Məhkəmə qərarları › İş №2(003)-650/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-650/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-650/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1983-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində anadan olmuşdur. Doğulduğu gündən bu tərəfə dədəbaba yurdu olan Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, ev 26-da yaşayır. Qeydiyyatda olduğu ünvan rəhmətlik nənəsi X3 adına texniki pasport verilmişdir. Rəhmətlik nənəsi ölən günə kimi onunla bir ünvanda Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, ev 26 qeydiyyatda olub. Hazırda da o və ailə üzvləri qeyd olunan ünvanda qeydiyyatdayıq və birlikdə yaşayırıq. Hazırda o nənəsindən miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsində yerləşən 26 saylı fərdi yaşayış evini vərəsə kimi qəbul etmək və evi öz adına özəlləşdirmək istəyir. Vərəsəlik işinin açılması üçün 7 saylı notariat kontoruna müraciət etmiş, müraciətinə əssaən vərəsəlik üzrə məktub almışdır. Ölüm şəhadətnaməsində qeyd olunan X15 ilə, 1964-cü ildə tərtib olunmuş texniki pasportda qeyd olunan Nəzərova Nana xanum Moqub qızı eyni olması barədə Xəzər rayon İcra Hakimiyyətinin Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyindən aldığı arayış əsasında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinə müraciət etdi. Lakin onun müraciətiə imtina verilmişdir. İmtina səbəbi kimi texniki pasportda qeyd olunan hüquq sahibinin adında uyğunsuzluq olmasıdır. Belə ki, mərhum nənəsi Nəzərova Nana xanım Moqub qızının 018899 nömrəli evlənmək haqqında şəhadətnamədə “Nəzərova Nənə xanım Moxub qızı” kimi, Bakı şəhəri Əzizbəyob rayon qeydiyyat şöbəsi tərəfindən 26 iyul 1948- cı il tarixdə verilmişdir. Ölüm haqqında şəhadətnamədə isə “X15” kimi qeyd olunmuşdur. Mərhum nənəsi yuxarıda qeyd etdiyi hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluqların olması və ərizəsində göstərdiyi digər hallar onun qanun üzrə vərəsəlik əsasında mirası qəbul etməyinə və digər hüquqi məsələlərin həllində əngəllər yaradır. Bu səbəbdən də o qohumluq münasibətlərinin və eyni şəxs olması faktlarının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əzizbəyov (indiki Xəzər ) rayon qeydiyyat şöbəsi tərəfindən X9 verilmiş 26 yanvar 2001 ci il tarixli AZ-069511 saylı ölüm haqqında şəhadətnaməsində qeyd edilən, Azərbaycan Respublikası SSR komunal təsərüfat nazirliyi tərəfindən verilmiş texniki sənətdə qeyd edilən Nəzərova Nənə xanım Möhüb qızıyla ,ölüm şəhadətnaməsində qeyd edilən şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanına dair tərib edilmiş 1964cü il tarixli texniki pasportun Əzizbəyov (indiki) rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 069511 nömrəli 26.01.2001-ci il tarixli 64 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədə qeyd edilən X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona mənzilin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 bildirmişdir ki, mərhum Nina onun anasıdır. Onun əsl adı Nina olub, lakin yalnış olaraq Nina Xanum yazılmışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X11 bildirmişdir ki, mərhum Nina onun qayınanasıdır. Onun əsl adı Nina olub, lakin yalnış olaraq Nina Xanum yazılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Nəzərova Nina xanım Moxub qızı ilə 10.11.1935-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikah qeydləri kitabında 10.11.1935-ci il tarixdə 195 nömrə ilə qeydiyyat apaılmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.01.2001-ci il tarixli 069511 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 26.01.2001-ci il tarixdə ölmüş və bu barədə akt qeydləri kitabında 64 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ İ 363266 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13.09.2009-cu il tarixdə ölmüşdür. İş materaillarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanına dair tərib edilmiş 1964-cü il tarixli texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, texniki pasport X1 adına tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 29.06.2020-ci il tarixli 469 nörməli məktubun surətindən görünür ki, X2 vərəsəsi X4r. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 14.10.2020-ci il tarixli **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X7 miras qalmış ünvan 4 ünvanında yerləşən 26 saylı fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 03.09.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü, konfiuqrasiya və sahə fərqi mövcuddur. Həmçinin texniki pasporta qeyd olunan hüquq sahibinin adında uyğunsuzluq vardır. Belə ki, adı “Nana Xanım, ata adı isə “Moqub” kimi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan sənədlərdə, həmçinin ərizəçinin mərhum nənəsinə məxsus olan sənədlərdə ərizəçinin adı ata adı X26 kimi qeyd edilmiş, lakin faktiki olaraq, həmçinin ərizəçiyə məxsus olan müəyyən sənələrdə adı, atasının adı “X23” kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ata adı və ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin adı və ata adının “Nina Maxub” olduğu halda “X26” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanına dair tərib edilmiş 1964-cü il tarixli texniki pasportun Əzizbəyov (indiki) rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 069511 nömrəli 26.01.2001-ci il tarixli 64 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədə qeyd edilən X10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş ünvan 1 ünvanına dair X1 adına tərib edilmiş 1964-cü il tarixli texniki pasportun Əzizbəyov (indiki) rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 069511 nömrəli 26.01.2001-ci il tarixli 64 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədə qeyd edilən X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar