Məhkəmə qərarları › İş №2(003)-905/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-905/2023

13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-905/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh4 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.03 hektar torpaq sahəsinə dair satıcı İddiaçı (etibarnam üzrə Cavabdeh2) ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına 2*.08.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 vicdanlı alıcı olduğunu, ona və digər cavabdehlərə qarşı heç bir iddia və tələbinin olmadığını, onlara qarşı iddia tələbindən imtina etdiyini bildirdi və iddiadan imtinasının qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili X2 İddiaçı iddiadan imtinasının qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iş üzrə icraata xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbindən imtinasının əsası mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh4 tərəfindən vicdanlı alıcı kimi əldə etməsinin qəbul etməsindən ibarət olmaqla (eyni zamanda özünün subyektiv hüququ olmaqla) onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə k, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə İddiaçı iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar