Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-779/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07/18/0403 saylı, 12 oktyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış cərimə üzrə 15,00 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 1,880.00 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit ip 80sm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «İddiaçı and Faktorinq» MMC ilə Cavabdeh arasında 12 oktyabr 2018 ci il tarixdə 07/18/0403 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 1,880.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markal divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 11 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədə radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit 80sm-lik cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tələfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafıkinə əsasən 06.10.20 tarixinədək, lizinq ödənişləri üzrə 995,11 manat, cərimə üzrə 835,25 manat olmaqla, cəmi 1.830,36 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd, olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Lizinq müqaviləsinin müddəti 12.04.20 tarixində bitib. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan «İddiaçı and Faktorinq» MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqiləşdiirlməsinə dair ərizə göndərərək lizinq obyekti sayılan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mmlik, 1 ədəd tangit ip 80sm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, dövlət rüsumu qismində 30 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12.10.2018-ciil tarixli 07/18/0403 №-li daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ümumilikdə dəyəri 1880 manat 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit ip 80sm-lik əmlak lizinqə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında lizinq ödənişlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçı göstərilən müqavilə üzrə yaranmış borcun qaytarılmasını, eyni zamanda iddiaçı onun mülkiyyətində olan lizinq obyektini geri tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq obyekti sayılan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit ip 80sm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin həmin əmlakların zəruri sənədləri və ləvazimatlarının qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddia ərizəsində zəruri ləvazimat və sənədlərin nədən ibarət olması, adları, siyahısı və s. göstərilməmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, lizinq obyekti sayılan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit ip 80sm-lik, və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməliir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. lizinq obyekti sayılan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 6 ədəd radiator 8x9, 8x50-lik, 4.2 ədəd radiator panel, 1 ədəd radiator asqı seti, 8 ədəd radiator vintili köşə, 2 ədəd pol oborot vintil 25mm-lik, 1 ədəd tangit ip 80sm-lik, və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-779/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-779/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver