Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-860/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış sahədə elektrik enerjisi **********50048 kod üzrə yazılmış 1055,74 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərişq" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına (**********50048 saylı abonent) elektrik sayğacı quraşdırılmışdır. Qaz sayğacı İddiaçı istifadəsində olmuşdur. “Azərişıq" İB tərəfindən ünvan 2 ünvanında elektrik (**********50048 saylı abonent) itkisinin yarandığı müəyyən edilmiş, 1055,74 manat məbləğində borc hesablanmışdır. Bildirir ki, vaxtlı-vaxtında ödənişlər etmiş, axırncı dəfə 11 avqust 2023-cü il tarixdə 35 manat ödəniş etmişdir. Bir ay müddət keçməmiş 1055,74 manat məbləğində borc hesablanmışdır. “Azərişq" ASC tərəfindən akt tərtib olunmuş akt tərtib olunarkən onun iştirakı olmamışdır. Aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Evdən kənarda quraşdırılmış sayğacın qısaqapanma nəticəsində yanmasına görə məsuliyyət enerii təchizatı müəssisəsinin üzərindədir. Məhkəmə iclasında İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, o həqiqətən sayğacdan kənar qanunsuz xətddən istifadə edib. Lakin o, sayğaca 3 gün qanunsuz qoşulma edib. Lakin "xxxx" ASC-nin nümayəndələri tərəfindən ona həddindən artıq borc hesablanıb. O, 3 gün ərzində o, qədər enerjidən istifadə edə bilməz. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının adına olan **********50048 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli NDM seriyalı, 033904 saylı akt üzrə 1052,22 manat iddiaçının abonent hesabına borc hesablanmışdır. İş materiallarında olan NDM seriyalı, 033904 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt 0,4 kv-luq OİN xəttindən budaqlanma ilə xüsusi sayğacsız boş qutuya eniş verilmişdir. Fərdi yaşayış evinə aid olan kabel xətti şəbəkəyə birbaşa qoşulmuşdur. Kənar xətdən axıdılan yük (aktiv güc) P=1,32 kvt, P=0 (sıfır). Qoyulmuş güc qidalandırıcı OİN (SİP) xəttinə görə (S=4x10 mm alimiunum) Pqay=23,1 kvt təşkil edir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxsin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Albalılıq ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********50048 olan) elektrik sayğacından istifadə edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndələrinin sayğaca baxışı zamanı kənar xəttdən istifadə edildiyi aşkar edilmiş, fərdi yaşayış evinə NDM seriyalı, 033904 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə uyğun olaraq 1,32 kvt x 24 saat x 0.7 x 365 gün = 8094 kvts (dəyəri 1052,22 manat) sərfiyyatı hesablanaraq abonent koduna əlavə edilmişdir. İddiaçı cavabdeh tərəfində ona hesablanmış 1052,22 manat sərfiyyatı mübahisələndirmiş və həmin pulun onun abonent hesabından silinməsini xahiş etmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən yoxlanılarkən (abunə kodu **********50048) kənar xəttdən istifadə edildiyi aşkar edilmiş, fərdi yaşayış evinə NDM seriyalı, 033904 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə 365 gün üçün hesablanma aparılaraq iddiaçının abonent koduna 1052,22 manat əlavə edilməsi ağla batan deyildir. Çünki, iddiaçıya məxsus abunə dövriyyəsi təhlil edilərkən görünür ki, onun qüsur yaranmamışdan əvvəl günlük sərfiyyatı sayğacın son göstəricisindən yaranmış sərfiyyatdan nəzərə çarpan dərəcədə fərqlənir. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığı iş materialları və cavabdehin etirafı ilə təsdiq olunur. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qanunsuz qoşulma olsada həmin qanunsuz qoşulmaya görə 365 gün üçün zərər hesablanması əsaslı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan akt üzrə hesablaşma bir ay nəzərə alınmaqla iddiaçıya 86,48 manat (1,32 kvt x 24 saat x 0,7 x 30 gün = 665,28 kvts x 0,13 = 86,48) hesablanması daha məqsədəmüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********50048 olan) hesablanmış 965,74 (1052,22 – 86,48) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, həmçinin iddia qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. , İddiaçı (abonent kodu: **********50048 olan) hesablanmış 1022,13 manat məbləğində borc silinməli, "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********50048 olan) hesablanmış 965,74 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 30,0 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-860/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-860/2024
15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver