Məhkəmə qərarları › İş №2(003)-844/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-844/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-844/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Ərizəçi (Maraqlı şəxs) eyni şəxs olması faktının müəyyən edilməsi barədə, hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi (Maraqlı şəxs) eyni şəxs olması faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 25 aprel *972-ci il tarixli 74 nömrəli ölüm haqqında akt qeydindəki X3 ilə Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş DA-0*238-2022 saylı, 6 iyul 2022-ci il tarixli arxiv arayışına əsasən doğum haqqında qeydiyyat kitabında ata qrafasında göstərilən X* eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *53.2.* və *53.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd edir ki, qanunla şəxsin sənəddə göstərilmiş digər şəxslə eyni şəxs olması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmadığından ərizə mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilə bilməz, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *52.2-*52.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi (Maraqlı şəxs) hüquqi faktın müəyyən ediməsi barədə, hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar