Məhkəmə qərarları › İş №2(003)-805/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-805/2023

22.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-805/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə özbaşına tikiliyə köçürülmə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə özbaşına tikiliyə köçürülmə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh iddiası Binəqədi rayon Məhkəməsinin iş № 2(001)-1065/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilərək o və onun 2 azyaşlı övladı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşlər. İddiaçı X6 həmin fırdi yaşayış evinə qeydiyyatdadır yaşayır və həmin fərdi yaşayış evinə faktiki sahiblik edir. Ev özbaşına tikili olsa da, uzun müdddətdir evin kommunalları (qaz, su, işıq) ora faktiki sahiblik edən İddiaçı2 adma rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilənlər və qanunun tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsini və iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Gülbəniz Abdulla qızının və onun 2 azyaşlı övladına 5000 (beş min) manat kompensassiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Gülbəniz Abdulla qızının və onun 2 azyaşlı övladına 10000 (on min) manat kompensassiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 1 ünvanındayerləşən fərdi yaşayış evinə köçürülməsinə dair hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək mahkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək yekun məhkəmə aktının iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini nəzərə almaqla qəbul edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, tərəflərlə onun arasında razılaşma olub. 10.000.0 manat kompensasiya məbləğinə razılaşıblar. İddiaçı tərəfindən ona 10.000,0 manat kompensasiya məbləği ödənilməsi şərti ilə mübahisəli evə köçürülməsinə dair hüquqlarına xitam verilməsinə etiraz etmir. Mülki işə baxılıb yekun qərar çıxarılmasın xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli № AKX-02630xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Şəmkir küçəsi, ev 12 ünvanında xx.xx.2018-ci il tarixdə quraşdırılmış, üzərində 05591155 saylı plombu olan Smart G-4 İTRON DİAFRAQMA markalı 1802AZ**********31 nömrəli sayğac istehlakçı İddiaçı2 istifadəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 137028 saylı “məişət tullantılarının daşınması üçün mədaxil qəbzi”nin surətindən görünür ki, ödəyici X7 A.Şəmkir 12A ünvanı üçün X-Xİİ-2020-ci il dövrü üçün 9 (doqquz) manat ödəniş etmişdir. İş materiallarında olan Binəqədi rayon Sukanal İdarəsinin “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” 43731701 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Aşıq Şəmşir küçəsi, ev 12/A ünvanında su təchizatı üzrə istehlakçı abonent kodu **********002 olan İddiaçı2dır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli ******* №-li və xx.xx.2022-ci il tarixli ******* saylı arayışların surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12xx.xx.2020-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-805/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 35000,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən Binəqədi rayinu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 44,00 m2 və oxşar şəraitli mənzilə aylıq icarə haqqının orta bazar qiyməti təxminən 300,00 manat müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1499/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh X9 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gələcəkdə baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq üçün X9 7200 manat kompensasiya verilməklə 3 azyaşlı uşaqları ilə birlikdə onun sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Yavər Əliyev küçəsi, 25 nömrəli evə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə əldə edilmiş köçürülmək hüququna xitam verilməklə cavabdehə məxsus əmlakların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi təmin edilərək X9 13500 (on üç min beş yüz) manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə X1 olan ünvan 5 ünvanında yerləşən sahəsinə olan köçürülmək hüququna xitam verilməsi və ona məxsus əmlaklarla birlikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-8033/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri,, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1499/2019 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X9 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılma” tələbinə dair iddiası təmin edilərək, X9 13500 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə X1 olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə olan köçürülmək hüququna xitam verilməsi və ona məxsus əmlaklarla birlikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11072/2019 nömrəli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-1499/2019 nömrəli qətnaməsinin cavabdeh X9 13500 manat kompensasiya verilməsi hissəsində dəyişdirilməsi, kompensasiya məbləğinin 16000 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh X13 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11072/2019 nömrəli qətnaməsinin kompensasiya məbləği ilə bağlı hissəsində dəyişdirilməsi, kompensasiya məbləğinin 20000 manat müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1065/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək onu və övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə Biləcəri qəsəbəsi A.Şəmşir küçəsi, ev 12A ünvanında yerləşən iki mərtəbəli, 2 otaq, 2 dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi təmin edilərək X2 himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edildiyindən, həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırki işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehin mübahisəli mənzilə köçürülmək hüququnun olması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 ilə faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 anada olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1065/2021 saylı qətnaməsi ilə X2 himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı2 istifadəsindədir. Cavabdeh iddiaçının təklif etdiyi 10000 manat kompensasiya məbləği ilə razılaşmışdır. Məhkəmə hesab edir ki, hazırki halda İddiaçı2 mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isə «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İşin faktiki hallarından və tərəflərin izahatlarından, mülki işdə olan sübutlardan müəyyən edilmişdir ki, mübahisəli ev iki mərtəbəli olmaqla 4 otaqlı, ümumi sahəsi 44,0 kv.m, əsas sahəsi 31,15 kv.m, yardımçı sahəsi 12.85 kv.m olan fərdi yaşayış evi olmaqla, yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin evin orta aylıq kirayə haqqı 300 manat, orta bazar qiyməti 35000 manat təşkil edir. Yəni həmin ərazidə oxşar şəraitli evin aylıq kirayə haqqı bir il üçün 3600 manat, iki il üçün 7200 manat, üç il üçün 10800 manat təşkil edir. İddiaçılar isə cavabdehin həmin evə köçürülmək hüququna xitam verilməsi və evdən çıxarılması üçün 10000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə hesab edir ki, cavabdehin övladı ilə mübahisəli evə köçürülmək hüququna xitam verilməsi müqabilində iddiaçılar tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə daha yaxşı şəraitdə, digər yad şəxslər olmadan yaşamaq imkanı təmin edə biləcək məbləğdir və mübahisəli yaşayış sahəsinə köçürülmək hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı2 sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmək hüququna görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçıların təklif etdiyi 10000 manat həcmində kompensasiyanın Cavabdeh ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməli və cavabdehə 10000 manat ödənilməklə, onun və azyaşlı uşaqlarının mübahisəli evə köçürülmək hüququna xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə özbaşına tikiliyə köçürülmə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə İddiaçı2 sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinə olan köçürülmək hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar