Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-820/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2880 manat məbləğində borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 bildirdi ki, Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(003)-689/2022 saylı mülki üzrə mübahisə predmeti, hazırki 2(003)-820/2022 saylı mülki iş üzrə mübahisə predmeti ilə eynidir. Hər iki mülki işin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(003)-689/2022 saylı mülki iş Xəzər Rayon Məhkəməsinin icraatındadır və hazır ki 2(003)-820/2022 saylı mülki iş üzrə mübahisə predmeti ilə eynidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(003)-820/2022 saylı və 2(003)-689/2022 saylı mülki işlərin eyni borc pul tələbi ilə bağlı olmasını, eyni növlü tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(003)-820/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(003)-689/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş icraatda 2(003)-689/2022 nömrəsi saxlanılmaqla hazırkı 2(003)- 820/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-820/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-820/2022
16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver