Məhkəmə qərarları › İş №2(003)-842/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-842/2021

19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-842/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 1944 manat məbləğin İddiaçı hesab kodundan silinməsi və əsassız yazılmış borca tutulmuş 904,97 manatın qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən, 2012-ci ildə İddiaçı yaşadığı ünvan 1 ünvanına, smart-kart tipli, G-4 markalı, 1202AQ********** nömrəli qaz sayğacı quraşdırılmış və X2 adına **********00110 li abonent kodu verilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub. 25 sentyabr 2018-ci il tarixdə quraşdırılmış 1202A0********** nömrəli qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmişdir. İddiaçı məxsus evdən qaz sayğacının çıxarıldığı və yoxlanıldığı zaman ona heç bir rəsmi məlumat verilməmiş və Cavabdeh İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan köhnə sayğacı dəyişdirərək yeni İtron tipli, G-4 markalı, 1802AZ**********34 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, 05595244 nömrəli plomb vurulmuş və baxış zamanı sayğacın çıxış plastmas borusunda deşik aşkar olunması və həmin deşiyin izlərinin yaşıl boya ilə bağlanması barədə ******* nömrəli akt tərtib etmişlər. Qaz sayğacı Dövlət yoxlamasında da iddiaçının iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə özləri tərəfindən aşkar edilmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. Nəzərinizə çatdırıq ki, İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın çıxış boğazından aşağıdakı paneldə deşik açılması üçün plomb qırılmalı idi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttin abonent nəzarət etmir və ayğacın işlək vəziyyətdə olmasına sayğacın çıxış boğazından aşağıdakı paneldə dəliyin əmələ gəlməsi üçün cavabdeh deyildir. Bundan əlavə cavabdeh “Azərqaz” İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırması aparılmadan şişirdilmiş rəqəmlər yazılmışdır. Belə ki, 25.09.2018-ci il tarixdə 1202AQ********** nömrəli sayğac dəyişdirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Lakin Cavabdeh İB-nin Bakı Regional Qazın satışı departamenti 21.09.2018-ci il tarixdə qeyd edilmiş müdaxilənin iddiaçıya aid olması sübuta yetirmədikləri halda 4 gün əvvəldən “Azərqaz” Bakı Regional Qazın satışı departamenti komissiya üzvləri tərəfindən tərtib edilmiş ******* nömrəli akta əsasında iddiaçının koduna əsassız olaraq borc yazılmışdır. 04.12.2019-cu il tarixdə yenidən 1802AZ**********34 nömrəli sayğaca baxış keçirilmiş, lakin heç bir qüsur aşkar edilmədiyi üçün yenidən istifadə olunmasına görə abonentə təhvil verilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayda xəbərda redilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gələməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, birliyin əməkdaşları tərəfində sayğaca baxış zamanı sayğacın plastmas borusu deşilməsi aşkar edilmiş və bununla bağlı olaraq müvafiq akt tərtib edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan iddiaçının abonent saldosundan (kod **********00110) görünür ki, 2018-ci il üçün abonentə 1944 manat borc hesablanmışdır. İş materiallarında olan 21.09.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və 21.09.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətindən görünür ki, abonentə məxsus sayğacın plastmas borusunda deşik aşkar edilmiş və həmin akta əsasən Cavabdehnə 9720 m3 həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçıya məxsus eve quraşdırılan qaz sayğacının plastmas borusu deşilmişdir. Sayğacda olan nöqsan Cavabdeh əməkdaşları tərəfindən aşkar edilərək, sayğac yenisi ilə əvəz edilmiş və itirilmiş qaz sərfinə uyğun olaraq hesabat aparılmaqla akt təritib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 1944 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 1944 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar