Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-729/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X*, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X*, Maraqlı şəxs6 MMC-nin nümayəndəsi X14 iştirakı ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “daşınar əşyanın sahibsiz hesab edilməsi” (maraqlı şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi QSC, Aazərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkəti, "Abşeronneft" X7 X*4 Qaz Çıxarma İdarəsi, "H.Z.Tağıyev Adına X7 X*4 Qaz Çıxarma İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X24 İdarəsi) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) “daşınar əşyanın sahibsiz hesab edilməsi” (maraqlı şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi QSC, Aazərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkəti, "Abşeronneft" X7 X*4 Qaz Çıxarma İdarəsi, "H.Z.Tağıyev Adına X7 X*4 Qaz Çıxarma İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X24 İdarəsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Dənizinin (Gölünün) Hövsan,Türkan, Zirə və Pirallahı akvatoriyasının ərazi sularında, Müasir dövrdə istifadəsi mümükünsüz olan hazırda istifadə olunmayan, sahibsiz, istismara yararsız vəziyyətdə olan istehsal tarixini və markasını müəyyən etmək mümkün olmayan, konstruktiv quruluşu rabitə və komutotor tayinatlı olamaqla elektrik impulsun (radiodalğanın, yaxud digər ötürücü sıqnalın, cərəyanın və s) ötürülməsi üçün istifadəsiz kabellərin sahibsiz elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Mülli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş və cəmiyyətin adına Şəhadətnamə verilmişdir. Ərizəçi-nin əsas fəaliyyət istiqaməti Xəzər Dənizinin (Gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin dibinin çirklənməsinə səbəb olan, istismara yararsız, istismar dövrü bitmiş, karreziyaya uğramış metal qalıqlarının akvatoriya sahəsindən yığılaraq, təkrar qəbul məntəqələrinə təhvil verilməsi, X16 təhlükəsizliyinin, balıq ovunun həyata keçirilməsi zamanı gəmilərin, qayıqların hərəkətinə və torların səpilməsinə maneçilik yaradan, ekoloji tarazlığın pozulmasına gətirib çıxaran balıq ehtiyyatlarının tükənməsinə, azalmasına və balıqları, yaxud başqa su heyvanlarının kütləvi şəkildə məhvinə səqəb olan dənizin dibində illərlə çürüməyə məruz qalan, sahibi olmayan metal parçaların, lövbərlərin, metal boruların, naqillərin, istifadəsiz torların, plastik qabların, şüşə parçalarının, dənizin dibinde yığılıb, sahilə nəql edilərək, təkrar qəbul məntəqələrinə təhvil verilməsi, Cəmiyyətin Nizamnaməsinə əsasən tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş fəaliyyət Xəzər Dənizinin (Gölünün) ekoloji mühitin qorunması, bundan əlavə, çirklənməsinin mühafizəsi və sahilyanı ərazinin estetik tələblər baxımından yaxşılaşdırılması istiqamətində mühüm işlərin aparılması, Xəzər Dənizinin (Gölünün) Azərbaycan Respublikasına mənsub ərazi sularında təmizləmə işlərinin aparılması, ekoloji tələlərə ciddi riayət edilməklə həyata keçirilməsi, Xəzər Dənizinin (Gölünün) dibində metal və digər qalıqlarının çıxarılması zamanı bioloji müxtəlifliyin qorumasına ciddi riayət edilməsindən ibarətdir. Hazırda Cəmiyyət Nizamnaməsinə uyğun olaraq, eləcə də Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən, müvafiq icra hakimiyyəti orqanlarından icazələr alınmaqla öz fəaliyyətini həyata keçirir. Əsas fəaliyyət növləri olan balıq ovlanması zamanı dənizin dibində qayığın hərəkəti və torların sərilməsinə maneçilik törədən metal qalıqları aşkar edilmişdir. Sözügedən metal qalıqları Xəzər dənizinin ekoloji mühitinin qoruması və əlavə çirklənmədən mühafizəsi məqsədilə tərəfimizdən çıxrılaraq təkrar istifadə ilə məşğul olan məntəqələrə təhvil verilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya X*6 Nazirliyinə müraciət edilmiş və müsbət cavab alınmışdır. Bundan sonra əsasən Xəzərin Türkan və Zirə akvatoriyasının ərazi sularında balıqovlama ilə yanaşı metal qırıntıların da əl əməyindən istifadə olunmaqla çıxarılması işlərinə iddiaçı tərəfindən başlanmışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən istifadəsində olan qayıq sahilə yaxnlaşarkən saxlanılmış və qayıqda olan metal qırıntıları müsadirə edilərək götürülmüşdür. Sözügedən məsələ ilə bağlı, yəni bizə məxsus qayıqdan kabel aşkar edilməsi faktı üzrə materialda cinayət hadisəsi olmadığı üçün X24 İdarəsinin TQ-nun baş təhqiqatçısı vəzifəsini müvəqqəti icra edən polis kapitanı X10 25 fevral **22-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 05 mart **21ci il tarixli, 10/500 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş kabelin konstruktiv quruluşunu və əlavə olaraq ekspertizaya təqdim edilmiş 26 fevral **21-ci il tarixli aktda göstərilənləri nəzərə aldıqda, təqdim edilmiş kabel xüsusi təyinatlı olmaqla hər hansı bir elektrik impulsun (radiodalğanın, yaxud digər ötürücü siqnalın, cərəyanın və s.) ötürülməsi üçün rabitə (komutator) təyinatlıdır. İstismara yararsız vəziyyətdə olduğundan və müasir dövrdə həmin kabeldən istifadə edilmədiyinə görə, konkret olaraq kabelin markasını müəyyən etmək mümkün deyil. Bundan əlavə, eyni məsələ ilə bağlı X24 İdarəsinin TQnun təhqiqatçısı polis mayoru Anar Şahverdiyevin 05 mart **21-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Aşağıda sadalanmış sübut növlərinə, aidiyyatı təşkilatların verdiyi rəylərə və sorğulara cavab olarag bildirdikləri münasibətə istinad edərək məhkəmədən xahiş etdikləri daşınar əşya üzərində əşyanın sahibsiz hesab edilməsinə dair İddia tələbimiz məhkəmə tərəfindən təmin edilməlidir. 1. Həmin qərardan aydın olur ki, X24 İdarəsinin Apşeron XPM-nin rəisi, polis mayoru Anar Məmmədov 11.02.**21-ci il tarixli, 5/17-225-5**-1221 nömrəli raportunda göstərmişdir ki, əməliyyat-axtarış tədirləri nəticəsində Bakı şəhəri, Zirə qəsəbəsi istiqamətində Xəzər dənizindən aşkar edilmiş kabel kəsiklərinin keçmiş illərdə SSRİ dövründə hansısa məqsədlə çəkildiyini müəyyən etmiş, hazırda istifadə olunmayan suda atılıb qalan həmin kabellərin sahibinin olmamasını ehtimal edir. 2. "xxxx" MMC-nin 04.0*.**21-ci il tarixli, 105-1- 16/01/*77-21 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Zirə qəsəbəsi istiqamətində Xəzər dənizini sahilində baxış keçirilmiş, təqdim olunan kabel kəsikləri onlara məxsus deyil və istifadə olunmur. *. X*2 Bölməsinin inzibati həyətində saxlanılan adları çəkilən əşyalara mütəxəssis X2* MMC-nin 5 saylı RMX-nin əməkdaşı ilə birlikdə bxış keçirilmişdir. Baxışda iştirak edən A.İ Əliyev həmin əşyaların qayıqda olan əşyalar olduğunu, digər ləvazimatların isə onlara qaytarıldığını bildirmişdir.Bu barədə tərəfimdən müvafiq protokol tərtib edilmiş,hər hansı şikayət və tələb daxil olmamışdır. Təhqiqat araşdırılması zamanı X15,X11 təşkilata məxsusluğunu,təyinatını,istismara yararlığını və digər zəruri halları müəyyənləşdirmək üçün Azərbaycan Respublikası DNŞ-nin "Azneft" İB-nin "Abşeronneft" NQÇİ -yə,"xxxx" adına nqçi-yə və Bakı Telefon Rabitəsi MMC-yə sorğu göndərilmişdir. 4. "Abşeronneft" NQÇİ-nin 22.02.**22-ci il tarixli R.Q-15/74 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri,Türkan qəsəbəsi istiqamətində Xəzər dənizində NQÇİ-yə məxsus heç bir komunikasiya elektrik kabel, açıq naqil kabel xəttləri istismar olunmur,həmin ərazidə idarənin heç bir obyekti yoxdur. 5. Eləcədə "xxxx" adına NQÇi-nin 21.02.**22-ci il tarixli SOKAR 221106216**4*0075X00075 Saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri Türkan qəsəbəsi istiuqamətində NQÇİ-yə məxsus ötürücü naqillər mövcud deyil. Bu səbəbdən də aşkarlanmış *50 kilogram sualtı ötürücü naqillər "xxxx" adına NQÇİ-yə aid deyildir. 6.Həmçinin Bakı Telefon Rabitəsi MMC-nin müvafiq məktubunda göstərilmişdir ki, Bakı şəhəri,Türkan qəsəbəsi istiqamətində Xəzər dənizinin dibi boyu cəmiyyətə məxsus kabel qurğuları mövcud deyildir. Göründüyü kimi, material üzrə aparılmış tədqiqatlar zamanı tərəfimizdən aşkar edilərək götürülmüş sualtı xəttin (kabellərin) istismara yararsız olduğu, konkret olaraq kabelin markasını, eləcə də hansı müəssisə və ya təşkilata məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan fəaliyyətin geniş həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya X*6 Nazirliyi X17 Agentliyinə ünvanladığımız müraciətə cavab olaraq bildirilmişdir ki, tərəfinizdən həyata keçirilməsi nəzərdə tutulmuş fəaliyyət Xəzər dənizinin ekoloji mühitin qorunması, onun əlavə çirklənmədən mühafizəsi və sahilyanı ərazinin estetik tələblər baxımından yaxşılaşdırılması istiqamətində müsbət hal kimi dəyərləndirilir. Qeyd etməyi zəruri hesab edirik ki, cəmiyyət əsasən qayıqlar vasitəsilə balıq ovu ilə məşğuldur. Bu məqsədlə Dənizin dərinliyinə irəliləyərək torlar sərirlər. Dənizin dibində çürümüş vəziyyətdə olan kabellər isə torların sərilməsinə maneçilik törətdiyindən, fəaliyyətlərini lazımi qaydada həyata keçirə bilmirlər. Odur ki, hesab edirlər ki, fəaliyyətlərinin həyata keçirilməsi üçün Xəzərin Türkan və Zirə akvatoriyasının ərazi sularında mövcud metal tullantılarının sahisiz elan olunması zəruridir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1* ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs6 MMC-nin nümayəndəsi X22 bildirdi ki, həmin ərazi Socara aiddir. **21-ci ildə quruda və suda müəyyən hissə onlara ayrılmışdır. Suda bir neçə quyu var ki, onlar Socara aiddir. Kabellər həmin quyuların yanından keçir. Quyular bağlanıb, lakin təhlükəsizliyi barədə məlumatları yoxdur. Həmin ərazi onların istifadəsinə verilsə də onlar həmin ərazidə olan mal-materiallardan hazırda faktiki olaraq istifadə etmirlər. Digər maraqlı şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Maraqlı şəxs2nə, Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi QSC-nə, Aazərbaycan Respublikası SOCAR Dövlət Neft Şirkətinə, "Abşeronneft" X7 X*4 Qaz Çıxarma İdarəsinə, "H.Z.Tağıyev Adına X7 X*4 Qaz Çıxarma İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X24 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya X*6 Nazirliyi X17 Agentliyinin 26.01.**21-ci il tarixli məktubun surətindən görünür ki, Ekologiya X*6 Nazirliyi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla fəaliyyətini təsdiq olunmuş Əsasnamə və müvafiq normativ Tərəfinizdən həyata keçirilməsi nəzərdə tutulmuş fəaliyyət Xəzər dənizinin ekoloji mühitinin qorunması, onun əlavə çirklənmədən mühafizəsi və sahilyanı ərazinin estetik tələblər baxımından yaxşılaşdırılması istiqamətində müsbət hal kimi dəyərləndirilir. Nəzərdə tutimuş işlərin icrası əsasən əl əməyindən istifadə olunmaqla yerinə yetiriləcəyindən fəaliyyət müddətində ətraf mühitə oları təsirlər lokal xarakterli olmaqla yol verilə bilən həddlər daxilində olacaqdır. Fəaliyyət zamanı dənizin sahilə yaxın ərazilərində qismən müvəqqəti bulanıqlıq halları baş verəcək, digər uzunmüddətli təsirlər gözlənilmir. X17 Agentliyi qeyd olunanlar nəzərə alaraq Xəzərin Türkan və Zirə akvatoriyasının ərazi sularında təmizləmə işlərinin aparılmasına ekoloji tələblərə ciddi riayət etməklə etirazı olmadığını bildirir. Eyni zamanda bildirir ki, həmin işlərin görülməsi üçün mülkiyyətlə əlaqədar müvafiq razılıqların alınması Respublikada mövcud qanunvericiliyin tələblərinə əsasən yerinə yetirilməlidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin məktubunun sürətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya X*6 Nazirliyi X** Agentliyi tərəfindən sizə təqdim olunmuş 26.01.**24-cü il tarixli 22/Ə-024 saylı məktubda qeyd olunan Xəzər dənizinin Türkan və Zirə akvatoriyası ərazisində mövcud olan metal qalıqlarının çıxarılması üçün mövcud qanunvericiliyin tələblərinə əsasən mülkiyyətlə əlaqədar müvafiq razılıqların alınmasının vacibliyi nəzərə çatdırılmışdır. Həmçinin tərəflərindəndən planlaşdırılan fəaliyyətlə bağlı müvafiq sənədlər (Qanunvericiliyin tələblərinə əsasən daşınar əşyanın dənizdə yerləşdiyi nöqtələrin coğrafi koordinatları qeyd olunmaqla qanuni sahibliyini (mənbəyini) təsdiq edən sənədlər və dənizdən çıxarılmasına dair aidiyyəti üzrə razılıqlar, müvafiq sorğuların nəticələri, alqı-satqı müqavilələri, istismardan çıxdaş sənədləri, həmçinin, metal qalıqların sahibsiz hesab olunmasına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qətnaməsi və s.) əvvəlcədən Sahil Mühafizəsinə təqdim olunacağı təqdirdə müraciətlə bağlı məsələyə baxılacaqdır. "H.Z.Tağıyev adına X7 X*4 Qaz Çıxarma İdarəsinin məktubundan görünür ki, Türkan qəsəbəsi istiqamətində aşkar olunmuş əlvan metal tros,generator və kəsici aləti .Z.X*5-yə aid deyildir. Azərbaycan Respublikası Rəqəmsal X** Nazirliyinin Bakı Telefon X8 Cəmiyyətinin 17.02.**22-ci il tarixli akt əsasında hazırlanmış məktubunun sürətindən görünür ki, əməkdaşları tərəfindən qayıqda tutulmuş həmin mal-materiala baxış keçirilmiş və "Bakı Telefon Rabitəsi” MMC-yə aid olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Türkan qəsəbəsi istiqamətində Xəzər dənizində Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kabel qurğuları mövcud deyildir. Rəqəmsal X** Nazirliyinin tabeliyində olan dgər operator "xxxx" MMC-yə məxsus həmin ərazidə müxtəlif telekommunikasiya qurğuları mövcuddur və aidiyyəti üzrə həmin ünvana da müraciət etməyi məqsədəmüvafiq hesab olunur. Azərbaycan Respublikası Ekologiya X*6 Nazirliyi Yanında Biolovi Müxtəlifliyin Qorunması Xidmətinin məktubundan görünür ki, Xəzər dənizinin Türkan-Zirə qəsəbəsi akvatoriyasında (Abşeron Milli Parkının * km-lik sanitariya-mühafizə akvatoriyası istisna olmaqla) 0.2 ton siyənək və 0.7 ton axçalı balıqların (o cümlədən 0.* ton kütüm, 0 1 ton külmə, 0.* ton kefal) sənaye məqsədilə ovuna 21.01.**21-ci il tarixli 01 №-li balıqovlama bileti verilir. Ovda 1 ədəd qayıq, 10 ədəd axçalı balıq torlarından və 5 ədəd siyənək torlarından istifadə ediləcəkdir. Axçalı balıq torlarından istifadə22.01.**21-ci il tarixdən 01.04.**21Ci il tarixə kimi və 01.0*.**21-ci il tarixdən *1.12.**21-ci il tarixə kimi, siyənək torlarından istifadə 01.02.**21-ci il tarixdən 01.05.**21-ci il tarixə kimidir. M.H.Bağırov ov zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.**17-ci il tarixli 24* No-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əməl edilməsini, ilin birinci yarısında (iyul ayının 10-na kimi) və növbəti ilin yanvar ayının 10-na kimi ovlanmış balıqlar (növlər üzrə) barədə X1 Xidmətinə illik hesabatın verilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.0*.**21-ci il tarixli 10/500 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş kabelin konstruktiv quruluşunu və əlavə olaraq eksperitizaya təqdim edilmiş 26 fevral **21-ci il tarixli akta göstərdiklərini nəzərə aldıqda, toqdim edilmiş kabelin xüsusi təyinatlı olmaqla hər-hansı bir elektrik impulsun lradiodalğının, yaxud digər ötürücü siqnalın, cərəyanın və s.) ötürülməsi üçün rabitə (komutator) təyinatlıdır. İstismara yararsız vəziyyətdə olduğundan və müasir dövrüdə əmin kabellərdən istifadə edilmədiyinə görə, konkret olaraq kabelin markasını müəyyən tmək mümkün deyildir.Təqdim edilmiş kabel hissəsinin vəziyyəti istismara yararlı olub olmamasının yoxlanılması yerində sınaq və yoxlamalardan keçirilməklə mümkündür. 05.0*.**21-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, X6, X4 və X5 Bakı şəhəri, Türkan qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxdıqları qayıqdan kabel aşkar edilməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.0*.**25-ci il tarixli 10/1565 saylı ekspert rəyindən görünür ki, ekspertiza təqdim edilmiş kabelə baxış zamanı müəyyən edilmiş xüsusatlar və eksperitizaya təqdim edilmiş 17 fevral **21-ci il tarixli akta göstərilmiş məlumallar nəzərə alınmaqla müəyyən edilir ki, təqdim edilmiş kabel konstruktiv quruluşuna görə xüsusi rabitə (hər hansı bir elektrik impulsunun (radiodalğanın, yaxud digər ötürücü siqnalın, cərəyanın və s. ötürülməsi üçün) təyinatlıdır. Təqdim edilmiş nümunə korroziyaya uğramış, izolyasiya tamlığı pozulmuş, istismara yararsız vəziyyətdə olduğuna, üzərində hər hansı bir əmtəə nişanı, yazı olmadığına və müasir dövrüdə həmin kabellərdən istifadə edilmədiyinə görə, həmin ötürücü kabel xəttinin model və markasını, hansı illərə aid olmasını müəyyən etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş kabel hissəsinin faktiki vəziyyəti (dərin korroziyaya uğranmasını, izolyasiya qatlarının pozulması, bir neçə hissəyə doğranmasını) nəzərə aldıqda, həmin kabel ümumilikdə istismar üçün yararsız vəziyyətdədir. Məhkəmə Ekspertizası Mərkəzində elektrik ötürücü xətlərinin kabellərin yoxlanılması (sınaqdan keçirilməsi) üçün üçün müvafiq qurğu (stend) olmadığından, ekspertizaya təqdim edilmiş kabelin ayri-ayrı elementlərinin texniki vəziyyətini (bütövlüyünü, tamlığlnı, izolyasiyasını, keçiriciklik qabiliyyətini və s.) müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş ötürücü kabel xəttlərinin daxilində yerləşən metal siqnal ötürücünün hansı metal növünə aid olub-olmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizaların həll etdiyi məsələləri” dairəsinə aid olmadığına görə bu sual üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə **4.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 101.*. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 10*.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə **5.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmənin xüsusi icraat qaydasında baxılır. Maddə **6.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə **6.*.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Maddə *2*.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Maddə *24.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Maddə *25.1.Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2**.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) iddia tələbi, iş üzrə təqdim edilmiş sənədlər və aidiyyəti qurumların münasibətləri, eləcə də məhkəmə ekspertizasının nəticələri ilə birlikdə qiymətləndirilmişdir. Məlum olmuşdur ki, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X21 Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alınmış və təsdiqedici şəhadətnamə ilə fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə fəaliyyət növü Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus ərazi sularında istismara yararsız, sahibsiz, çürüməyə və korroziyaya uğramış metal qalıqlarının və digər tullantıların sualtı mühitdən toplanaraq, təkrar emal məntəqələrinə təhvil verilməsi və bununla ekoloji tarazlığın qorunmasına xidmət edən təmizləmə işlərinin həyata keçirilməsidir. Ərizə ilə müraciətə səbəb olan hallar sırasında qeyd olunur ki, cəmiyyətin qayıqları vasitəsilə Türkan, Zirə və Pirallahı akvatoriyalarında aparılan balıqçılıq fəaliyyəti zamanı dənizin dibində müxtəlif metal tullantılar, o cümlədən istifadəyə yararsız, kəsilmiş, qırılmış, karroziyaya uğramış elektrik ötürücü kabellər aşkar olunmuşdur. Aşkar edilən həmin kabellər və digər metal qalıqlar istismara yararsız vəziyyətdə olmuş, onların texniki göstəriciləri, mənşəyi və aidiyyəti müəssisəsi müəyyən edilə bilməmişdir. İş üzrə toplanmış sübutlara əsasən X24 İdarəsinin müvafiq təhqiqat materialları (25.02.**22 və 05.0*.**21-ci il tarixli qərarlar) ilə müəyyən olunmuşdur ki, aşkar olunmuş kabellərin əldə olunması faktında cinayət tərkibi yoxdur və cinayət işinin başlanmasından imtina edilmişdir. "xxxx" MMC-nin 04.0*.**21-ci il və digər tarixli məktublarında, aşkar olunmuş kabellərin onlara məxsus olmadığı, bu istiqamətdə rabitə infrastrukturunun mövcud olmadığı bildirilmişdir. Maraqlı şəxs4 NQÇİ və “H.Z.X*5” tərəfindən verilmiş məktublarda da qeyd olunan ərazilərdə (Türkan və Zirə istiqamətində) istismarda olan hər hansı kabel xəttinin, elektrik naqillərinin mövcud olmadığı, bu kabellərin həmin təşkilatlara məxsus olmadığı bəyan edilmişdir. X24 İdarəsinin Abşeron XPM rəisinin 11.02.**21-ci il tarixli raportunda da göstərilmişdir ki, aşkar olunmuş kabellər SSRİ dövründən qalmış ola bilər və hazırda istifadə olunmur, sahibsiz vəziyyətdə dəniz dibində qalmışdır. Azərbaycan Respublikasının Ekologiya X*6 Nazirliyi X17 Agentliyinin müsbət rəyi ilə təsdiq olunmuşdur ki, Ərizəçi tərəfindən həyata keçirilən fəaliyyət ekoloji baxımdan məqsədəuyğun hesab olunur və Xəzər dənizinin mühafizəsinə yönəlmiş faydalı iş kimi qiymətləndirilir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.0*.**25-ci il tarixli, 10/1565 saylı rəyinə əsasən, ekspertizaya təqdim olunmuş kabel konstruktiv baxımdan xüsusi rabitə üçün nəzərdə tutulmuş, lakin dərin korroziya, izolyasiya pozuntuları və digər texniki aşınmalara görə istismara yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Kabelin marka və modelini, istehsal tarixini və sahiblik mənsubiyyətini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan halların hüquqi təhlili nəticəsində məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin **4-cü maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Ərizə ilə təqdim edilən sübutlar kabellərin hər hansı hüquqi və fiziki şəxsə məxsus olmadığını, istismara yararsız vəziyyətdə olduğunu, müəyyən edilməyən mənşəyə malik olduğunu və sahibsiz olduğunu açıq şəkildə təsdiqləyir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçının xeyrinə cavabdeh 102,0 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan rəyə əlavə edilmiş 11.0*.**25-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri 102,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102,0 manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ01*601************44, SFİFT.Bik: CTREAZ22 VÖEN 1700*26621, AZ*4CTRE**********000**88501 hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-2**-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Xəzər Dənizinin (Gölünün) Hövsan, Türkan, Zirə və Pirallahı akvatoriyasının, X*7 Məsuliyyətli Cəmiyətinin rəsmi qurumlar tərəfindən icazə verilmiş ərazi sularında sahibsiz, istismara yararsız vəziyyətdə olan, istehsal tarixinin və markasının müəyyən edilməsi mümkün olmayan, korroziyaya uğramış, izolyasiya tamlığı pozulmuş, konstruktiv quruluşlu rabitə və komutotor tayinatlı olamaqla elektrik impulsun (radiodalğanın, yaxud digər ötürücü sıqnalın, cərəyanın və s) ötürülməsi üçün nəzərdə tutulmuş istifadəsiz kabellər sahibsiz elan edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102,0 manat ekspertiza xərci "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ01*601************44, SFİFT.Bik: CTREAZ22 VÖEN 1700*26621, AZ*4CTRE**********000**88501 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-729/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-729/2025
18.04.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver