Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-749/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küç., dalan 2, 3 saylı evin texniki pasportunun mərhum X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev mənim mərhum X1na məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X1 xx.xx.1921-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Mərhum X1 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum X1 vəfat etdiyi günədək ünvan 2 saylı evdə pasport qeydiyyatıda olmuşdur və həmin evdə yaşamışdır. Mən özüm də həmçinin anadan olandan indiyədək yııxarıda-göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvülərim ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi qanun üzrə vərəsəlik əsasında öz adıma rəsmiləşdirmək istəyir. Hal-hazırda o, yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişəm. Orada isə sənədlərimi nəzərdən keçirilərək ona bildiriblər ki, onun mərhum X1nun adına olan evin texniki pasortunda adı “Mehi”, soyadı “Əliyev” atasının adı isə “Bəyəli” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə atasının adı atasının adı və soyadı X2 qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Daha sonra Ərizəçi dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X6 adına olan Bakı şəhəri, ünvan 5 evin Texniki pasportunun və mərhum atası X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydiyyatı kitabında xx.xx.1992-ci il tarixdə 165 saylı qeyd aparılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1014/2011 saylı görünür ki, 07 dekabr 1999cu il tarixli 67 saylı mağazanın alqı-satqı müqaviləsində “Ərizəçi Mehi oğlu”nun “Ərizəçi” ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notsriat Ofisinin xx.xx.2024ci il tarixli məktubundan görünür ki, Ərizəçi Bakı şəhəri 7 sayı notariat ofisinə ərizə ilə müraciət edərək, 4 05 1992-cı il tarixdə vəfat etmiş X3 (d/t: xx.xx.1921) qalmış miras əmlaka (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin v lməsini xahış etmişdir X4 vərəsələri. Ərizəçi və X10r. Miras əmlak üzərində (ünvan 2 unvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) miras qoyan X4 huquqları daşınmaz ərnlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair vət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq hüququn ölmüş sə məxsus olması haqqında elektron arayışın verilməsi məsələsinə baxmağınızı xahiş edir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1992ci vəfat etmiş X4 vərəsələri ünvan 2 ünvanında yaşayan Ərizəçi və X10r. xx.xx.2025-ci il tarixli 155 saylı arayışdan görünür ki, o, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X8r. Evlər idarəsi üzrə texnki inventarizasiyanın ev sahibliyinin kartockasından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X8r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 unvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Təqdim edilən sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü il tarixli texniki pasportunun nüsxəsi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Bundan əlavə, sənədlər toplusuna əlavə edilmiş hüququ faktın müəyyən edilməsi ilə bağlı mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qətnaməsində fərqli ünvanda yerləşən daşınmaz əmlak göstərilmişdir. Bu səbəblərdən tərəfimizdən ərizənizin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X12 (X14) oğlu iddiaçının atasıdır. Atası olan X12 (X14) oğlunun adına Bakı şəhəri, ünvan 4 ünvanı üzrə 1963-cü il tarixli texniki passport tərtib olunmuşdur. X12 (X14) oğlu xx.xx.1992-cı il tarixdə vəfat etmişdir. Vərəsəlik işinin açılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda hüquq sahibinin 1992-cı ildə vəfat etməsi qeyd edildiyindən sonuncunun adına 1963-ci il tarixdə tərtib olunmuş texniki pasport arasında uyğunsuzluq saydığından torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişlər. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçiniт ad, soyad və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız texniki passportun tərtib edilyidi ilin 1963-cü il olması Bakı şəhəri, ünvan 4 ünvanına dair 1962-ci il tarixli texniki pasportun xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, ünvan 5 ünvanına dair 1963-cü il tarixli texniki pasportun xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 4 ünvanına dair 1963-cü il tarixli texniki pasportun X7 (xx.xx.1992-ci il tarixdə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-749/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-749/2025
03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver