Məhkəmə qərarları › İş №2(003)-680/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-680/2021

15.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-680/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların vəfat etmiş ataları X5 miras qalmış ünvan 1 ünvanda yerləşən onun mülkiyyətində olmuş daşınmaz əmlakının qəbul edilməsi faktının və onların ½ hissədə vərəsəlik hüquqlarınn tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, onların, vəfat etmiş ataları X5 miras qalmış ünvan 1 ünvanda yerləşən onun mülkiyyətində olmuş daşınmaz əmlakının qəbul edilməsi faktının və onların ½ hissədə paylarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ataları X7 məxsus olmuşdur. Ataları 06.09.2013-cü il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra onun vərəsəsi kimi onlar həmin evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişlər. Cavabdehlər onların bacı və qardaşlarıdır. Onlar atalarının ölümündən əvvəl evdən köçmüş və ataların vəfatından sonra miras qalmış evi faktiki olaraq qəbul etməmişlər və notariat ofisinə hər hansı müraciət etməmişlər. Ona görə cavabdehlərin həmin evə dair heç bir vərəsəlik hüququ yoxdur. Atalarının vəfatından sonra miras qalmış əmlak faktiki olaraq yalnız onlar tərəfindənqəbul edilmiş və hazırda həmin evdə onlar yaşamaqla əmlaka faktiki sahiblik edirlər. Vərəsələrlə aralarında mübahisə olduğuna görə notariat kontoru şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, atalarının ölməsindən sonra ona notarius tərəfindən vərəsəliklə bağlı çağırış gəlmiş, lakin o həmin vaxt ora getmək üçün müəyyən edilmiş müddətdə ora gedə bilməmişdir. Sonradan da həmin notariusa bu barədə müraciət etməmişdir. Onun yaşayış üçün özünü evi var. O miras əmlak hesab edilən evdə yaşamamışdır. Lakin hesab edir ki, atalarından qalmış miras mülk vərəsələr arasında bərabər paylara bölünməlidir. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini etiraf edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 92 saylı evi nə faktiki ,nə də ki qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 26.08.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 13.09.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 636213 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 06.09.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.09.2013-cü il tarixdə 738 № ilə qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 06.03.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 062627 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 06.03.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.03.2020-ci il tarixdə 145 № ilə qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 224.11.2020-ci il tarixdə verilmiş məktibdan görünür ki, Cavabdeh1 28 May küçəsi ev 92 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2004-cü il tarixdən həmin ünvanda yaşamır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 14.01.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X1r. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 26.08.2020-ci il tarixli məktubun surətindən görünür ki, ona notariat ofisinə gələrək açılmış vərəsəlik işi ilə bağlı öz münasibətinin bildirməsi ilə bağlı müraciət edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanlanmış 30.03.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətdə olan 0.04152 ha torpaq sahəsinə dair mərhumun digər vərəsələri ilə aralarında pay bölügüsünə dair mübahisə yarandığı üçün İddiaçı1 və İddiaçı2 bərabər paylarda ½ hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan 22.06.2012-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 və İddiaçı2 vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların ataları olan X5 miras qalmış ünvan 1 X6 mülkiyyəti olmuş olduğundan, mübahisəli mənzil miras əmlakı kütləsidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, iddiaçılar və cavabdehlər miras qoyan X6 oğulları və qızları olduqlarından onlar qanun üzrə birinсi növbəli vərəsələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsələrdən Cavabdeh2 miras açıldığı xəbərdar olmaqla qanunla müəyyən edilmiş vaxtda notariat orqanına müraciət etməmiş, eyni zamanda özünün də yazılı ərizəsində bildirdiyi kimi, həmin əmlakda yaşamamaqla mirası faktiki olaraq da qəbul etməmişdir. Eyni zamanda digər cavabdeh olan vərəsə Cavabdeh1 da mirasıl açıldığınıə bildiyi halda qanunla müəyyən edilmiş müddətədə notariat orqanına müraciət etməmiş, o cümlədən həmion miras əmlak olan evdə yaşamamaqla mirası faktiki olaraq da qəbul etməmişdir. İddiaçılar isə miras əmlak olan evdə daimi olaraq yaşamaqla miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başmışlar, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda həmin miras əmlak miras qoyan X9 tərəfindən əmlakı İddiaçı1 və İddiaçı2 vəsiyyət edilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməklə işin mübahisələndirilıməyən halıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, miras qoyan X9 miras əmlakı İddiaçı1 və İddiaçı2 vəsiyyət etdiyindən, digər vərəsə Cavabdeh1 və Cavabdeh2 mirası nə faktiki, nə də notariat ofisinə getməməklə mirası qanunla qəbul etmədiyindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 92 saylı evə dair miras əmlakın İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, miras əmlak üzərində hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı2 və İddiaçı1 ataları X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 92 saylı evə dair mirası qəbul etmələri faktı müəyyən edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 92 saylı evə İddiaçı2 1/2, İddiaçı1 1/2 hissədə payları müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar