Məhkəmə qərarları › İş №2(003)-774/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-774/2025

05.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-774/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, "Azəriqaz" İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri,Xəzər rayonu, X4 ev 4 ünvanına (abonent kodu **********00870) hesablanmış 777,6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Xəzər rayonu, X4 ev 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ödənişlər edərkən ona məlum olmuşdur ki, etdiyi ödənişlərdən tutmalar aparılır. “Azəriqaz" İB tərəfindən sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.Yeni sayğac quraşdırıldıqdan sonra 777,6 manat borcun hesablandığını bilmişdir. “Azəriqaz" İB sayğacdaki pozuntu halının məhz onun tərəfindən edilməsi faktını sübut etməmişdir. “Azəriqaz" İB tərəfindən tərtib edilmiş akt barəsində məlumatı yoxdur.Hər ay vaxtı-vaxtında ödənişlər edir.Əlavə olaraq qeyd etdi ki, təxminən bir il öncə sayğac dəyişdirilmişdir və sayğac çöldə yerləşir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki,iddia əsassızdır. İddiaçı qaz sayğacına müdaxilə edərək qaz sərfiyyatına yol vermişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı Bakı şəhəri,Xəzər rayonu, X4 ev 4 ünvanına 2024-cü il üçün 777,6 manat borcu hesablanmışdır. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Qanuna əlavə edilmiş 6-2-ci maddənin tələblərindən göründüyü kimi, qaz paylayıcısının işçiləri tərəfindən müayinə həyata keçirilərkən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə bu qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ildə bir dəfə (hər ilin noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi formada 2 nüsxədə müayinə aktını istehlakçının (yaxud onun səlahiyyətli nümayəndəsinin,yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (yaxud onun səlahiyyətli nümayəndəsinin,eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyi göstərilir. Lakin Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb qaz sayğacından qeyri qanuni istifadə ilə bağlı aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Həmçinin, Cavabdeh İB kənar müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübut edə bilmədi.Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 777,6 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, iddiaçı X2 iddia tələbi 777,6 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 30 manat təşkil edir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri,Xəzər rayonu, X4 ev 4 ünvanına (abonent kodu **********00870) hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar