Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-667/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Bakı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 463,26 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayon, Binə qəsəbəsi, Hərbi Şəhərcik ev 16-da ailəsilə birlikdə yaşayır. O yaşadığı evlərinə qaz cəkdirməsi üçün “Azəriqaz” İB-in Baş direktorun əsaslı tikinti üzrə müavini R.İsgəndərovun adına rəsmi qaydada 05.07.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Bununla baglı 05.07.2021-ci il tarixdə onunla AK-ə/2627 saylı razılaşma protokolu da imzalanılmışdır. Buna əsasən onunla rəsmi qaydada 22.07.2021-ci il tarixdə müqavilə baglanılmışdır. Bu müqaviləyə əsasən 262 manat məbləgində sayaqaçı quraşdırılması barədə pulun ödənilməsi razılaşdırılmışdır. Həmin vəsaiti, yəni 262 AZN ödədikdən sonra mənim evimə cöl tərəfdən, evin girişinə, qaz sayaqaçı quraşdırılmışdır. Bu barədə 30.09.2021-ci il tarixdə AKT6390888 tərtib edilmişdir. Bir ay keçdikdən sonra onun qaz sayaqacını naməlum şəxs tərəfindən yararsız vəziyyətə salaraq sayğacın iç hissəsi oğurlanmışdır. Həmin vaxt o dərhal bu barədə həm Xəzər rayon Qaz idarəsinə rəsmi qaydada foto şəkiləri təqdim edərək məlumat vermiş, həmdə dərhal DİN-nin 102 Xidmət məlumatına və Xəzər RPİ-3-cü PB-nə də qə rəsmi məlumat vermişdir. Bir müddət araşdırma aparıldıqdan sonra 14.10.2021-ci il tarixdə Xəzər RPİ-3-cü PB-nin təhqiqatcısı polis baş leytenantı Səfa Usubov cinayət işinin başlanmasının rədd edilməsi barədə 14.10.2021-ci il tarixli qərar qəbul etmişdir. Həmin 14.10.2021-ci il tarixli Xəzər RPİ-3-cü PB-nin təhqiqatcısı polis baş leytenantı Səfa Usubovun qərarına əsasən, ona yeni sayğaç quraşdırılmışdır. Bu barədə də “Azərizaq” İB-nin 14.10.2021-ci il tarixli ******* saylı AKT tərtib edərək ona təqdim etmişlər. Bundan sonra ona 10.11.2021-ci il tarixdə qazın ödənilməsi üçün 5.70 qəpik qəbz təqdim etmişlər. Sonrakı qəbz dekabr ayı üçün 32 manat ödənilməsi və həmin qəbzdə onun güya 463.26 qəpik borcum olduğunu göstərilmişdir. O bu barədə “Azəriqaz” İB-nin məsul işçilərinə öz etirazını bildirsə də, borcun silinməsindən imtian edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamnetini, əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəzə edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, əsassız hesablanmış 432 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsin baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Pilis İdarəsinin 3-cü Polis bölməsinin 12.10.2021-ci il tarixli 1966 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 10.102021-ci il tarixdə yaşadığı evə quraşdırdığı qaz sayğacının naməlum şəxs və şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir. İş materiallarında olan cinayət işinin başlanması barədə 14.10.2021-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və vətəndaş İddiaçı yaşadığı evə məxsus olan dəyəri 270 manat təşkil edən qaz sayğacını oğurlayan naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şəbənin müvafiq əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 31.05.2014-cü il tarixdə niha daxil olmuşlar, bu barədə nikah aktları qeydi kitabında 519 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamnetinin İddiaçı ünvanladığı 22.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, istehlakçıya verilən qazın həcminin dəqiq aparılması məqsədilə “Azəriqaz” İB-nin Bakı X5ı Departamenti tərəfindən 30.11.2021-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı və zavod seriyası yazılmış lövhə üzərində aşkar olunmadı. İş materiallarında 30.11.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış olan hesabata əsasən normal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesabat aparılmış və 4320 m3 qaz itkisi hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məxsus ünvanında quraşdırılmış sayğac knar şəxs (və ya şəxslər) tərəfindən sayğac yararsız vəziyyətə salınmış və bununla bağlı iddaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət etmiş və Bakı şəhəri Xəzər RPİ-nin 3 Polis şöbəsinin qərarında əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və İddiaçı yaşadığı evə məxsus olan dəyəri 270 manat təşkil edən qaz sayğacını oğurlayan naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şəbənin müvafiq əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Həmçinin məhkəmə müəyyən etdi ki, ünvana sayğacın quraşdırılması ilə bağlı 22.07.2021-ci il tarixdə müqavilə baglanılmış və bu barədə 30.09.2021-ci il tarixdə AKT6390888 tərtib edilmişdir. Sonradan “Azərqiaz” İstehsalat Birliyi tərəfindən 30.11.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və akt əsasında 4320 m3 qaz itkisi hesablanmışdır. Məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evin daxilinə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının qorunmasına və işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 432 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatadan az olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış (**********05633 saylı abonent hesabına) hesablanmış 432 manat məbləğində borc silinsin və 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-667/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-667/2022
02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver