Məhkəmə qərarları › İş №2(003)-821/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-821/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-821/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi göstərilməklə) – Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyətə dair JN-198 saylı kod 50100058 dövlət aktının digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin sənədi ol an torpağa mülkiyyət hüququna dair JN-198 saylı dövlət aktına əsasən mənə və ailə üzvlərinə məxsusdur. Həmin dövlət aktında texniki səhv olaraq onun ata adı "Pirvəli qızı” əvəzinə "Piri qızı" yazılmışdır. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göründüyü kimi Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin sənədi olan torpağa mülkiyyət hüququna dair JN-198 saylı dövlət aktında göstərilən məlumatlar ərazi idarəsində mövcud olan arxiv məlumatıları ilə eynidir. Həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də məhkəməyə müraciət edilməsini məsləhət görmüşlər. Göstərilən faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Dövlət Aktında onun şəxsiyyəti səhvən “X14” kimi qeyd edilmişdir. Lakin ona məxsus bütün sənədlərdə şəxsiyyəti Ərizəçi qeyd edilmişdir. Məmmədova soyadını isə nikaha daxil olduqdan sonra qəbul etmişdir. Odur ki, ərizəsinin təmin edilməsi və sözügedən dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİİİ-JQ seriyalı 487908 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 330919 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında nikah xx.xx.2007-ci ildə Qazax rayon VVAQ şöbəsində 280 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ər “Məmmədov”, arvad “Məmmədova” soyadını götürmüşlər. İş materiallarında olan Xİİİ-JQ seriyalı 487909 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 15982808 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 384429 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında nikah xx.xx.2008-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 195 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ər “Piriyev”, arvad “Piriyeva” soyadını götürmüşlər. İş materiallarında olan AZ-İ seriyalı, 950715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə Salyan rayonunda vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 789266 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2016-cı ildə Qazax rayonunda vəfat etmişdir. İş materiallarında olan V-İQ seriyalı, 322077 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1998-ci ildə Qazax rayonunda vəfat etmişdir. İş materiallarında olan JN-198, kod-50100058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti ilə müəyyən edilir ki, X15, X2, X14, X10 mülkiyyətinə Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə 2,43 ha torpaq sahəsi verilmiş, torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci il tarixli, JN-198, kod-50100058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış və dövlət aktı qeydiyyat kitabında 20/198 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ərizəçiyə unvanlanan məktubdan görünür ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədi olan torpağa mülkiyyət hüququna dair JN-198 nömrəli dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı, JN-198 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-198 nömrəli dövlət aktında göstərilən məlumatlar ərazi idarəsində mövcud olan arxiv məlumatları ilə eynidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin adı, soyadı və ata adı doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnaməsində, bacısının doğum haqqında şəhadətnaməsində atasının adı “X6” kimi göstərilsə də Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə “X14” və qeyrilərinin adlarına verilmiş JN-198, kod-50100058 saylı xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ata adı Piri getmişdir. Ərizəçinin adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə “X14” və qeyrilərinin adlarına verilmiş JN-198, kod-50100058 saylı xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Məhkəmə qeyd edir ki, X13 ilə X6 xx.xx.2007-ci ildə nikaha daxil olmuş, nikahları Qazax rayon VVAQ şöbəsində xx.xx.2007-ci ildə 280 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ər “Məmmədov”, arvad “Məmmədova” soyadını götürmüşlər. Göründüyü kimi ərizəçinin soyadı 2007-ci il tarixə kimi Piriyeva olmuş nikaha girdikdən sonra piriyeva soyadı dəyişdirilərək Məmmədova olmuşdur. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə “X14” və qeyrilərinin adlarına verilmiş JN-198, kod-50100058 saylı xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə “X14” və qeyrilərinin adlarına verilmiş JN-198, kod-50100058 saylı xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar