Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-868/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 5571,0 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə ərazisi ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 5921 manat məbləğində qaz borcu hesablanmışdır. Bundan əvvəl məhkəməyə müraciət etmiş və iddia tələbində yanlışlıqla 350 manat hissəsinin silinməsini xahiş etdiyindən, borcun həmin hissəsi silindi. Hal-hazırda yenidən məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun tam silinməsini xahiş edir. Onun həmin qaz sayğacına bu məbləğdə müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 1 zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmənin yekun qərarı mövcuddur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmənin yekun qərarı mövcuddur. İşdən görünür ki, iddiaçının silinməsini xahiş etdiyi borc ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar əsasında hesablanmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2506/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə adlanan ünvan üzrə (abonent kodu: **********00043) Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar üzrə sayğaca qaz sərfinə görə hesablanmış 350 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, istehlakçı İddiaçı məxsus qaz xətti üzrə tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2021ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar mübahisələndirilərək araşdırma aparılmış, yekun məhkəmə qərarı qəbul edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının silinməsini xahiş etdiyi borcun hesablanmasına əsas olmuş aktlar üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2506/2022 saylı qətnaməsi vardır. Həmin qətnamə ilə ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar mübahisələndirilərək, hesablanmış 350,0 manat borcun silinməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdır. Göründüyü kimi ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar mübahisənin predmeti olmuşdur. Yəni qanuni qüvvəsini almış qətnamə ilə həmin aktlara qiymət verilmişdir. Hazırda iddia tələbi məhz həmin aktlar üzrə borcun silinməsinə yönəlmişdir ki, qanuni qüvvədə olan qətnamə üzrə predmet olmuş müqavilənin yenidən mübahisələndirilməsi yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq qeyd olunan aktların əsassızlığı ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi sonlandığından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-868/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-868/2023
02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver