Məhkəmə qərarları › İş №2(003)-823/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-823/2025

02.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-823/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi Maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.07.*007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi *7.08.*005-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından 11 iyul *007-ci il təvəllüdlü X10 doğulmuşdur. X10 doğuşdan qüsurlu olmuşdur, yaşına görə uşağın inkişafı yoxdur, daimi şəkildə nəzarətdə olmalıdır, ona o və həyat yoldaşı qulluq edir. Həmçinin uşaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 qeydiyyatdadır, həmin xəstəxana tərəfindən verilmiş xəstəlik tarixçəsindən də görünür ki, X* spastik serebral iflicdir, yataq xəstəsidir, daima kənar şəxsin köməyinə ehtiyacı var, əmək qabliyyətsizdir. Xəstəliyə görə uşağa müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Qeyd olunanlara əsasən övladı 11.07.*007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iş üzrə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə qeyd olunan məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. AZ-İ seriyalı, 153130 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Əliyeva (Babayeva) Arzu Cavanşir qızı arasında *7.08.*005-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 644 nömrə ilə qeydiyyat aparılmışdır.

6. AZ-İ seriyalı, 970701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11.07.*007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında *0.09.*007-ci il tarixdə 1540 nömrə ilə qeydiyyat aparılmış, atası X9, anası Ərizəçidır.

7. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11.07.*007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X10 ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasının ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, 11.07.*007-ci il təvəllüdlü X1 spastik serebral iflic diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqında arayışdan görünür ki, 11.07.*007-ci il təvəllüdlü X1 spastik serebral iflic diaqnozu ilə müddətsiz birinci dərəcəli (100%) əlillik təyin olunmuş, əmək qabiliyyətsizdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X1* ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.03.*0*5-ci il tarixli, 685 saylı rəyindən görünür ki, X6 uşaq serebral iflici nəticəsində yaranan dərin dərəcəli əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) müəyyən olunur; X10 psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil; 11.07.*007-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

12. 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

13. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

14. 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

15. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

16. 3*0.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.

17. 3*1.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.

19. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.

20. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, Ərizəçi X5 anası olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

21. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, X3 Nevroloji Xəstəxanasında qeydiyyatdadır, ona uşaqlıqdan kvadroplegik spastik serebral iflic diaqnozu qoyulmuşdur və bu xəstəlik nticəsində ona müddətsiz birinci dərəcəli (100%) əlillik təyin olunmuş, əmək qabiliyyətsizdir.

22. Habelə bu xarakterli işlərdə mühüm sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X6 uşaq serebral iflici nəticəsində yaranan dərin dərəcəli əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya) var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

23. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, 11.07.*007-ci il təvəllüdlü X5 əqli geriliyi (idiotiya dərəcəsində oliqofreniya) var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə 11.07.*007-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - *17.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 11.07.*007-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. 11.07.*007-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar