Məhkəmə qərarları › İş №2(003)-699/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-699/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-699/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında 07.10.2018-ci il, 03.01.2019-cu il, 08.04.2019-cu il, 03.01.2019-cu il, 14.07.2019-cu il tarixlərdə müqavilələr bağlanmışdır. 07.10.2018-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 1368,0 (yəni 24 ay x 57,0 manat + 0,0 manat ilkin ödəniş) manat olan 01022 mətbəx mebeli üçün ümumilikdə 830,0 manat olmaqla ondan 755,0 manat ödənilməmiş hissə, 75,0 manat cərimə borcu yaranmışdır. 03.01.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 420,0 (yəni 12 ay x 35,0 manat + 0 manat ilkin ödəniş) manat olan «Samsug J2» markalı telefon üçün ümumilikdə 158,8 manat olmaqla ondan 144,3 manat ödənilməmiş hissə, 14,5 manat cərimə miqdarında borcu yaranmışdır. 08.04.2019-cu il müqaviləyə əsasən o, alqısatqı qiyməti 954,0 (yəni 18 ay x 89,0 manat + 0 manat ilkin ödəniş) manat olan «Samsug Galaxy A7» markalı telefon üçün ümumilikdə 756,8 manat olmaqla ondan 688,8 manat ödənilməmiş hissə, 68,0manat cərimə miqdarında borcu yaranmışdır. 03.01.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 1170,0 (yəni 18 ay x 65,0 manat + 0,0 manat ilkin ödəniş) manat olan “Samsug Galaxy A7” markalı telefon üçün ümumilikdə 661,8 manat olmaqla ondan 601,8 manat ödənilməmiş hissə, 106,0 manat cərimə miqdarında borcu yaranmışdır. 14.07.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 1602,0 (yəni 18 ay x 89,0 manat + 0 manat ilkin ödəniş) manat olan “X1 7” markalı telefon üçün ümumilikdə 1243,6 manat olmaqla ondan 1130,6 manat ödənilməmiş hissə, 113,0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2193,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh 07.10.2018ci il müqaviləyə əsasən 755,0 manat ödənilməmiş hissə, 75,0 manat cərimə, 03.01.2019-cu il müqaviləyə əsasən 144,3 manat ödənilməmiş hissə, 14,5 manat cərimə, 08.04.2019-cu il müqaviləyə əsasən 688,8 manat ödənilməmiş hissə, 68,0 manat cərimə, 03.01.2019-cu il müqaviləyə əsasən 601,8 manat ödənilməmiş hissə, 60,0 manat cərimə, 14.07.2019-cu il müqaviləyə əsasən 1130,6 manat ödənilməmiş hissə, 113,0 manat cərimə olmaqla ümumilikdə 3651,0 manat borc və ödənilmiş dövlət rüsumuna görə 56,51 manat pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh 17.01.2022-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2019-cu il tarixli 00453761 saylı müqavilədən aydın olur ki, «Samsug J2» markalı telefon üçün hər ay nağd qaydada 35,0 manat ödəməklə, 12 ay müddətinə, 420,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 03.01.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh «Samsug J2» markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.01.2019cu il tarixli müqavilə üzrə 15.02.2019-cu il tarixdən 15.01.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 35,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 03.01.2019-cu il tarixli müqavilələrə əsasən 144,3 manat əsas borc, 14,5 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 158,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.04.2019-cu il tarixli 00604444 saylı müqavilədən aydın olur ki, «Samsug Galaxy A7» markalı telefon üçün hər ay nağd qaydada 53,0 manat ödəməklə, 18 ay müddətinə, 954,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 08.04.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh «Samsug Galaxy A7» markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.04.2019cu il tarixli müqavilə üzrə 10.05.2019-cu il tarixdən 10.10.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 53,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 08.04.2019-cu il tarixli müqavilələyə əsasən 688,8 manat əsas borc, 68,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 756,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2019-cu il tarixli 00453688 saylı müqavilədən aydın olur ki, “Samsug Galaxy A7” markalı telefon üçün hər ay nağd qaydada 65,0 manat ödəməklə, 18 ay müddətinə, 1170,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 03.01.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsug Galaxy A7” markalı telefonni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.01.2019cu il tarixli müqavilə üzrə 15.02.2019-cu il tarixdən 15.07.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 65,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 601,8 manat əsas borc, 60,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 661,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.10.2018-ci il tarixli 00325560 saylı müqavilədən aydın olur ki, 01022 mətbəx mebeli üçün hər ay nağd qaydada 57,0 manat ödəməklə, 24 ay müddətinə, 1368,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 07.10.2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh mətbəx mebelini tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.10.2018ci il tarixli 00325560 saylı müqavilə üzrə 17.11.2018-ci il tarixdən 17.10.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 57,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 07.10.2018-ci il tarixli 00317509 saylı müqavilələrə əsasən 755,0 manat əsas borc, 75,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 830,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.07.2019-cu il tarixli 00782061 saylı müqavilədən aydın olur ki, “X1 7” markalı telefon üçün hər ay nağd qaydada 89,0 manat ödəməklə, 18 ay müddətinə, 1602,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 14.07.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “X1 7” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.07.2019cu il tarixli 00782061 saylı müqavilə üzrə 14.08.2019-cu il tarixdən 14.01.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 89,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 14.07.2019-cu il tarixli müqavilələrə əsasən 1130,6 manat əsas borc, 113,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 1243,6 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqlardan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 56,51 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında 07.10.2018-ci il müqaviləyə əsasən alqı-satqı qiyməti 1368,0 manat olan 01022 mətbəx mebelini ayda 57,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 03.01.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 420,0 manat olan «Samsug J2» markalı telefonu ayda 35,0 manat ödəmək şərti ilə 12 ay müddətinə, 08.04.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 954,0 manat olan «Samsug Galaxy A7» markalı telefon ayda 53,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 03.01.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 1170,0 manat olan “Samsug Galaxy A7” markalı telefonni ayda 65,0 manat ödəmək şərti ilə 18 ay müddətinə, 14.07.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 1602,0 manat olan “X1 7” markalı telefonu ayda 89,0 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 2193,5 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə əsas borca münasibətdə cavabdehdən 75,0 manat cərimə pulunun, 14,5 manat cərimə pulunun, 60,0 manat cərimə pulunun, 68,0 manat cərimə pulunun və 113,0 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq 14.07.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20,0 manat, 07.10.2018-ci il tarixli müqaviləyə müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 15,0 manat, 08.04.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 15,0 manat, 03.01.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 15,0 manat, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 5,0 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 56,51 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 07.10.2018-ci il tarixli 00325560 saylı müqaviləyə əsasən 755,0 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 03.01.2019-cu il tarixli 00453761 saylı müqaviləyə əsasən 144,3 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 08.04.2019-cu il tarixli 00604444 saylı müqaviləyə əsasən 688,8 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 03.01.2019-cu il tarixli 00453688 saylı müqaviləyə əsasən 601,8 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 14.07.2019-cu il tarixli 00782061 saylı müqaviləyə əsasən 1130,6 manat ödənilməmiş hissə, 20,0 manat cərimə borcu olmaqla, cəmi 3390,5 (üç min üç yüz doxsan manat, əlli qəpik) manat məbləğində pul vəsaiti və 56,51 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 07.10.2018-ci il tarixli 00325560 saylı müqaviləyə əsasən 755,0 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 03.01.2019-cu il tarixli 00453761 saylı müqaviləyə əsasən 144,3 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 08.04.2019-cu il tarixli 00604444 saylı müqaviləyə əsasən 688,8 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 03.01.2019-cu il tarixli 00453688 saylı müqaviləyə əsasən 601,8 manat ödənilməmiş hissə, 15,0 manat cərimə, 14.07.2019-cu il tarixli 00782061 saylı müqaviləyə əsasən 1130,6 manat ödənilməmiş hissə, 20,0 manat cərimə borcu olmaqla, cəmi 3395,5 (üç min üç yüz doxsan, manat əlli qəpik) manat məbləğində pul vəsaiti və 56,51 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar