Məhkəmə qərarları › İş №2(003)-868/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-868/2022

17.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-868/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, Cavabdeh2 vurulmuş maddi ziyana görə 5000 (beş min) manat, ödənilmiş 80 manat və 11 manat dövlət rüsumu, hüquqi yardıma görə 250 (iki yüz əlli) manatın ümumilikdə 5341 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qala qəsəbəsində Ədalət küçəsində yerləşən 51 saylı fərdi yaşayış evində 32 ildir ki, yaşayır. Həmin yaşayış evi X10 və onun tərəfindən inşa edilmişdir. Hazırda həmin yaşayış evinə o qanuni sahiblik edir. X10 vəfat etmişdir. Cavabdeh ünvanda yeni yaşayış sahəsində ona məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən torpaq sahəsini almış orada özbaşına tikinti işləri aparmışdır. Belə ki, ona məxsus evinin divarına dəmir parçaları vuraraq orda otaq tikmək istəyir. Nəticədə yağış yağanda evinə su dolur və bu hal ona evində yaşamağı mümkünsüz edir. Dəfələrlə cavabdehə ona ziyan vurmamağı, bu nöqsanları arada qaldırmağı xahiş etsə də, onun haqlı tələblərini rədd etmişdir. Həmin evdə tək yaşayır 80 yaşı var köməksiz və kimsəsiz qadındır, cavabdehə heç cür təsir edə bilmir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, o X4 ilə qonşudur. İddiaçının mübahisələndirdiyi tikili ona məxsusdur. Həmin tikilini tikərkən o, X2 oğlu Akifin razılığını almışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə Cavabdeh1 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştiak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021ci il tarixli qərarında qeyd edilmişdir ki, ifadəsi alınmış Cavabdeh2 bildirmişdir ki, 1991-ci ildə hazırda yaşadığı evi və həyətyanı sahəsini almışdır və hazırda da həmin evdə aşayır. 2011-ci ildə həyətində qaraj tikmək qərarına gəlmişdir. Həmin vaxt qonşusu İddiaçı oğlu Akiflə danışaraq məsləhətləşmiş və Akifin istəyi və razılığı ilə qarajı tikmişdir. Həmin vaxt Akif yaşadığı ev nəm çəkməməsi üçün ondan qarajın dam hissəsini yaşadığı evin arxa hissəsinə birləşdirməsini xahiş etmişdir. O da Akifin xahişini nəzərə alaraq bu cür də etmişdir. Hazırda ona məxsus qarajın dam örtüyünün İddiaçı evinə heç bir ziyan vurmamışdır. İş materiallarında olan Xəzər rayon İcra hakimiyyəti başçısının Qala qəsəbəsi İ.Ə.D üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 184 nömrəli məktubda Cavabdeh2 Qala qəsəbəsi Ədalət küçəsi ev 64 ünvanında yaşadığı qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2588 saylı rəyindən görünür ki, cavabdeh X6 məxsus qaraj tikilisinin üzərinə düşən yağış suları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki olaraq su axmır. Gələcəkdə yağış sularının iddiaçının divarına zərər vurmaması üçün qarajın üzərinə yağış sularının axıdılması üçün navalça quraşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 qəsəbəsində Ədalət küçəsində yerləşən 51 saylı fərdi yaşayış evində yaşayır. Ona məxsus yaşayış evinə bitişik olaraq hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh2 tərəfindən müvafiq inzibati orqanın razılığı olmadan tərəfin özünün də bildirdiyi kimi tikili (qaraj) aparmışdır. Həmin tikili iddiaçı X3 məxsus olan evə bitişik olaraq tikilmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, cavabdeh X6 məxsus qaraj tikilisinin üzərinə düşən yağış suları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki olaraq su axmır. Gələcəkdə yağış sularının iddiaçının divarına zərər vurmaması üçün qarajın üzərinə yağış sularının axıdılması üçün navalça quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası tikilinin sökülməsi hissəsində əsaslıdır və Cavabdeh2 tərəfindən sökülməlidir. İddiaçının iddia tələbinin maddi zərər əvəzi olaraq 5000 manat tutulması hissəsinə münasibətdə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlər həmin evdə yaşayarkən evin təmirinin yaxşı vəziyyətdə olmasını, lakin onlardan qətnamənin icrası qaydasında evi təhvil alarkən onlar tərəfində zərər vurulmuş vəziyyətdə olmasını qeyd etsə də, evin əvvəllər hansı vəziyyətdə olmasına və sonradan hansı vəziyyətdə olmasına, o cümlədən məhz cavabdehlərin əməlləri nəticəsində evə zərər dəyməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 5000 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən 5000 manat maddi zərərin tutulması hissəsində təmin edilə bilməz. İddiaçının iddia tələbinin ödənilmiş 80 manat və 11 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 250 manatın cavabdehdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 250 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı iddiaçı X4 tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 250 manat pul Cavabdeh2 tutularaq, iddiaçı X3 ödənilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hiussəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökümət ödəniş portalından ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 41 (qırx bir) manat dövlət rüsumu ödənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, cavabdehdən məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Qala qəsəbəsində Ədalət küçəsində yerləşən 51 saylı fərdi yaşayış evinə divarına bitişik tikilmiş tikili (qaraj) Cavabdeh2 hesabına sökülsün. Cavabdeh2 10 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 ekspertizanın dəyəri olan 50 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar