Məhkəmə qərarları › İş №2(003)-740/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-740/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-740/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN :052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair X1 aid olan hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanında ailə üzvülərilə birlikdə yaşayır. Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 saylı qərarı ilə onun adına verilmiş JN : 052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,20 ha torpaq sahəsi verilmişdir. X4 adı səhvən Fəriqət kimi deyil, Təriqət kimi yazılmışdır. O, xx xxxxxx 1945-ci il tarixdə Qazax rayonunun Ürkməzli kəndində doğulmuşdur. Həmin vaxt onun adına AZ N- ******* saylı Doğum şəhadətnaməsi yazılaraq soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. O, qeyd edilən Dövlət Şəhadətnaməsi əsasında ona verilmiş torpaq sahəsinə dair çıxarış almaq istəyərkən müəyyən edildi ki, onun adına verilmiş JN :052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Şəhadətnaməsində onun adı Fəriqət deyil, səhvən Təriqət kimi yazılmışdır. Qazax rayon Aqrar İslahat Komissiyasınin 12 iyun 1997ci il tarixli 08 saylı qərari ilə onun adına verilmiş JN :052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı Fəriqət kimi deyil, Təriqət kimi yazılmışdır. Bununla bağlı o, həmin Dövlət Şəhadətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış ala bilmir. Bununla bağlı o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişdir. Ancaq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsi rəsmi olaraq 25 08.2023-cü il tarixdə 3-21-5-ə/2-S-00178/2023 saylı məktubla cavab verərək müraciətinin məhkəmə qaydasında həll ola biləcəyini bildirmişlər. Qeyd edilən sənəddə onun adının Təriqət kimi deyil, Fəriqət kimi yazılması ona Qazax rayon Aqrar İslahat Komissiyasınin 12 iyun 1997-ci il tarixli 08 saylı qərari ilə onun adına verilmiş JN :052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış almaq üçün lazımdır. Daha sonra ərizəçinin nümayəndəsi X15 ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN: 052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair X2 aid olan hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Həmin ərizədə yanlışlığa yol verildiyindən hazırda məhkəməyə müraciət edərək, “Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN: 052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair X3 aid olan hissədə ona məxsus olması faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsinı xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qazax Rayonu İH başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qazax rayonu Urkməzli kənd sakini X9 adı 052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X5 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qazax Rayonu İH başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1980-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.molan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi X9 adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Ürkməzli kəndində yerləşən ümumi sahəsi 0.20 ha olan torpağın mülkiyyətə verilməsinə dair JN- 052F nömrəli şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı, JN-052F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-052F nömrəli şəhadətnamədə göstərilən məlumatlar baza məlumatları ilə eynidir. İş materiallarında olan Azərbaycan Respublikası Qazax Rayonu İH başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1945-ci ildə anadan olmuş Ərizəçi Bakı şəhərində pasport qeydiyyatında olmaqla, hər il yay mövsümündə Qazax rayonu Ürkməzli kəndində yerləşən fərdi yaşayış evində yaşayır və təsərrüfat işləri ilə məşğul olur. JN-052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi X10 mülkiyyətinə verilmiş Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan JN-052F KOD 50107028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçinin adı “Təriqət” kimi qeyd edilmiş, lakin faktiki olaraq, həmçinin ərizəçiyə məxsus olan müəyyən sənələrdə adı “Fəriqət” kimi qeyd edilmişdir. Mövcud sənəddə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan şəhadətnamədə ərizəçinin adının “Fəriqət” olduğu halda “Təriqət” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. İş materiallarına olan JN-052F KOD 50107028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Bu səbəbdən də hesab edir ki, Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN-052F KOD 50107028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.20 hektar torpaq sahəsi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasını 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN-052F KOD 50107028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.20 hektar torpaq sahəsi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar