Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-880/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş sözügedən aktın ləğvi və ona əsassız hesablanmış 5848,46 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac iştiakı ilə ünvan 1 ünvanıma quraşdırıldı və ona həmin vaxt heç bir problemin olmadığını bildirdilər. Bu sayğacı da dəfələrlə müraciətindən sonra bu sayğacı quraşdırdılar. Sonradan qaz borcunu ödəmək istədiyi zaman görmüşdür ki, əlavə borc yazılıb. Ona bildirdilər ki, guya təbii qazdan qeyri qanuni kənar xətt ilə istifadə edir və akt yazılanda onu çağırsalar da, evdən çıxmamış, sonra da o, imza etməkdən imtina etmişdir. Lakin akt barədə məlumatı olmamışdır. Amma ki, belə bir hadisə olmayıb . Onlar araşdırmadan böyük məbləğdə cəriməni onun sayğacına hesablamışlar. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Akta əlavə edilmiş şəkillər təkcə qapının şəklidir . Bununla bağlı müvafiq olaraq Cavabdehə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, sənə 5848,46 miqdarında cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, nə də sayğacdan kənar xətti olmayıb, daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağımı sübuta yetirməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, aktlar tərtib edilərkən həqiqətən də təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Belə ki, o, atasına məxsusu torpaq sahəsində bir otaqdan ibarət ev tikmişdir. Həmin yerə qaz sayğacı quraşdırmaq üçün Cavabdeh İB-nə müraciəetmiş, lalkin sayğac quraşdırmaq üçün ondan artıq rüsum istənilmişdir. O da imkanı olmadığından sayğacın rüsumun ödəyə bilməmişdir. Ona görə də sayğacdan kənar rezi boru vasitəsi ilə həyətinə qaz xətti çəkmişdir. Ona sayğacdan kənar qaz xəttindən istifadəyə görə dəymiş ziyan hesablanarkən onda olmaya guya onun evində olan başqa qaz avadanlıqlarını göstərilməklə həddinən artıq ziyan hesablanmlşdır. Onun evi bir otaqdan ibarət olmaqla həmin otağın qızdırılması üçün odun sobasından istifadə edirlər, hansı ki qaz ilə işlətmir.Qanunsuz qaz xəttini isə evin qarşısında olan iki göz qaz sobasına quraşdırmışdır. O, qanunuz qaz xəttində yalnız həmin iki göz qaz sobasında istifadə etmişdir. Həmin qaz sobasıda bu qədər qaz sərfiyyatı edə bilməz. .O da bütün günü həmin cihazı işlətməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00012 sayla qeydiyyata alınmış abonent İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın dəyəri 50796 m3 həcmində (10728 x0,10 + 40068 x 0,12 = 5880,96 manat) dəymiş ziyanın hesablanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00012 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 583,20 manat, 489,60 manat, 1944,0 manat, 669,60 manat, 734,40 manat, 734,40 manat, 362,88 manat, 362,88 manat olmaqla, cəmi 5880,96 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qeyd olunan qanunvericiliklərin tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında tam icra etmədiyindən yaranmış cari borcun tam şəkildə ödənilməsinə dair iddiaçının tələbi əsaslıdır. Lakin, məhkəmə, qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 2604.8 manat məbləğində cari borcu mövcüddur və həmin məbləğdə də iddiaçının xeyrinə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar əsasında (2021–ci ilin avqust ayından 2022-ci ilin may ayınadək) 5880,96 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin aktlara görə hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktlarda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İşin məhkəmə tərəfindən araşdırılması, həmçinin məhkəmə tərəfindən mübahisəli ünvana keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının ümumi həyətdə bir otaqdan ibarət evi var. Yolun qarşı tərəfindən yuxarədan aparılmaqla həmin evə qanunsuz qaz xətti daxil olur.Həmin otaq ortadan pərdə ilə ayrılmaqla iki hissədən ibarətdir. Otaqda bir ədəd dəmir soba var. Otaq dun yandırılmaqla isidilir. Həmin evin qarşısında PQ) abonent bir ədəd PQ2 qaz sobasından istifadə edir. Həmçinin, aktlar üzrə dəymiş ziy qaz sobası var. Evin sanitar qovşağı mövcud deyil. Evdə qazla işləyən başqa avadanlıqlar mövcud deyil. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında İddiaçı 5880,96 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 5880,96 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanmasına zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqları yerində müayinə zamanı qeyd oluan ünvanda mövcud olamamışdır. Yuxarıda qeyd edildoiyi kimi, həmin ünvanda sadə bir ədəd PQ2 qaz sobası olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 50796 m3 həcmində sərfiyyat hesablanmaqla dəyəri 5880,96 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin 8 saat olaraq hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən hər həftə aparılan yoxlamalar nəzərə alınaraq, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ2 üzrə günlük orta iş rejimi 8 saat olmaqla hesablanmalıdır. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x90=864 kub metr olmaqla 86,4 manat (864x0,10), xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x60=576 kub metr olmaqla 57,6 manat (576x0,10),xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=864 kub metr olmaqla 103,68 manat (864x 0.12), xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0.12), xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0.12), xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0.12), xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0.12),xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0.12), cəmi 420,48 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00012 olan) hesablanmış 5460,48 (5880,96-420,48) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 74,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00012) hesablanmış 5460,48 manat məbləğində borc silinsin. 74,60 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-880/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-880/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver