Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-632/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi və əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin abonent kodu **********20002 hesabından silinməsi, eyni zamanda xx.xx.2021ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 2000 (iki min) manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o rəhmətlik atasının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə Məhəllə, ev 0012, mənzil 0002-də ailə üzvləri ilə birlikdə yaşayır. Cari ilin noyabr ayında, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən guya işıqdan qanunsuz istifadəyə görə 7 il bundan öncə rəhmətə getmiş atasının adına AKT NDM nömrəli 027349 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, X.Allahverdiyev, V.Hüseynov tərəfindən onların istifadəsində olan mənzilə sayğac sxemindən kənar faza xətti daxil olduğu müəyyən olunmuşdur. Bunun əsasında adları yuxarıda qeyd olunan şəxslər tərəfindən xx.xx.2021-ci il tarixli AKT tərtib edilmişdir. Rəhmətə getmiş atasının adına yazılmış akta nəzər saldıqda isə görürük ki, rəhmətlik atası "xxxx" ASC-nin əməkdaşlarına “özünü təqdim etməmişdir”. Bu akt yazılarkən ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. Axşam işdən evə gələn zaman işıqın kəsildiyini gördü. Bunu aydınlaşdırmaq üçün "xxxx" ASC-nin rayon üzrə idarəsinə yaxınlaşdı. Orada ona ölü adamın adına yazılmış aktı göstərərək onu inandırmağa çalışdılar ki, rəhmətlik atası işıqdan qanunsuz istifadə edirmiş. Bu səbəbdən onun abonent kodu **********20002 hesabına 5123 manat borc hesablanmışdır. Yaranmış borc ödənilməsə fərdi yaşayış evinin işıq təchizatı bərpa edilməyəcəkdir. O öz növbəsində onların bu hərəkətinin qanunsuz olduğunu, kəsilmiş işığın bərpa olunmasını xahiş etsə də, heç bir xeyri olmadı. 21-ci əsrdə soyuq havalarda ailə üzvlərinin qaranlıqda qalmasını isə istəmirdi. Daha sonra idarədə ona “Razılaşma Protokolu” təqdim olundu. Bu protokolu imzalamayacağı və orada yazılanları icra etməyəcəyi təqdirdə işıq bərpa olunmayacağını bildirdilər, o da işığının kəsilməməsi üçün eyni zamanda pozulmuş hüquqlarını gələcəkdə məhkəmə qaydasında müdafiə etmək imkanlarını düşünərək “Razılaşma Protokolunu” imzaladı. Başqa çarəsi də yox idi, “Razılaşma Protokolun”a əsasən ona məcburi qaydada 2000 (iki min) manat pul ödətdirdilər. Qalan məbləği isə yəni 3123 manatı isə xx.xx.2022-ci il tarixədək ödəməlidir. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Akt qanunsuz və əsassız olaraq tərtib olunduğundan Akt ləğv edilməli, əsassız olaraq hesablanmış 5123 (beş min yüz iyirmi üç) manat məbləğində borc isə abonent hesabından tam silinməli, xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu” etibarsız hesab olunmalı, onun yaratdığı hüquqi nəticələrə əsasən tərəfindən ödənilmiş 2000 (iki min) manat pul məbləği isə ona geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin ərazidə parnik mövcuddur və bununla bağlı video çəkiliş aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli AKT NDM 027349 nömrəli aktdan görünür ki, Bakı şəhəri Türkan qəsəbəsi Yeni bağlar ərazisində (abunə kodu **********20002 nömrəli) Tahir Məmmədova məxsus istilikxanaya EEİQ-na uyğun baxış apararkən istilkxanaya sayğac sxemindən kənar faza xəttinin daxil olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AKT NDM 027349 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 5122,70 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli razılaşma protokolundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Aktlar Uçota və İcrasına Nəzarət şöbəsi və Tahir Məmmədov (kod **********20002) mülkiyyətçisi ilə razılaşma protokolu bağlanmışdır. Həmin protokol Aktlar Uçota və İcrasına Nəzarət şöbəsinin rəsi Fuad Yusifov və abonentin nümayəndəsi İddiaçı tərəfində imzalanmışdır. Həmin prtokoldan görünür ki, barışıq sazişi şərtlərinə əsasən istehlakçının istehlakı zamanı itirilmiş elektrik enerjinin bərpasına görə NDM 027349 nömrəli dəyəri cəmi 5123 manat olan akt tərtib olunmuşdur. Aktdan qalan 5123 manat debütor borcunun nəzərə alaraq ilkin 2000 manat ödəniş edildikdən sonra istehlakıçı “Tahir Məmmədov” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə qalıq debütor borcun (3123 manat) xx.xx.2022-ci il tarixdək ödəməyi və bu məsələ ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı gələcəkdə hər hansı iddia qaldırmamağı öz öhdəsinə götürür. İstehlakçı “Tahir Məmmədov” qeyd olunan borcu xx.xx.2022-ci il tarixinə qədər 5 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq xx.xx.2021-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 643 manat ödəniş etməli, istehlakçı bu razılaşma protokolu ilə müəyyən edilmiş şərləri pozulması öhdəliyini icra etməməsi kimi qiymətləndiriləcək və onun elektrik enerjisi təhcizatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dayandırılacaqdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İddiaçının iddia tələbindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin abonent kodu **********20002 hesabından silinməsi, eyni zamanda xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 2000 (iki min) manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin abonent kodu **********20002 hesabından silinməsi hissəsinə hüquqi qiyəm verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh tərəfin işçiləri tərəfindən tərtib olunmuş 027349 saylı, xx.xx.2021-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. Aktda abonentin özünü təqdim etməsindən imtian edildiyi qeyd edilsə də, həmin halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 14 ay üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. İddiaçının iddia tələbinin xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 2000 (iki min) manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması hissəsinə münasibtdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”ndan görünür ki, həmin protokol "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində Aktlar Uçota və İcrasına Nəzarət şöbəsinin rəsi Fuad Yusifov və abonentin nümayəndəsi İddiaçı tərəfində imzalanmışdır. Lakin məhkəmə araşdırması zamanı əqdin bağlanması üçün İddiaçı səalhiyyətin verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilmiş olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi adında razılaçma protokolu imzalana şəxs X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM 027349 saylı, xx.xx.2021-ci il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış borc məbləği (abonent kodu **********20002) abonentin hesabından silinsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilsin. “Razılaşma Protokolu” üzrə ödənilmiş 2000 (iki min) manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-632/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-632/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver