Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-858/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh İB vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent hesabına (abonent kodu **********00010) aktlar əsasında hesablanmış ümumilkdə 1168 manat borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi üzrə e-2(003)-461/2024 nömrəli mülki iş vardır. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasında Cavabdeh İB vəkili və nümayəndəsi X2 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsasında olan mülki işin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair 2(003)-858/2024 nömrə mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2(003)-461/2024 mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-858/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-858/2024
24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver