Məhkəmə qərarları › İş №2(003)-652/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-652/2021

06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-652/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 2964,89 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvlərimlə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ş.İskəndərov küçəsində yaşayır. Ailəsi 4 nəfərdən ibarətdir. 27 yanvar 2017-ci il tarixdə onunla Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında 03/1689 saylı müqavilə bağlanmışdır. Bu vaxtadək sayğac olmamışdır. 26.01.2017-ci ildə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta əsasən təzə sayğac quraşdırılmışdır. Təzə sayğac quraşdırılandan sonra ona 2964,89 manat cərimə hesablanmışdır. Həmin cərimə düzgün deyil, aparat qoyulmamışdan qabaq cərimə yazılıb. Halbuki, onun heç sayğacı olmayıb. Bununla əlaqədar olaraq sayğaca müdaxilə elməmişdir, sadəcə qazdan qənaətlə istifadə etmişdir. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, qazdan qeyri qanuni istifadə etməyib və təqdim olunan akt uydurmadır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, borc kollektiv sayğacdan yaranmış borcdur. Hər ay yaranan borc sakinlər arasında bölünür. Hazırkı mülki iş üzrə cavabdeh məcburi köçkün olmuşdur. Məcburi köçkün kimi istifadə edilmiş qaz üzrə borc müəyyən olunmuş limit əsasında Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi tərəfindən edənilmişdir. Lakin limit üzrə artıq istifadə edilmiş təbii qaza görə borc abonentlər tərəfindən ödənilməlidir. Məhkəmə itərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 27.01.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər ağda Adama yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27.01.2017-ci il tarixdə paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən silinməli olduğunu iddia etdiyi borc isə sayğac əsasında hesablanmış borcdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 2964,89 manat məbləğində borc silinməsi barədə iddiası rədd edilməlidr. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 2964,89 manat məbləğində borc silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar