Məhkəmə qərarları › İş №2(003)-613/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-613/2024

12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-613/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müracitə edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 saylı bağ evinə dair Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsini və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsini və həmin əmlak üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-613/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraat İddiaçı ölməsi səbəbi ilə onun hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-613/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı hüquqi varis barədə məlumat məhkəməyə daxil olmadığından iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 11:20-ə təyin edilmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göründüyü kimi, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar