Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-67/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla cavabdehlər 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi və Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla cavabdeh X2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışılanma müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair cavabdeh X2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun atası X8 adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq 3 sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışılanma müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair cavabdeh X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun atası X8 adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X11 xx.xx.2023-cü il tarixdə mülkiyyətçisi olduğu, qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanında yerləşən evdə ölmüşdür. Onun yeganə vərəsəsi olaraq o, xx.xx.2023-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə ilə atasının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında yerləşən ümumi sahəsi 387,3 m2 olan bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,1016 ha olan torpaq sahəsini miras əmlak kimi qəbul etmişdir. Lakin, daha əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş vəkil soğusuna İdarə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-30351/2023 saylı məktuba əsasən məlum olmuşdur ki, atasının mülkiyyətində əlavə olaraq daha 2 daşınmaz əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsi olmuşdur. Lakin, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 40-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsi 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağşılanma müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə cavabdeh X1 adına qeydiyyata alınmışdır. Adı gedən torpaq sahələrinin bağışlanılması müqavilələrinin imzalanması prosesində X8 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etmişdir. Belə ki, Cavabdeh həmin müqavilələri atamın ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında imzalamışdır. Qeyd edir ki, Cavabdeh atasının qardaşı oğlu, X3 isə atasının bacısıdır, onların hər ikisi ünvan 6 ünvanında qeydiyyatdadırlar və orada yaşayırlar, atası isə ölənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. Atasının yaşadığı evlə Cavabdeh və X1 yaşadığı ev bir-birinin yanındadır və atası yaşadığı evdə öldüyündən Cavabdeh və X3 atası ölərkən onun yanında olmuşlar, dəfn və yas mərasimlərində iştirak etmişlər. Göründüyü kimi, adı gedən torpaq sahələri atasının öldüyü tarixdən (xx.xx.2023) təxminən 2 ay sonra (xx.xx.2023) atasının xx.xx.2017-ci il tarixdə Cavabdeh verdiyi etibarnamə əsasında atasının etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh atasının öldüyünü bilməsinə baxmayaraq adı gedən əmlakların X2 bağışlanılmasına dair müqavilələri imzalamışdır. Atasının verdiyi etibarnamə əsasında onun ölümündən sonra Cavabdeh tərəfindən həmin etibarnamə üzrə istənilən hərəkətin edilməsi, o cümlədən adı gedən bağışlanma müqavilələrinin imzalanması isə qanunsuzdur və adı gedən bağışlanma müqavilələri etibarsızdır. Halbuki, həmin torpaq sahələrini (miras əmlak kimi) yeganə varis kimi o qəbul etməlidir və onun hüquqları pozulmuşdur. X3 əsassız varlanmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən atasının ölməsi ilə onun Cavabdeh verdiyi etibarnamənin qüvvəsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə olan halda isə, həmin etibarnamə əsasında Cavabdeh imzaladığı 40-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli və 40-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqavilələri etibarsızdır (həmin müqavilələr əhəmiyyətsiz əqdlərdir). İddia ərizə verilməmişdən qabaq tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)- 258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin, üzərində tikinti işlərinin aparılmasınin cavabdeh X2 və digər şəxslərə qadağan edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədə olma müddətinin 1 ay, yəni xx.xx.2023-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Daha sonra cavabdeh X3 vəfat etdiyindən o, Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq üçüncü şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə ünvanlayaraq bildirmişdir ki, bu is üzrə cavabdeh ola bilmez. O, bu iş üzrə iddiaya cavab verməli şəxs ola bilməz. Belə ki, mübahisəli daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keşməmişdir. Ona həmin əmlaklar barədə nə qanun üzrə nə də vəsiyyet üzrə heç bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Həmçinin həmin əmlak nə də faktiki sahiblik edir. Onun işə cavabdeh kimi qoşulmağı hüquq və maraqlarını pozur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.0162 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 40-1250 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.034 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 40-1249 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda sadalanan daşınmaz əmlakların bağışlanması müqavilərinin imzalanması prosesində X8 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etməsinə dair məlumat mövcuddur. Əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında olan bağ evi və onun yerləşdiyi 0.1016 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 Əliyeviçin vəfat etməsi ilə bağlı müvafiq qeydiyyat orqanında hər hansı məlumatın mövcudiyyəti ilə əlaqədar verilmiş sorğuya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-09-5981/2023 nömrəli cavab məktubu ilə təqdim olunan məlumatlarda X8 ölümü haqqında hər hansı məlumatın aşkar edilmədiyi, habelə sonuncu tərəfindən etibar edilən şəxs qismində çıxış edən X6 verilmiş etibarnamənin xx.xx.2027-ci il tarixədək qüvvədə olması göstərilmişdir. -Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 371367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-122 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2224 ünvanında yerləşən ümumi sahəsi 387,3 kv.m olan bağ evindən və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0,1016 ha olan torpaq sahəsindən ibarətdir. -xx.xx.2023-cü il tarixli reyestrdə 4Ə-1249 sayla qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 9 ünvanında yerləşən sahəsi 0,034 ha olan torpaq sahəsinin tam hissəsi X11 tərəfindən (etibarnamə əsasında nümayəndəsi Cavabdeh) X2 bağışlanmışdır. - ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən sahəsi 0,034 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X9 məxsusdur. -xx.xx.2023-cü il tarixli reyestrdə 4Ə-1250 sayla qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsi tam hissədə X11 (etibarnamə əsasında nümayəndəsi Cavabdeh) tərəfindən X2 bağışlanmışdır. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən sahəsi 0,0162 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X9 məxsusdur. -Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 396766 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən sahəsi 0,0340 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən sahəsi 0,0162 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. -xx.xx.2023-cü il tarixli reyestrdə 2V-732 sayla qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X3 ölən günə kimi ona məxsus olan bütün əmlakını xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023cü il tarixli bağışılanma müqaviləsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, mərhum X11 öz əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi üçün Cavabdeh etibarnamə vermiş, sonuncu da X8 ölümündən sonra bağışlama müqavilələri bağlayaraq onun əmlakını mərhumun bacısı X2 bağışlamışdır. Bundan da aydın olur ki, Cavabdeh faktiki olaraq xitam verildiyini bildiyi etibarnamə əsasında, yəni buna səlahiyyəti olmadan bağışlama müqaviləsini həyata keçirmişdir. Bununla da qanunveriliyin əqdlərin bağlanması üçün subyektlərlə bağlı müəyyən edilmiş tələbi pozulmuşdur. Məhkəmə iddia tələbinin torpaq sahələrinə dair mülkiyyət hüququnun X8 adına qaytarılmasına münasibətdə qeyd edir ki, bağışlanma müqavilələri və çıxarışların etibarsız hesab edilməsi hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsas hesab edildiyinə görə, bu barədə qətnamədə xüsusi qeyd edilməsinə lüzum yoxdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışılanma müqaviləsi və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəsini alır. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-67/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-67/2025
08.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver