Məhkəmə qərarları › İş №2(003)-631/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-631/2023

13.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-631/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama və alqısatqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqısatqı müqavilələrinin isə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Cavabdeh1 ilə 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan 29 mart 2000-ci il tarixdə X9, 06 iyul 2002-ci il tarixdə X20, 24 oktyabr 2003-cü il tarixdə X21 və 11 aprel 2008-ci il tarixdə X17 adlı uşaqları olmuşdur. Cavabdehin iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə boşanmışlar. Məhkəmənin adıçəkilən qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün xeyrinə cəmi 468 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin alıment indiyə kimi ona ödənilməmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümıımi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi 1996-cı ildən 08 avqust 2016-cı il tarixədək onun mülkiyyətində olmuş və o, ailəsi ilə birlikdə orada daimi yaşamışdır. Həmçinin, ünvan 2 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi də 1996-cı ildən onun mülkiyyətində olmuş, o, uzun müddət həmin qeyri-yaşayış sahəsini icarəyə verərək icarədən əldə olunan pul vəsaiti ilə özünü və dörd azyaşlı övladını dolandırmışdır. 2016-cı ilin may ayından başlayaraq Cavabdeh1 ona təzyiq göstərərək mülkiyyətində olan fərdi yaşayış və qeyri-yaşayış sahələrini bağışlama yolu ilə notarial qaydada onun adına sənədləşdirməyə məcbur etmişdir. O, cavabdehin təhdidlərinə dözməyərək ailəni qoruyub saxlamaq üçün onunla belə bir razılığa gəlmişdir ki, o, daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşasın, cavabdeh daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəsin, icarəyə verilən ünvan 3 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri də ailənin ehtiyaclarına sərf etsin. Cavabdeh1 onun bütün bu şərtlərinin bağışlama müqavilələrində öz əksini tapacağını vəd edib onu inandırmış və bundan sonra 06 iyun 2016-cı il tarixdə onlar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna getmişlər. Həmin notariat kontorunda o, qeyd olunan şərtlərin bağışlama müqavilələrində göstərilməsini xahiş etsə də, notarius X14 vəzifəsindən sui-istifadə edərək bağışlama müqavilələrinin formal xarakter daşıdığını, şərtlərin müqavilərdə əks olunduğunu bildirərək onu aldatmış, müqavilələrin mətnlərini oxumaq üçün ona şərait yaratmamış, o isə notariusa inanıb bağışlama müqavilələrini imzalamışdır. Qeyd olunan şərtlərin müqavilələrdə əks etdirilməməsi ona 11 avqust 2016-cı il tarixindən sonra məlum olmuşdur. Cavabdeh1 ona əvvəlcə təsir və təzyiqlər göstərməklə, sonradan isə onda inam yaratmaqla 01 avqust 2016-cı il tarixdə onun bütün mülkiyyətinə dair öz adına etibarnamə təsdiq etdirmiş, bundan sonra isə qəsdən aralarında mübahisələr yaratmış, 08 avqust 2016-cı il tarixdə bıçaqla onu hədələyib uşaqlarla birlikdə onu Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evindən qovmuşdur. O, Cavabdeh1 onun mülkiyyətində olan əmlakını planlı surətdə ələ keçirmək istədiyini başa düşüb 01 avqust 2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq olunmuş ona verdiyi etibarnaməni 10 avqust 2011-cı il tarixdə ləğv etdirmişdir.Cavabdeh1 bununla kifayətlənməyib 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsini guya 30.000 manata, ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsini isə guya 20.000 manata dəyərləndirərək Qala kənd məscidində tanış olduğu dostu, cavabdeh Süleymanlı Çingiz( Bilal) Süleyman oğlunun adına formal olaraq alqı-satqı müqaviləsini təkrarən 7 saylı Notariat Kontorunda rəsmiləşdirmiş və onun bu mülkiyyətinə də sahiblik etmək üçün həmin gün Çingiz (Bilal) Süleymanlının mülkiyyətinə dair etibarnaməni öz adına təsdiq etdirmişdir. Daha sonra Cavabdeh1 ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozularaq hər uşağa görə 117 manat məbləğində aliment tutulması qət olunmuşdur. Şəxsi mülkiyyətində olan evini və qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamasına baxmayaraq, ötən müddət ərzində Cavabdeh1 bu günə qədər də aliment ödəməkdən yayınaraq məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır. Cavabdeh1 bütün bu hərəkətləri onu və övladlarını ağır vəziyyətə salmışdır. Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi onun vəsatəti əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə RFnın Ədliyyə Nazirliyinə göndərilmiş, RF Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Hazırda həmin şikayətə RF-nın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsində baxılır. Bundan başqa, 2016-cı ildən hal-hazıra kimi onunla Cavabdeh1, Çingiz (Bilal) Süleymanlı və digərləri arasında məhkəmə mübahisələri davam edir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında bir kassasiya şikayəti vardır. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı iddiasına, habelə Çingiz (Bilal) Süleymanlının ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair absurd iddiasına baxılır. Hələ bütün bunlar azmış kimi keçmiş həyat yoldaşı Cavabdeh1, yəni dörd övladının atası onu, anasını və qardaşını sosial şəbəkələrdə təhqir etməyə başlamışdır. Belə ki, Cavabdeh1 19 oktyabr 2022-ci il tarixdə özünə məxsus “SaidMuadzin-Araz Dadashev” adlı “Facebook” səhifəsində onu, qardaşını və anasını təhqir edərək aşağıdakıları yazmışdır: “... Allah şahiddir haqqım olan atam oğlu qaıdaşlarımın balalarının toyunda “bir yerini burcudan Lalə Hüsniyyə qızına deyən yoxdur ki, nə üzlə bunu edirsən. X28 kimi tanınan qardaşı və bütün ana qohumlarıyla hər bir qəh.... əl atan insana, xoş üz göstərənlər bir Axirəti də fikirləşsin, və sabahları fikirləşsin Allah bizi nə ilə sınağa çəkə bilər. ...Kəndin ən kasıb ailədən aldığım, hətta mebel almağa imkanı olmayan cadugərlərin dostu Hüsniyyənin özünə və doğduqlarına əmanət etdiyim mal-dövlətə görə, ailəmi dağıdıb, hətta övladlarımı mənə düşmən etdilər. Allah sizi Axirətdə müflislərdən etsin.” Cavabdeh1 həmçinin 14 noyabr 2022-ci il tarixdə özünəməxsus “SaidMuadzin-Araz Dadashev” adlı “Facebook” səhifəsində onu, qardaşını və anasını təkrarən təhqir edərək aşağıdakıları yazmışdır: “...Allah şahiddir haqqım olan atam oğlu qardaşlarımın balalarının toyunda götünü burcudan Lalə Hüsniyyə qızına deyən yoxdur ki, nə üzlə bunu edirsən. Yəqin onlar da buna layiqdirlər. X28 kimi tanınan qardaşı və bütün ana qohumlarıyla hər bir qəhbəliyə əl atan insana, xoş üz göstərənlər başqa ada layiq deyil. Bu vicdan və namusdan bixəbərlər utanmayaraq, hətta səsləri və videogörüntülü sübutları guya yalan olduğuna belə and içirlər. ...Kəndin ən kasıb ailədən aldığını, hətta mebel almağa imkanı olmayan cadugərlərin dostu Hüsniyyənin özünə və doğduqlarına əmanət etdiyim mal-dövlətə görə, ailəmi dağıdıb, hətta övladlarımı mənə düşmən etdilər. Allah sizi Axirətdə müflislərdən etsin.” Yəni, Cavabdeh1 özünə məxsus “Facebook” səhifəsində onu, qardaşını və anasını təhqir etmiş, onların şərəf və ləyaqətlərini alçaltmışdır. Onların yaşadıqları Mərdəkan qəsəbəsi kiçik bir qəsəbədir. Burada insanların əksəriyyəti bir-birlərini tanıyırlar. Cavabdeh1 hərəkətləri onun psixoloji durumuna ciddi təsir göstərmişdir. Ailə vəziyyəti ağır olduğu və maddi imkansızlıqdan müalicə də oluna bilmir. Bundan əlavə, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həminn mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Hazırda bu iş üzrə də məhkəmə prosesi davam etdirilir. Beləliklə, Cavabdeh1 onun və qohumlarının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini ehtimal etdiklərinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni onun və övladlarının hamısı barəsində kobudcasına pozduğuna, həmçinin əmlak vəziyyəti ağırlaşdığına, yaşamağa mənzili olmadığına, eyni zamanda övladlarının (üçü tələbə, biri məktəblidir) təhsil problemləri ilə əlaqədar olaraq öhdəlikləri yarandığı üçün Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və eləcə də Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmiaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli aiqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlama müqavilələri etibarsız hesab edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddiaçının xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesləri davam edir. Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məqsədilə onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X18 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 (beş yüz) manat miqdarında real maddi zərərin ödənilməsi, cavabdehlər İddiaçı və X18 tərəfindən əldə çıxmış fayda ilə bağlı 2500 (iki min beş yüz) manat miqdarında maddi zərərin ödənilməsi, mənəvi zərərlə əlaqədar isə cavabdehlər İddiaçı və X18 tərəfindən 10000 (on min) manat dəyərində pul vəsaitinin ödənilməsi, İddiaçı, X11, X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(003)-12/2022 №-li qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X11, X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, bu qətnamənin cavabdehlər X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı heç bir yerdə işləmir. X23 İ.M.Secenov adına X32 Tibb Universitetinin Bakı filialında, digər oğlu Orucəli Dadaşev TC Kütahıya Dumlupınar Universitetinin Spor Bilimləri fakültəsində, üçüncü oğlu Əmirəli Dadaşev TC Tokat Qaziosmanpaşa Universitetinin Sağlıq bilimləri fakültəsində, qızı Şahzadə Dadaşeva Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbinin İX sinfində təhsil alır. İddiaçı universitet tələbələri olan hər üç oğlu pullu təhsil alır. İddiaçının onların təhsil haqqını ödəməyə imkanı yoxdur. Çünki işləmir və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlamalardan imtina etmiş, bu barədə Cavabdeh1 bildiriş göndərmişdir. Belə olan halda İddiaçı özünə məxsus yaşayış evini, eləcə də qeyriyaşayış sahəsini kiməsə bağışlamasının anlamı qalmır. Eyni zamanda, İddiaçı övladları ilə birlikdə hazırda bağışlamasından imtina etdiyi həmin yaşayış sahəsində yaşayır. Odur ki, İddiaçı Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlamadan imtina edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur. Göstərilənlərə əsasən İddiaçı xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakların bağışlanmasından imtina etdiyi üçün Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqısatqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, tərəflər arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair çoxsaylı iddialara baxılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən qeyd olunan əmlaklara dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hazırda isə iddiaçı eyni əsaslarla bağışlmadan imtina etdiyini və bu səbəbdən də bağışlma və alqı-satqı müqavilələrinin ləğv edilməsini xahiş edir. İddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqavilələrinə nəzər yetirdikdə görünür ki, həmin müqavilələr hər hansı şərt və öhdəliyin yerinə yetirilməsindən asılı edilməmişdir. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evi (Tağıyev küçəsi 8-ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 mülkiyyətində olmuş, sonradan iddiaçıya bağışlamışdır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 qardaşı X7 mülkiyyətində olmuş, sonuncu həmin daşınmaz əmlakı 11 iyul 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman E.Dadaşovu qardaşı, hazırkı iş üzrə Cavabdeh1 təmsil etmişdir. Digər tərəfdən, iddiaçının bağışlamadan imtina etməsinin səbəblərindən biri də Cavabdeh1 tərəfindən ona və qohumlarına qarşı təhqir cinayətini törətməsidir. Bununla əlaqədar olaraq məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayəti isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, iddiaçının Cavabdeh1 barəsində xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh1 iddiaçının özünə və yaxın qohumlarına qarşı hər hansı cinayət törətməmişdir, bunu sübut edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Bundan başqa, cavabdeh X1 iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X11, X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qətnamənin cavabdehlər X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb iləli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə cavabdeh X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -11 iyul 2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X15 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsində istifadədə olan 0.01182 ha torpaq sahəsində yerləşən 2-ci döngə, 18C saylı qeyri-yaşayış binası (162 saylı mağaza) ümumi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış binasını qardaşı arvadı İddiaçı bağışlamışdır. -06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini (Tağıyev küçəsi 8ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 bağışlamışdır. -06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanda yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. -11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. -11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsini 20.000 (iyirmi min) manata Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə və ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2105/2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X11, X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, bu qətnamənin cavabdehlər X3, X12, X13 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6216/2022 №-li 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 saylı iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-261/2023 №-li 23 yanvar 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrindən verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Xəzər rayonu 7 saylı Xüsusi Notariat Kontorunun Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ilə X6 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsini ona qaytarmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 saylı 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10173/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-453/2023 №-li 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə İddiaçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 1(003)-659/2022 nömrəli qərarının verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Moskva şəhərində yaşamaqla “Facebook” sosial şəbəkəsində keçmiş arvadı İddiaçı, anasını və qardaşını təhqir etmişdir. Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olmaqla həm də, Azərbaycan Respublikasının vətəndaşıdır və Mərdəkan qəsəbəsində qeydiyyatdadır. Ona görə də, xüsusi ittiham qaydasında şikayəti Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, “qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunub-olunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Hazırkı halda, sübutetmə yükü və müvafiq olaraq sübutların təqdim edilməsini təmin etmək yükü daşıyan İddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham edir, lakin bunu təsdiq edəcək sübutların təqdim edilməsini təmin etməmişdir”. 17 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 007024 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X6 adını Çingizdən Bilala dəyişdirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə ilkin olaraq Cavabdeh1 tərəfindən ona təzyiq göstərilməsi, mübahisəli əmlakları bağışlamasına məcbur edilməsi, ailənin qorunub saxlanılması üçün və daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434də yerləşən fərdi yaşayış evində yaşaması, Cavabdeh1 daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəməsi, icarəyə verilən ünvan 3 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri ailənin ehtiyaclarına sərf etməsi şərti ilə mübahisəli daşınmaz əmlakları sonuncuya bağışlaması ilə bağlı iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, göstərilən hallara hazırda qüvvədə olan məhkəmə qətnamələri ilə artıq hüquqi qiymət verilmiş və mübahisəli daşınmaz əmlaklara dair bağışlama müqavilələrinin iddiaçının yuxarıda qeyd etdiyi dəlillər əsasında etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda isə iddiaçı həmin dəlillər əsasında bağışlamadan imtina etdiyini və bağışlama müqavilələrinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçı “daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşaması, Cavabdeh1 daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəməsi, icarəyə verilən ünvan 3 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri ailənin ehtiyaclarına sərf etməsi” barədə şərtlərin bağışlama müqavilələrində əks etdirilməməsinin ona 11 avqust 2016-cı il tarixindən sonra məlum olduğunu bildirir. Məhkəmə, iddiaçının bu dəlilini əsassız hesab edir və qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, həmin şərtlərin bağışlama müqavilələrində öz kəsini tapmadığı iddiaçıya 08 avqust 2016-cı il tarixdən (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin 2-ci səhifəsi) məlum olmuş, iddiaçı həmin əsaslara görə 2016-cı ildə bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə iddia tələbləri rədd edilmişdir. Göründüyü kimi, bağışlamadan imtina üçün iddiaçının iddia etdiyi əsaslar ona 08 avqust 2016-cı il tarixdən məlum olmuş, lakin sonuncu hazırkı iddia tələbi ilə məhkəməyə 13 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki, bağışlama müqavilələri şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və bu hallar yuxarıda qeyd edildiyi kimi qüvvədə olan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə, Cavabdeh1 tərəfindən iddiaçı və onun qohumlarının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ehtimalı ilə iddiaçının arqumentlərini əsassız hesab edir. Belə ki, əvvəla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 453/2023 №-li 18 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində (böyük ictimai təhlükə törətməyən cinayət) nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilməmiş və İddiaçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 1(003)- 659/2022 nömrəli qərarı dəyişdilmədən saxlanılmışdır. Bundan əlavə, qanunvericiliyin qeyd olunan normalarından görünür ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin iddiaçının iddia ərizəsində bağışlamaqdan imtina üçün əsas göstərdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli daşınmaz əmlaklara dair bağışlamadan imtina edilməsi üçün əsaslar mövcud deyildir, ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, həmin müqavilələr əsasında Cavabdeh1 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün də əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi qeyd olunan hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama və alqısatqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar