Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-620/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı daxili maliyyə lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx/xx/0643 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən hesablanmış cərimə üzrə 300 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 3,650.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator -104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm - 1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm -10 ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -l ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20- 16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə xx/xx/0643 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3.650.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator -104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm -1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm - JO ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -1 ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20-16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafıkinə əsasən 02.11.20 tarixinədək, lizinq ödənişləri üzrə 1,109.83 manat, cərimə üzrə 3,573.18 manat olmaqla, cəmi 4,683.01 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdehlə bağlanmış lizinq müqaviləsinin müddəti bitib. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Qeyd olunanlara əsasən, xx/xx/0643 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən hesablanmış cərimə üzrə 300 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 3,650.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator -104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm - 1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm -10 ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -l ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20- 16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, İddiaçı MMC ilə arasında xx xxxxxx 2017-ci il tarixdə xx/xx/0643 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Hazırda maddi imkanı yaxşı deyil. Tələb olunan əmlak və borcu ödəmək iqtidarında deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli xx/xx/0643 №-li Daxili lizinq müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, lizinq verən İddiaçı MMC ümumi müqavilə dəyəri 3,650.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator -104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm - 1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm -10 ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -l ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20- 16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd olan lizinq obyektini 18 ay müddətinə lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan Daxili lizinq müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 269.14 manat ödəməlidir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktının surətindən görünür ki, ümumi müqavilə dəyəri 3,650.00 manat olan lizinq obyekti lizinq alan Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3. maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1. maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2. maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1. maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2. maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 748-13.4. maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. İddia tələbinə və işin araşdırılan hallarına əsasən cavabdehlərə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12. maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə lizinq müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş 300 manat məbləğində cərimənin azaldılaraq 50 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən edilməli, ümumi müqavilə dəyəri 3,650.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator - 104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm - 1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm -10 ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -l ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20- 16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd olan lizinq obyekti Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçınə qaytarılmalı, iddiaçının xeyrinə Cavabdeh 50 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Ümumi müqavilə dəyəri 3,650.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan, İTALTERM 28 kVt markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqi seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator -1 ədəd, pol oborot vintil 25 mm -2 ədəd, radiator -104 ədəd, radiator asqi seti -8 ədəd, radiator vintili köşə -16 ədəd, tangit ip 80 sm - 1 ədəd, suşilka 80 -1 ədəd, suşilka vintili -2 ədəd, boru 20mm -40 ədəd, boru 25mm -80 ədəd, baçonka- 4 ədəd, dirsək 90* 20 mm -40 ədəd, dirsək 90* 25 mm -50 ədəd, keçid 25*20 -10 ədəd, mufta 20 mm -10 ədəd, mufta 25 mm -10 ədəd, qaz şlanqi 80 sm -1 ədəd, qaz vintili -l ədəd, rekor 90*20 mm -10 ədəd, rekor düz 20 mm -8 ədəd, troynik 25 mm -10 ədəd, troynik 25-20- 16 ədəd, xamut 20 mm cüt, propka və şrup- 30 ədəd, xamut 25 mm cüt, propka və şrup -80 ədəd olan lizinq obyekti Cavabdeh sahibliyindən alınaraq İddiaçınə qaytarılsın. Cavabdeh İddiaçı xeyrinə 50 (əlli) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-620/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-620/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver