Məhkəmə qərarları › İş №2(003)-824/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-824/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-824/2020 18.02.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X2 (bundan sonra - “xxxxxxxxxxx” MMC) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən o, İMEİ kodu **********56701 Samsung Galaxy S 9 dual markalı telefon və İMEİ kodu **********64691 iPone XS markalı telefon almış və nəticədə 3075 manat borc yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2679 manat olan Samsung LED markalı televizor üçün ümumilikdə 3108 manat olmaqla ondan 2552 manat ödənilməmiş hissə, 556 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 2724 manat olan İMEİ kodu **********56701 Samsung Galaxy S 9 dual markalı telefon üçün ümumilikdə 284 olmaqla ondan 284 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3102 manat olan İMEİ kodu **********64691 iPone XS markalı telefon üçün ümumilikdə 2791 manat olmaqla ondan 2154 manat ödənilməmiş hissə, 637 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3343 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri'’ mübahisəsiz olaraq penya ödəyir. Ona görə də Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56701 Samsung Galaxy S9 dual markalı telefon üçün 284 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64691 iPone XS telefon üçün 2154 manat manat ödənilməmiş hissə, 637 manat dəbbə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ABC X3 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 işə Cavabdehnun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, k00253834 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 2679 manat olan İMEİ kodu **********56701 Samsung Galaxy S 9 dual markalı telefon satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, k00452962 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 3102 manat olan İMEİ kodu **********64691 iPone XS telefon satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdehnun xx.xx.2018-ci il tarixli müqavilə üzrə 284 manat ödənilməmiş əsas borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2154 manat ödənilməmiş əsas, 637 manat cərimə ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, k00253834 saylı və xx.xx.2019-cu il tarixli, k00452962 saylımüqavilələr bağlanmış və cavabdeh ümumi dəyəri 3102 manat olan İMEİ kodu **********56701 Samsung Galaxy S 9 telefon və ümumi dəyəri 2679 manat olan İMEİ kodu **********64691 iPone XS markalı telefon almışdır. Cavabdeh borcundan 3343 manat ödəniş etmişdir. O, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin müqavilələr üzrə ümumilikdə 6551 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56701 Samsung Galaxy S9 dual markalı telefon üçün 284 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64691 iPone XS telefon üçün 2154 manat manat ödənilməmiş hissə, 637 manat dəbbə pulu borcu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56701 Samsung Galaxy S9 dual markalı telefon üçün 284 manat ödənilməmiş hissə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64691 iPone XS telefon üçün 2154 manat manat ödənilməmiş hissə, 637 manat dəbbə pulu olmaqla ümumilikdə 3075 (üç min yetmiş beş) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3105 (üç min yüz beş) manat alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar