Məhkəmə qərarları › İş №2(003)-609/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-609/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-609/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (BARMEK) tərəfindən ünvan 1 ünvanı üzrə **********10000 saylı abonent hesabına əsassız olaraq hesablanmış 768,86 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 sentyabr 2024-cü il tarixdə təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, Babək küçəsi, 6 saylı evi X2 almışdır. Halhazırda həmin ev adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 2 ünvan **********10000 saylı abunə kodu ilə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətində Buzovna qəsəbəsi, Südçülük sovxozu, ev 0101 ünvan kimi qeydə alınmışdır. "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə getmişdir ki, abunə kodunu öz adına keçirtsin. Orada bildirilmişdir ki, həmin ünvan üzrə 768,86 manat məbləğində borc var və abunə kodu X3 adındadır. Evin əvvəlki sahibi X5 ilə əlaqə saxlamış və o, bildirilmişdir ki, borcdan xəbəri yoxdur və "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçiləri təfindən borcla əlaqədar onu heç vaxt narahat etməyiblər. Bu barədə cavabdehə bildirəndə onlar ona dedilər ki, abunə kodu öz adına dəyişdirmək istəməsəydi, həmin borc barədə onunda məlumatım olmazdı və həmin borc işıqlara “Barmek” tərəfindən nəzarət etdikləri vaxtdan qalan borcdur. Hesab edir ki, hazırda onun mülkiyyətimdə olan Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 2 ünvan üzrə qeydə alınmış borc silinməli, həmin borcu Cavabdeh ASC-i bu günə kimi tələb etməmiş, ona görə də məhkəməyə müraciət edir.. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, borc 768,86 manat təşkil etməklə, 2001-2007-ci illərdə yaranmışdır. Həmin dövrdə “Barmek”-in fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının adına olan **********10000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, abonent hesabına 768,86 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********10000 saylı abonent hesabına 768,86 manat borc enerjidən istifadəyə görə borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Bakielektrikşəbəkə" Səhimdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2001-ci il tarixli fərmanına əsasən Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasını, şəhər elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılmasını, elektrik enerjisindən istifadəyə görə yığımların yaxşılaşdırılmasını, bu sahədə xarici investisiyaların və yeni texnologiyaların cəlb edilməsini və “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin “Barmek Holdinq A.Ş.” şirkəti arasında bağlanmış “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqaviləni təsdiq etmişdir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh tərəfindən iddiaçıya 768,86 manat barmek borcunun göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi borcu hesablamış orqanın, yəni cavabdehin üzərinə düşür. Hazırki işdən isə müyyən edilir ki, həmin borc sadəcə abuna haqqında məlumatda qeyd edilmiş, həmin borcun hansı səbəblərdən yaranması qeyd edilməmişdir. Cavabdeh tərəfindən həmin borcun yaranması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda abonent saldosundan görünür ki, həmin borc abonentin elektrik enerjisindən istifadəyə görə yaranmış borcuna əlavə olunmamış və ya aparılmış ödəmələr həmin borca yönəldilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 768,86 manat barmek borcunun hansı (akt və sair) səbəblərdən hesablanmasını təsdiq etmədiyindən, iddia əsaslıdır və iddiaçıya barmek borcu kimi qeyd edilmiş 768,86 manat borc hesabından silnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, abonent kodu **********10000 olan sayğaca hesablanmış 768,86 manat məbləğində borc silinməli, "xxxx" ASC-dən 30,0 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdarlar Cəmiyyəti tərəfindən **********040005 abonent (X9) hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 768,86 manat borc silinsin. "xxxx" Açıq Səhmdarlar Cəmiyyətindən 30,0 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar