14 avqust 2007-ci il tarixdə 1253 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X15 1520 saylı, 10 aprel 2025-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. X5 psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ona qəyyum təyin edilməsi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi oğlu xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar