Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-827/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən mənzilinə quraşdırılan **********00212 abonent kodlu sayğaca "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ******* və ******* nömrəli aktların etibarsız hesab edilməsi, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 15766.82 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bian südçülük sovxozunda yerləşən mənzilinə quraşdırılan **********00212 abonent kodlu sayğaca Cavabdeh əməkdaşları tarafindan ******* va ******* nömrəli aktlar tərtib ediblər Akıların yazılmasına səbəb kimi o göstərilibdir ki, abonent təbii qazdan sayğacdan kənar xətt çəkməsidir. Həmin Aktlara görə 15766.82 manat məbləğində cərimə edilmişdir. evinə quraşdırılan qaz sayğacından kənar xətt çəkməmiş. Həmin sayğac küçədə yerləşir və onun işlək vəziyyətdə saxlanılmasına o, qanuna əsasən cavabdehlik daşımır. Digər tərəfdən isə Aktların tərtib edilməsində qanunla nəzərdə tutulan prosedur qaydalara da əməl edilməyibdir. Belə ki, Aktlarda onun tərtib edilmə tarixi göstərilməyibdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, kənar xətt olmuşdur. Çünki cavabdehin əməkdaşları qaz çəkdikləri zaman xətləri tam quraşdırmamışdılar. Buna görə də məcbur qalıb, kənar xətdən istifadə etmişdir. Sonradan gəlib, ona cərimə yazmışdılar. Mütəxəssis rəyi ilə qismən razıdır, həmin ödənişi hissə-hissə icra etmək istəyir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, tərəflərin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* №-li akta əsasən cəmi 17712 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 1944 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 2952 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5040 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5400 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5400 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 5580 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 3o.04.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, 03599709 №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, 03599709 №-li akta əsasən cəmi 2484 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 3024 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 18360 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 6120 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 4536 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 1512 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 1512 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 2052 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 15766.82 manat məbləğində ziyan hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən edilir ki, təhlil nəticəsində məlum olmuşdur ki, Tertb edilmis hər bir aktda muxtəlif qaz qurğuları qeyd edilmisdir, lakin, hər qurğu əlavə olunarkən mənzilə tələb olunan qaz həcmi dəyişdiyinə görə mənzilin layihəsi vəya texniki şərtinin dəyişib dəyişməməsi görsənmir.Hər aktda fərqli qurğular qeyd olunur, istehlakçı ilə müqavilə isə yenilənmir və müqavilədə qaz qurğuları QSSQ və PQ-4 olması qeyd edilib, saldoda PQ-4 olması görsənir aktlarda isə fərqli qurğular qeyd olunur. Uyğunluq yoxdur və əslində hansı sənədə etibar edilməsi aydın deyil.2021-ci, 2022-ci illər üzrə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları'na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qeran ile müəyyən edilmişdir Göstərilənləri nəzərə alaraq istehlakçının qazın talanmasında təqsirli olması sübuta yetirildiyi halda "Azəriqaz" İB tərəfindən tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktlarda qeyd olunmuş qaz qurğuları (1 ədəd PQ-4 məişət tipli, 1 ədəd QSSQ) nəzərə alınmaqla Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsasən, 1 eded PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m², 1 ədəd QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m³, işləmə rejimi 12 saat və ilin mövsümü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər 2020-ci il PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 90 gün = 1296 m³; QSSQ üçün 1.5 m³ x 12 saat x 90 gün = 1620 m³; Ümumilikdə 2021-ci il ərzində 2916 m³ təşkil edir. 2021-ci il PQ-4 qaz plitəsi üçün - 1.2 m² x 12 saat x 365 gün = 5256 m²; QSSQ üçün - 1.5 m³ x 12 saat x365 gün = 6570 m²; Ümumilikdə 2022-ci il ərzində 11820 m³ təşkil edir. 2022-cü il PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 120 gün = 1728 m³; QSSQ üçün - 1.5 m³ x 12 saat x120 gün = 2160 m²; Ümumilikdə 2023-cü il ərzində 3888 m³ təşkil edir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər. 2020-ci il üzrə-2911 m³ qaz həcminin 2200 m³-i 0,10 manat (2200 x 0,10 = 220) cəmi 342 manat; 2021-ci il üzrə -11820 m³ qaz həcminin 2200 m³-i 0,10 manat (2200 x 0,10 = 220), cəmi 2144 manat; 2022-ci il üzrə 3888 m³ qaz həcminin qaz həcminin 1200 m³-i 0,12 manat (1200 x 0,12 =144), 1300 m³-i 0,20 manat (1300 x 0,20 = 260), cəmi 751 manat. Göstərilənləri nəzərə alaraq istehlakçının təqsirli olması sübuta yetirildiyi halda yuxarıda qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 3237 manat məbləğində müəyyən edilə bilər. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X2 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. “Qazdan istifadə Qaydaları” nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11 -1 -ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirm əli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etm əlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 15766.82 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 2020-2023-cü illər ərzində müxtəlif tarixlərdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlarda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 3237 manat olması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdirən şəkillərdə və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə hər bir aktda muxtəlif qaz qurğuları qeyd edilmişdir. Mübahisəli 15766.82 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 3237 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh tərəfindən 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 12529.82 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 12529.82 manata görə 60.43 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 127,59 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən 2020-2023-cü illər ərzində tərtib edilmiş müxtəlif aktlara əsasən hesablanaraq İddiaçı abunə koduna (**********00212) köçürülmüş 12529.82 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 127,59 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-827/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-827/2025
27.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver