Məhkəmə qərarları › İş №2(003)-837/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-837/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-837/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon XDS İKnin 17 avqust 1973-cü il tarixli, 5/56 saylı qərarınan çıxarışdan göründüyü kimi Zirə qəsəbəsndə fərdi yaşayış evinin tikintisi üçün və torpaq sahəsi verilməsi haqqında Zirə qəsəbəsi XDS-nin İK-si qərara almış və yaşayış evi olmayan və siyahıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün Zirə qəsəbəsində XDS-nin xx.xx.1973-cü il tarixli 31№-li qərarı təstiq edimiş və ayrılan torpaq sahəsinin X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 17 avqust 1973-cü il tarixli, 5/56 saylı qərarınan çıxarışdan göründüyü kimi Zirə qəsəbəsndə fərdi yaşayış evinin tikintisi üçün və torpaq sahəsi verilməsi haqqında Zirə qəsəbəsi XDSnin İK-si qərara almış və Yaşayış evi olmayan və siyahıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün Zirə qəsəbəsində XDS-nin xx.xx.1973-cü il tarixli 31№-li qərarı təstiq edimişdir. Torpaq sahəsi ayrılmasına dair Bakı İcra Hakimiyyəti Başçısının aparatının 15 mart 2022-ci il tarixli cavab məktubun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılması və qiymətləndirilməsinə dair pasport, işə əlavə olunan qərar və müqavilədə iddiaçının soyadı Eybətov kimi qeyd olunmuşdur. İşə əlavə olunan şəxsiyyət vəsiqəsindən göründüyü kimi iddiaçının soyadı Əybətovdur. İşə əlavə olunan sənədlərdən göründüyü kmi iddiaçının sənədində soyad Eybətov qeyd olunmuş və bu əsasla daşınmaza müraciət etdikdə torpağın özəlləşməsindən imtina edir. Həmin sənədlərin arxivdə mövcud omasın qeyd etsələr də, sxemi çəkməkdən imtina edillər. Sxemin çəkilməsində imtina səbəbi olaraq soyadda olan hərflə bağlıdır. Müraciət etməsinə dair sənədləri idda ərizəsinə əlavə edir. X1 Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 17 avqust 1973-cü il tarixli , 5/56 saylı qərarınan çıxarışdan göründüyü kimi Zirə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün və torpaq sahəsi verilməsi haqqında Zirə qəsəbəsi XDS-nin İK-si qərara almış və Yaşayış evi olmayan və siyahıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün Zirə qəsəbəsində XDS-nin xx.xx.1973-cü il tarixli 31№-li qərarı təstiq ediməsinə dair qərarda iddiaçının soyadı Eybətov qeyd olunmuş və onun soyadı Əybətovdur və hal-hazırda da torpaq sahəsindən özü istifadə edir. Məhkəməyə müraciət etməkdə məqsəd X1 Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 17 avqust 1973-cü il tarixli, 5/56 saylı qərarınan çıxarışdan göründüyü kimi Zirə qəsəbəsndə fərdi yaşayış evinin tikintisi üçün və torpaq sahəsi verilməsi haqqında Zirə qəsəbəsi XDS-nin İK-si qərara almış və yaşayış evi olmayan və siyahıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün Zirə qəsəbəsində XDS-nin xx.xx.1973-cü il tarixli 31№-li qərarı təstiq edimişdir qərarla ayrılan torpaq sahəsini X1 məxsus olması faktının təsdiq olunması barədə qətnamə çıxarmasını xahiş edir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1973-cü il tarixli qərarın və xx.xx.1973-cü il tarixli texniki pasportun ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. 25 ildir ki, yaşadığı ünvana gəlin gəlmişdir. Ərizəçi və ailəsini də 25 ildir tanıyır.Yaşadığı ünvana gəlin köçdüyü gündən Mirzəlini həmin ünvanda yaşadığını görür. Ərizəçini Ərizəçi kimi tanımışdır.. Dİgər şahid X4 ifadəsində bildirdi ki, ərizəçi onun qapı qonşusudur, onları 32 ildir tanıyır. Yaşadığı ünvana gəlin köçdüyü gündən Mirzəlini həmin ünvanda yaşadığını görür. Ərizəçini Ərizəçi kimi tanımışdır.. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. X15 Heybətovun adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi, dalan 3, 9/17 saylı fərdi yaşayış evinə dair texniki pasport İdarənin arxivində mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verlməsi ilə bağlı bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi səlahiyyətləri xaricindədir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanına dair X7 adına texniki pasport verilmişdir. İş materiallarında olan Əzizbəyov rayon soveti icraiyyə komitəsinin xx.xx.1973-cü il tarixli qərarının surətindən görünür ki, X2 ünvan 5 ünvanında torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov rayon soveti icraiyyə komitəsinin xx.xx.1973-cü il tarixli qərarın və şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1973-cü il tarixli texniki pasportun Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov rayon soveti icraiyyə komitəsinin xx.xx.1973-cü il tarixli qərarda ərizəçinin soyadının “Eybatov” və şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1973-cü il tarixli texniki pasportda ərizəçinin adının səhvən “X11” kimi göstərilməsi və həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin ona verilmiş torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ala bilməsinə dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov rayon soveti icraiyyə komitəsinin xx.xx.1973-cü il tarixli qərarın və şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1973-cü il tarixli texniki pasportun Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov rayon soveti icraiyyə komitəsinin xx.xx.1973-cü il tarixli qərarın və şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1973-cü il tarixli texniki pasportun Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar