Məhkəmə qərarları › İş №2(003)-767/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-767/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-767/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyətli faktın tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,AR MPM-nin 307.2.5-ci maddəsini rəhbər tutaraq atası X* aid 326869 saylı ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, X4 onun atasıdır. O, *988-ci ildə vəfat etmişdir.Onun ölüm haqqında şəhadətnaməsində adı səhvən X4 əvəzinə X3 yazılmışdır.Hal hazırda ev ilə bağlı rəsmiləşdirmə apardıqlarına görə sənəddə olan yanlışlığın düzəldilməsi zərurəti yaranmışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının *85-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında bildirdi ki,Muxtar onun əmisidir. Muxtarın babasının adı Məmmədhəsən olmuşdur. O, vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında bildirdi ki, Muxtar onun əmisidir. Muxtarın babasının adı Məmmədhəsən olmuşdur. Babası vəfat etmişdir. İş materiallarında olan Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilmiş cavab məktubundan görünür ki, X4 barəsində doğum haqqında akt qeydi mövcud olmadığından şəxsin eyniləşdirilməsini aparmaq mümkün olmamışdır.Bu səbəbdən müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. İş materiallarında olan 326869 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *988-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan *4.*0.2024-cü il tarixli arayışdan görünür ki, X4 barəsində Lerik rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan **.*0.2024-cü il tarixli arayışdan görünür ki, X4 ilə X9 *5.02.*962-ci il tarixində Lerik rayonunda rəsmi nikaha daxil olublar. Məhkəmədə müəyyən olundu ki, X4 *988-ci il tarixində vəfat etmişdir və onun ölüm haqqında şəhadətnaməsində texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə mərhumun adı X4 əvəzinə X3 yazılmışdır.Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 326869 saylı ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktının təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X* aid 326869 saylı ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar