Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-698/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeha qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh Əlikoviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlikoviç yaşadığı ünvan 1 ünvanında onun divarına bitişik inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında onun və ailə uzvlərinin yaşadığı ünvanda qonşuluqda yaşayır. Belə ki, hasar qonşusu olsa da, faktiki olaraq onun tərəfindən hasar çəkilməmişdir, yalnız tərəfindən tikilmiş ev aralarında hasar rolunu oynayır. Cavabdeh tərəfindən isə hasarına demək olar ki, bitişik əlavə tikili inşa etmişdir ki, yağan yağış və qar suyu həmin tikilinin damından onların həyətinə tökülur, bununda nəticəsində məhlələri suyun içində olur. Həmçinin qeyd edilən tikilinin üzərinə yığılan yağıntı yaşadıqları evin divarınında nəm olmasına səbəb olur ki, bu da öz növbəsində evdə nəmişlik yaradır. Faktiki olaraq həmin tikili cavabdeh və onun ailə üzvləri tərəfindən köməkçi sahə kımi istifadə olunduğundan və yaşadıqları evdən aralı yerləşdiyindən dəfələrlə xahiş etmişdir ki, həmin tikilini sökərək bir qədər hasardan aralıda tikilsin. Lakn cavabdeh müraciətinə əhəmiyyət vermədiyindən məhkəmə qaydasında həmin tikilinin sökülməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əslində həmin tikilinin inşa olunması üçün müfaviq icazə də alınmamışdır. Hər bir halda cavabdeh tərəfindən köməkçi və ya qaraj kimi istifadə olunan tikili qanunsuz olaraq inşa olunmuş və ona məxus tikilinin zədələnməsinə, həyətinin isə suyun içində olmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Əlikoviçin nümayəndəsi və vəkili X5 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli əraziyə onun mülkiyyət hüququ vərəsəlik qaydasında ona keçmişdir və tikililər uzun illərdən bəri inşa edilmişdir və texniki pasportda qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin tikinti invertarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, X4 məxsus olmuş Bakı şəhəri Şüvəlan qəsəbəsi Nizami küçəsi 28 nömrəli evə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Şüvəlan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1697 nömrəli 26.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 12.06.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanına X6 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18.02.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 5 ünvanına dair texniki pasport Cavabdeh Əlikoviçin adına tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 10/2606 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvanında mübahisə predmeti olan tikilinin 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasportda qeyd edildiyi (əks olunduğu) müəyyən olunur. Mübahisə predmeti olan tikilinin faktiki yardımçı sahə (ambar) kimi istifadə olunmaqla iki hissədən ibarət olub, ümumi tikinti sahəsi 67,7 kv.metr təşkil edir. Cavabdeh yaşadığı ünvan 6 ünvanında mübahisə predmerti olan tikili faktiki olaraq, iddiaçıya məxsus tikilinin - divarına bitişik olmayıb, iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri arasındakı sərhəd hasarına paralel sahədə (hasarın yaxınlğında) inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən, mübahisəli tikilinin xüsusi milkiyyət kimi X7 adına qeydiyyata alındığını, eləcə də 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 02.09.2020-ci il tarixli texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma vikinti Məcəlləsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı, Cavabdeh Əlikoviç yaşadığı ünvan 5 ünvanında onun evinin divarına bitişik inşa edilmiş tikilinin sökülməli olduğunu iddia edir. Məhkəmə həmçinin müəyyən etdi ki, ünvan 5 ünvanında mübahisə predmeti olan tikilinin 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasportda qeyd edildiyi (əks olunduğu) müəyyən olunur və həmin texniki pasport Cavabdeh Əlikoviçin adına tərtib edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, ünvan 5 ünvanında mübahisə predmeti olan tikilinin 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasportda qeyd edildiyi (əks olunduğu) müəyyən olunur. Mübahisə predmeti olan tikilinin faktiki yardımçı sahə (ambar) kimi istifadə olunmaqla iki hissədən ibarət olub, ümumi tikinti sahəsi 67,7 kv.metr təşkil edir. Cavabdeh yaşadığı ünvan 6 ünvanında mübahisə predmerti olan tikili faktiki olaraq, iddiaçıya məxsus tikilinin - divarına bitişik olmayıb, iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri arasındakı sərhəd hasarına paralel sahədə (hasarın yaxınlğında) inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, mübahisəli tikilinin xüsusi milkiyyət kimi X7 adına qeydiyyata alındığını, eləcə də 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 02.09.2020-ci il tarixli texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikili ilə bağlı iddiaçının hər hansı bir hüququ pozulmamış və cavabdeh tərəfindən inşa edilmiş tikili 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasporta və Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikilinin sökülməsi ilə bağlı olsa da, mülki işin materiallarından da göründüyü kimi mübahisəli tikili 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasporta və Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir. Bu səbəbdən də, iddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququnun pozulmadığı və iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh Əlikoviç yaşadığı ünvan 1 ünvanında onun divarına bitişik inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 manat İddiaçı tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-698/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-698/2021
21.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver